Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3311/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əri - xx.xx.1965-ci il təvəllüdlü X1 yaşadığı ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X3 yaşadığı ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə dünyasını dəyişmişdir. Mərhum həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixdə Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2025-ci il tarixdə baş vermişdir və bununla bağlı Bakı şəhər Təcili və X2 Mərkəzi PHŞ Statistika şöbəsi TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı müraciət olunsa da, xəstəxana tərəfindən arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZE 15125940 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1965-ci il tarixdə doğulmuşdur. - Nikah haqqında AZ-İİ 045806 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.2015-ci ildə nikaha girmişlər. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X4 X6 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Nemətovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 04:10 radələrində Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerləşən fərdi evdə yaşayan X1 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. - Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, XB-192 saylı arayışından görünür ki, X3 xx.xx.2025-Cİ il tarixdə ölmüş və Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 ərizəçinin əri olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X1 ölüm faktı məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlərlə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin əri X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.2025-ci tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3311/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3311/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver