Məhkəmə qərarları › İş №2(012)-3312/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3312/2020

21.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3312/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Cavabdeh Əlibaba oğluna qarşı “cehiz əşyalarının qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasındaaçıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlibaba oğluna qarşı “cehiz əşyalarının qaytarılması” tələbi barədə iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. Lakin, xx xxxxxx 2020-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi X1 “iddiadan imtina edilməsi” barədə ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh Əlibaba oğluna qarşı “cehiz əşyalarının qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə iddia tələbindən iddiaçının imtina etdiyini bildirib, məhkəmədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4–cü maddəsinə əsasən hazırkı mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessua lMəcəlləsinin 52.1-ci maddəsinin tələblərinə görə, iddiaçı iddiadan imtina edə bilər vəiddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4–cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitamverilir. Həmin Məcəllənın 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən iddiaçının “iddiadan imtina edilməsi” barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı hazırkı mülki iş üzrə iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiadan imtina qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı vəkili-nümayəndəsi X1 “iddiadan imtina edilməsi” barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh Əlibaba oğluna qarşı“ cehiz əşyalarının qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar