Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3312/2023 04.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 20 may 2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, X4 onun həyat yoldaşıdır. R.Daşdəmirov ilə xx.xx.1990-cı ildə R.Daşdəmirovla rəsmi nikaha daxil olmaqla evlənmişlər və nikahları Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1002 sayla qeyd edilmişdir. Həyat yoldaşı R.Daşdəmirov xx.xx.2023-cü ildə Abşeron rayonu, Məmmədli kəndində vəfat etmiş və mərhumu Fatmayı kənd qəbiristanlığında dəfn etmişlər. Qeyd edir ki, həyat yoldaşının dəfn və yas mərasimlərinə başı qarışdığından, həmçinin hüquqi savadı olmadığından R.Daşdəmirovun ölümü haqqında şəhadətnamə alınması üçün vaxtında müraciət edə bilməmişdir. Buna görə də X2 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra X2 ölümünün qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət" X5nə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən həyat yoldaşı X2 ölümünün qeydiyyata alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-16-5/7/244/2023 saylı imtina məktubu verilmişdir. Həmin məktubda göstərilmişdir ki, vəfat etmiş X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məlikəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirirlər ki, siz ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanları xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. Buna görə də o, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, həyat yoldaşı X4 barədə ölüm haqqında şəhadətnamə ona sənədləşdirmə işləri ilə əlaqədar lazımdır. Göstərilənlərə əsasən, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır və Ərizəçi ilə 40 ildir ki, qonşudur. Ərizəçi həyat yoldaşı X4 20 may 2023-cü ildə Abşeron rayonu, Məhəmmədi kəndində vəfat etmiş və Abşeron rayonu, Fatmayı kəndində dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun dayısının həyat yoldaşıdır. X1 onun dayısı olmuşdur. Dayısı Abşeron rayonu, Məhəmmədi kəndində dünyasını dəyişmiş və Abşeron rayonu, Fatmayı kəndində dəfn edilmişdir. İş materiallarında olan AZE Seriyalı, 17372572 saylı şəxsiyyət vəqisəsindən görünür ki, X4 07 may 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 3 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, PHŞ-6-1-1/2-D-16-31-7/2023 №-li cavab məktubundan görünür ki, 07 may 1967-ci il təvəllüdlü X2 ölümü qəfləti olduğundan və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 №-li Qərarı ilə təsdiq edilmiş "ölüm haqqında tibbi şəhadətnamə” nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən, tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” nin verilməsi mümkün olmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş 24 may 2023cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 60 №-li məktubdan görünür ki, həqiqətən X4 21 may 2023-cü il tarixində Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 07 may 1967-ci təvəllüdlü X2 20 may 2023-cü il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 may 1967-ci təvəllüdlü X2 20 may 2023-cü il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3312/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3312/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver