Məhkəmə qərarları › İş №2(012)-3316/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3316/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3316/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mərhum X1 həyat yoldaşı (əri) xx.xx.1940cı il təvəllüdlü X10 xx.xx.1994-cü il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 həyat yoldaşı (əri) xx.xx.1940-cı il təvəllüdlü X10 xx.xx.1994-cü il tarixdə ünvan 1i ünvanında vəfat etməsi faktının təsdiq edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Uşaq vaxtından onu mərhum bibisi X18 övladı kimi himayəsinə götürmüş və böyütmüşdür (qeyri rəsmi). xx.xx.2024-cü il tarixdə bibisi X18 vəfat etmişdir. Bibisinin həyat yoldaşı xx.xx.1940-cı il təvəllüdlü X19 xx.xx.1994-cü ildə vəfat etmiş və onun yaxınları tərəfindən Hacıqabul şəhəri ilə Hacıqabul rayonu Muğan qəsəbəsinin arasında yerləşən ümumi qəbiristanlıqda dəfn olunmuşdur. X2 Hacıqabul rayon Aqrar İslahat Komissiyası tərəfindən 05 iyul 2004-cü il tarixli 06 saylı qərarı ilə 0,09 ha Hacıqabul rayon Muğan qəsəbəsi ərazisində Həyətyanı torpaq sahəsi verilmiş və torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-251F (kod ********) saylı şəhadətnamə verilmişdir. Bundan başqa yenə də Hacıqabul rayon Aqrar İslahat Komissiyası tərəfindən 05 iyul 2004-cü il tarixli 06 saylı qərarı ilə 0,09 ha Hacıqabul rayon Muğan qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.22 ha torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair “ Jn-0394 (kod ********) dövlət aktı verilmişdir. X1 birinci dərəcəli vərəsələri yoxdur. Bibisinin həyat yoldaşı xx.xx.1940-cı il təvəllüdlü X19 xx.xx.1994-cü ildə vəfat etdiyi və hazırda bibisinin yuxarıda qeyd etdiyi əmlakları ərinin ölümündən 10 il sonra əldə edildiyindən, hazırda 2-ci dərəcəli varisi odur və həmin mirası hazırda o istifadə edir. Mirası qəbul etmək üçün sənədləri toplamağa başlamışdır. Lakin bibisinin həyat yoldaşı xx.xx.1940-cı il təvəllüdlü ,X10 ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Mərhumun qohumlarına müraciət etmiş, mərhumun qardaşı oğlu X14 bildirmişdir ki, onlarda belə sənəd yoxdur və bunun üçün Maraqlı şəxsnə müraciət edib oradan alar. Qeyd edilənlərə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəçinin izahatına uyğun izahat vermişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixli məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.6. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X22 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə həmkəndlidir. X6-ərizəçinin X1 həyat yoldaşı olmuşdur. Belə ki, ərizəçinin atası Məmmadağa olmuş, Məmmədağanın bacısı isə X12r. Mərhum 1994-cü ilin yaz aylarında, təxminən aprel ayında vəfat etmişdir. Bildiyi qədəri ilə X4 içki aludəçisi olmuşdur. Odur ki, ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. X18 ərizəçinin atasının bacısı olmuşdur. X6 isə ərizəçinin X1 həyat yoldaşı olmuşdur. Əzimə və Bahadurun övladları olmamışdır və ərizəçiyə övladları kimi baxaraq böyütmüşlər. X6 xx.xx.1994-cü ildə vəfat etmiş və ünvan 1ində qəbiristanlıqda dəfn edilmişdir. Şəxsin ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Fatmayı kənd İ.N tərəfindən verilmiş AZ-T 173418 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.1979-cu ildə anadan olmuşdur. X3, anası isə X13 olmuşdur. -Sabunçu Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ 424202 saylı nikah haqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən X16 ilə X15 arasında xx.xx.1995-ci il tarixli rəsmi nikah bağlanmış və nikahdan sonra arvada Cavadova soyadı verilmişdir. -Abşeron Rayon Fatmayı kənd İƏD üzrə İN tərəfindən verilmiş AZ-İ 795011 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. -Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 393390 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X18 xx.xx.2024-cü ildə vəfat etmişdir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-45-/2024 saylı məktubundan görünür ki, Maraqlı şəxs Sizin ərizənizə cavab olaraq bildirir ki, 1994-cü ildə vəfat etdiyini bildirdiyiniz əminiz X10 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"rın 8.5,-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Əlavə olaraq bildirilir ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. -Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının X31 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 175 nömrəli arayışdan görünür ki, həqiqətən X18 xx.xx.2024-cü ildə öldüyü tarixədək Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Onun atası, anası, həyat yoldaşı və qardaşı X5 deyildir. Onun torpaq sahələri hazırda sağ olan yeganə qohumu Abşeron rayonunda qeydiyyatda olan qardaşı qızı Ərizəçi tərəfindən istifadə olunur. -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1941-ci ildə anadan olmuş və xx.xx.2024-cü ildə vəfat etmiş X7 ərinin xx.xx.1940-cı ildə anadan olmuş X19 olması müəyyən edilmişdir. -X17 məxsus baş daşına dair fotoşəkildən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X19 ərizəçinin bibisinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. X1 1-ci dərəcəli qohumları olmamış ərizəçini övladı kimi saxlamışdır. Bu Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının X31 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 175 nömrəli arayışda öz təsdiqini tapmışdır. Hazırda ərizəçi bibisinin evinə və təsərrüfatına faktiki sahiblik etdiyindən 2-ci dərəcəli vərəsəsi kimi miras əmlakı qəbul etmək üçün sənədləşdirmə işini aparır. Ona görə də bibisinin əri X10 ölüm haqqında şəhadətnaməsi olmadığı üçün, vəfat etmə faktı ilə məhkəməyə müraciət etmişdir. X10 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X10 xx.xx.1994-cü il tarixdə ünvan 1i ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin bibisinin həyat yoldaşı X19 xx.xx.1994-cü il tarixdə ünvan 1i ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri paralel qaydada qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1940-cı il tarixdə anadan olmuş X10 xx.xx.1994-cü il tarixdə ünvan 1i ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il tarixdə anadan olmuş X10 xx.xx.1994-cü il tarixdə ünvan 1i ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar