Məhkəmə qərarları › İş №2(012)-3335/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3335/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3335/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçinin vəkili-nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dairərizə ilə məhkəməyə müraciət edərək, əri X3 xx xxxxxx 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxx 2018-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx xxxx 2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə onun həyat yoldaşı X5 intihar etmişdir. Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlansa da, daha sonra iş üzrə icraata xitam verilmişdir. İndiyədək həyat yoldaşının ölümü haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də ailə başçısının itirilməsinə görə müavinət və digər sosial ödənişlər ala bilmir. Ərizəçi bunun üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili-nümayəndəsi X4 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilinin izahatınıdinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan 007142 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X5 və X2 arasında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2038 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Atazadə” soyadı verilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilən xx.xx.2019-cu il tarixli, ********* №-li məktubdan müəyyən edilir ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığından ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Mülki işin materiallarında olanAbşeron Rayon Prokurorluğu tərəfindən göndərilən xx.xx.2019-cu il tarixli, ********* №-li məktubdan müəyyən edilir ki, X3 yaşadıqları evin həyətində özünü asaraq intihar etməsi barədə məlumat daxil olduqdan sonra ibtidadi istintaq aparılmış, ona qarşı hər hansı hərəkətin edilməsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata cinayət hadisəsi olmadığı üçün xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1994-cü il təvəllüdlü X3 xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilməli, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X3 xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydadaverildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar