Məhkəmə qərarları › İş №2(012)-3354/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3354/2020

01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3354/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1989-cu il tarixdə Abşeron rayonunun Güzdək qəsəbəsində anadan olmuş X2 xx xxxx 1997-ci il tarixdə Şamaxı rayonunun Ərəbşalbaş kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, onun X1 xx xxxxxx 1989-cu il tarixdə Abşeron rayonunun Güzdək qəsəbəsində anadan olmuşdur. Onun anadan olmasına dair xx xxxx 1989-cu il tarixdə Abşeron rayonu, Güzdək qəsəbə sovetindən 16 (on altı) saylı doğum haqqında şəhadətnamədə alınmışdır. (XİV-7Kİ-376205 nömrəli həmin doğum haqqında şəhadətnamə ərizəyə əlavə edilmişdir). Oğlu uşaqlıqdan xəstə olmuş və daima müalicə olunmuşdur. Sonuncu dəfə oğlu Respublika Uşaq Klinik Xəstəxanasında stasionar müalicə almışdır. Belə ki, sonuncu dəfə xəstəliyi ilə əlaqədar o xx xxx 1997-ci il tarixdə həmin xəstəxanaya daxil olmuş və iki aya yaxın orada stasionar müalicə aldıqdan sonra xx xxxx 1997-ci il tarixdə həmin xəstəxanadan evə buraxılmışdır. Evə buraxılmağının səbəbi onun ağır vəziyyətdə olması və müalicəsinin mümkün olmaması olmuşdur. Oğlunu müalicə edən həkimlər bildirdilər ki, xəstənin müalicəsi mümkün deyil və xahiş etdilər ki, xəstəni çıxarıb evə aparım. Xəstənin vəziyyətindən və həkimlərin dediklərindən belə məlum oldu ki, oğlunun yaşaması mümkün deyil və onun ömrünə az qalıb. Buna görədə o, oğlu İslam Zayıdovu xəstəxanadan çıxarıb, bir başa Şamaxı rayonunun Ərəbşalbaş kəndində olan ata-babasından ona qalmış evinə aparmışdır. Çünki onun bütün qohum-əqrabam orada idi. Fikirləşmişdir ki, oğlu vəfat edərsə, qoy qohuməqrabasının iştirakı ilə oğlunu öz ata-baba qəbristanlığında dəfn edim. Oğlunu evə gətirəndən 9 gün sonra, yəni xx xxxx 1997-ci il tarixdə Şamaxı rayonunun Ərəbşalbaş kəndində, atababasından ona qalmış öz evində, müalicə aldığı xəstəlikdən öldü. Oğlunu özünün doğulub boyabaşa çatdığım Şamaxı rayonunun Ərəbşalbaş kəndinin kənd qəbirsanlığında, öz qohuməqrəbamın qəbirlərinin yanında dəfn etdim. (Ərəbşalbaş kəndi hal-hazırda Qobustan rayonunun inzibati ərazi vahidinə daxildir). X1 vəfat edərkən səkkiz yaşı tamam olmuşdu və doqquz yaşının içində idi. Həmin vaxt lazım olmadığı üçün onun barəsində ölüm şəhadətnaməsi alınmamışdır. Hal- hazırda isə onun barəsində ölüm şəhadətnaməsinə ehtiyac var. Bu sənəd bizə bir sıra zəruri hüquqlarını həyata keçirmək üçün tələb olunur. Belə ki, onun ailəsi səkkiz nəfərdən ibarət olmuşdur. Altı uşaq, həyat yoldaşı və o. Uşaqlarından ikisi vəfat etmişdir. Qalan dörd uşaqlarımız isə hal-hazırda yaşayırlar. Həyat yoldaşı pensiyaya çıxmaq məqsədi ilə müraciət etmiş və ona bildirilmişdir ki, doğub, səkkiz yaşma kimi böyüdüb boya-başa çatdırdığı uşaqlarının beşinin sənədlərini təqdim edərsə, onun pensiyə hüququ yaranır və ona pensiya təyin edilə bilər. Halhazırda yaşayan dörd uşaqlarımızın sənədlərini təqdim etsək də, oğlum İslam Zayıdovun olüm şəhadətnaməsi olmadığı üşün biz onu təqdim edə bilmədik. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasıda şahid X4 izahatında bildirdi ki, Ərizəçi atasının əmisi oğludur. Zayıdov İslam xəstəxanada rəhmətə getmişdir. İslam Qobustanda dəfn edilmişdir. Yas mərasimi isə Sahil qəsəbəsində olmuş və o, da həmin mərasimdə iştirak etmişdir. İş materiallarında olan XİV-7Kİ-376205 nömrəli doğum haqqında şəhadətnamənin notariusda təsdiqlənmiş surətindən görünür ki, X3 xx xxxxxx 1989-cu il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası isə Zayıdova Gülövşə Həkim qızıdır. İş materiallarında olan Qobustan rayon İHB-nin Ərəlbaş kənd İƏD tərəfindən verilmiş aktdan görünür ki, həqiqətən xx xxxxxx 1989-cu il təvəllüdlü X3 xx xxxx 1997-ci ildə Qobustan rayon Ərəlbaş kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx xxxxxx 1989-cu il təvəllüdlü X2 xx xxxx 1997-ci il tarixdə Şamaxı rayonunun Ərəbşalbaş kəndində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı,şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1989-cu il tarixdə Abşeron rayonunun Güzdək qəsəbəsində anadan olmuş X2 xx xxxx 1997-ci il tarixdə Şamaxı rayonunun Ərəbşalbaş kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar