Məhkəmə qərarları › İş №2(012)-3358/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3358/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3358/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X4 xx.xx.1990-cı il tarixdə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə anadan olmuş X4 xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla X5 birgə nikahından xx.xx.1990-ci ildə X7 adlı uşaqları anadan olub və xx.xx.1990-cı ildə 8 aylıq olarkən vəfat etmişdir. Amma uşaq üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. X8 xx.xx.2023-cü ildə vəfat etmiş və vərəsəlik işi açılan zaman xx.xx.1990-ci ildə anadan olmuş X4 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində adının sağ qalmış kimi göstərildiyindən vərəsəlik işi açılmamışdır. xx.xx.1990-cı ildə X7 vəfat etdikdən sonra Salyan şəhər qəbirstanlığında dəfn edilmişdir. Sadəcə körpə olduğundan qəbirüstü abidəsi hazırlanmamışdır. Eyni zamanda Salyan RMX PHŞ-də xx.xx.1990-ci ildə anadan olmuş X4 ölümü barədə heç sənəd olmadığı bildirmişdir. Faktiki olaraq doğum haqqında məlumat var və ancaq ölümü qeydə alınmamışdır. xx.xx.1990-ci ildə anadan olmuş X4 ölümü barədə yalnız şahidlər təsdiq edə bilər. Maraqlı şəxs ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və müvafiq olaraq məhkəmə qaydasında həll edilməli olduğu bildirilmişdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasında imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Oğlunun ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarınn həyata keçirilməsinə maneələr yaradır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Vəkil izahatını təsdiq etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Ərizəçi xalası qızıdır. Ərizəçi oğlu X7 1990-cı ildə anadan olmuşdur. Anası zəng edərək Məhbubənin oğlunun vəfat etdiyini söyləmişdir. X1 1990-cı ilin 10 oktyabr tarixdə 7-8 aylıq olarkən Salyan şəhərində vəfat etmişdir. Uşaq hər hansı bədbəxt və digər hadisə nəticəsində deyil xəstələnərək vəfat etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ata tərəfindən qohumudur, həm də rəfiqəsidir. Ərizəçi oğlu 1990-cı ildə xəstələndiyindən, sudurqadan vəfat etmişdir. Ay gün dəqiq yadında deyil, lakin payız ayı olduğunu dəqiq xatırlayır. Ərizəçi oğlu X3 şəhərində dəfn olunmuşdur. Yas mərasimi Salyan şəhərində olmuş, yas mərasimində iştirak etmişdir. Uşağın ölümünə səbəb hər hansı bir bədbəxt hadisə olmamış, uşaq xəstəlik nəticəsində öz əcəli ilə vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Salyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, İ-ЖГ № 412380 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X11 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 146 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Məhərrəmova” soyadı verilmişdir. -Doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuşdur. Atası X19oviç, anası Ərizəçidır. -1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 347040 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-M-66/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-68/2-383/2024 saylı məktubundan görünür ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə daxil olmuş SRVB-2024/030 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq bildirilir ki, 1990-cı ilin “Doğum şöbəsinin Fizioloji yeni doğulmuşların qeydiyyat jurnalı”na əsasən, 1957-ci il təvəllüdlü Ərizəçi xx.xx.1990-cı il tarixdə saat 17:00 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində boyu-47 sm, çəkisi-2.700 qr olan diri oğlan uşağı dünyaya gətirmiş və xx.xx.1990-cı il tarixində xəstə Bakı şəhərinə köçürülmüşdür. Əlavə olaraq bildirilir ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində müraciətdə qeyd olunan –X4 ölümünü təsdiq edən hər hansı tibbi sənəd mövcud deyil. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3- 16-5/7-16-132/2024 saylı məktubundan görünür ki, vərəsəlik işi ilə əlaqədar xx.xx.1990-cı il təvəllüdlü X4 ölüm faktının məhkəmə qaydasından müəyyən edilməsindən ötrü onun doğumu və ailə tərkibi barədə məlumatlar göstərilən arayış verilməsi barədə müraciətə Maraqlı şəxsndə baxılmışdır. Müəyyən olunmuşdur ki, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş X4 doğumu haqqında Maraqlı şəxs tərəfindən xx.xx.1990-cı il tarixli 133 nömrəli akt qeydi tərtib edilmişdir. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X7 doğum tarixi: xx.xx.1990-cı il, doğulduğu yer: Azərbaycan Respublikası Salyan rayonu. Atası: X8 (xx.xx.1953) (xx.xx.2023-cü ildə vəfat edib). Anası: X12 (xx.xx.1957). Qardaşı: X14 (xx.xx.1980). Qardaşı: X15 (xx.xx.1982). -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 xx.xx.1990-cı il tarixində Salyan rayonunda anadan olmuşdur. X2r, anası Ərizəçidır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 51, mənzil 5 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.1990-cı il tarixdə xəstələnərək vəfat etmiş və X4 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X4 xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin oğlu X7 xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,xx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş X4 xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş X4 xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar