Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3365/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyət şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyət şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1508 nömrəli torpağın mülkiyyət şəhadətnaməsinin, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi, cavabdehdən 11600 manat pul və ödənilmiş 156 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyətinə ayrılmış 34.7 ha torpaq sahəsinin 5-ci küçəsindəki 0.10 ha torpaq sahəsi X5 ev tikilməsi üçün ayrılmışdır. xx.xx.2003-cü il tarixdə 181737 saylı alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsinin üstündəki 1 otaqlı ev ilə birlikdə İddiaçı atası Nümayəndə X3 alaraq Abşeron Rayon Dövlət Notariat Kontorunda 118 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə öz adına rəsmiləşdirmişdir. 2003-cü ildən atasının xüsusi mülkiyyətində olan həmin torpaq sahəsində tikilən evdə ailəliklə birgə təsərrüfat işləri aparılmış, ağaclar əkilmiş, indi də orada yaşamaqla, həmin torpaq sahəsi və ev onların şəxsi mülkiyyətindədir. İddiaçı nikaha daxil olduğu üçün həmin torpaq sahəsinin bir hissəsində 2021-ci ilin əvvəllərində fərdi yaşayış evi tikmək məqsədi ilə atası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, onlara məxsus 0.10 ha torpaq sahəsinə dair başqa şəxsin adına JN-1508 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron rayon Şöbəsində aparılan araşdırmalar nəticəsində həmin torpaq sahəsinə dair şəhadətnamənin Cavabdeh 2005-ci ildə verilməsi müəyyən edilmişdir. 2003-cü ildə qanuni yolla atasının mülkiyyətində olan həmin 0.10 ha torpaq sahəsinin kim tərəfindən 2005-ci ildə başqa bir şəxsin adına sənədləşdirilməsinə heç bir aydınlıq gətirilə bilməmiş və torpaq sahəsinin onlara 2 dəfə satılmasının araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə şikayət edilmişdir. Abşeron rayon Polis İdarəsində aparılan araşdırmalarla müəyyən edilmişdir ki, guya həmin torpaq sahəsi Cavabdeh məxsusdur. Cavabdeh Saray qəsəbə Bələdiyyəsində baş mühasib vəzifəsində işləyən X8 qohumudur. X12 verdiyi izahatında bildirmişdir ki, Cavabdeh adına heç bir torpaq sahəsi sənədləşdirilməmişdir. Qədirzadə Qəşəm Heydər oğlunun adına olan torpaq sahəsi səhvən Cavabdeh adına yazılmış, həmin torpaq sahəsi Qəşəm Qədirzadənin adına sənədləşdirilmişdir. İzahatı alınmış Cavabdeh izahatında qohumu Lalə Dadaşovanın verdiyi izahatı təsdiq etmişdir. Beləliklə, cavabdeh qanunsuz olaraq ona aid olmayan torpaq sahəsini 10000 manata satmışdır. Abşeron rayon Polis idarəsinin 08 iyun 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Atasına məxsus torpaq sahəsində iddiaçının tikdirdiyi evin tikintisi yarımçıq dayandırıldığı üçün məcbur olaraq xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldadılaraq Cavabdeh 10000 manata 2-ci dəfə torpağı almışdır. Bundan başqa, həmin müqavilənin 4-cü bəndinə əsasən, göstərilən daşınmaz əmlaka dair əmlak vergisi satıcıdan alınmalı olduğu halda, həmin 600 manat vergi rüsumu da satıcı tərəfindən iddiaçıya ödətdirilmiş, 200 manat pul müqavilə bağlanarkən alınmış, yəni, bir torpaq sahəsi iki dəfə satılmaqla əlavə xərclər də iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, atasına məxsus olan torpaq sahəsində tikili inşa etdirmək üçün aidiyyəti quruma müraciət etmiş və torpaq sahəsinin başqa şəxsə məxsus olması müəyyən olunmuşdur ki, həmin şəxs də hazırki iş üzrə Cavabdehdır. Atası 2003-cü ildə torpaq sahəsinin ona məxsus olmasına dair şəhadətnamə almışdır. O, 0.10 ha torpaq sahəsində ev tikmək istəyirdi. Atasına məxsus torpaq sahəsinin yerində üst-üstə düşməsinə dair sənəd olaraq qonşular tərəfindən təsdiq olunmuş sənəd təqdim edə bilər. O, aidiyyəti quruma müraciət etdikdə torpağa dair çıxarışın, şəhadətnamənin atasına məxsus olduğu müəyyən olunmuş, koordinatlar da onların yaşadığı ünvanı göstərir. Bu səbəbdən də hesab edir ki, torpaq sahəsi onun atasına məxsus olduğundan başqasına məxsus olması isə mümkün deyildir. 2021-ci ilin fevral ayında müəyyən etmişdir ki, torpaq sahəsi cavabdehə məxsus olmaqla bu barədə şəhadətnamə verilmişdir. Belə ki, dəqiq tarix deyə bilməsə də, fevral ayında o, aidiyyəti quruma müraciət etmiş, lakin cavabdehə məxsus olması bəlli olmuşdur. O, cavabdehi axtarmağa çalışmış, 3-5 gün araşdırmadan sonra cavabdehin qardaşını tapa bilmişdir. Novruz bayramı ərəfəsinə düşdüyündən bayramdan sonra danışığın əldə olunmasının mümkünlüyü bildirilmişdir. Bayram günündən sonra razılıq əldə olunmamış, mübahisə yaranmışdır. Belə ki, hesab edir ki, cavabdeh tərəfindən torpaq sahəsi qanunsuz olaraq əldə olunmuşdur. Hazırki mübahisə ilə bağlı ilk dəfədir ki, məhkəməyə müraciət etmişdir. Həmçinin, qeyd etməyi zəruri hesab edir ki, ona alqı-satqı müqaviləsi bağlamaqla addan-ada dəyişilməsi tövsiyyə olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Qədirzadə Qəşəm Heydər oğlu iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, oğlu İddiaçı torpaq sahəsini Cavabdeh almış olsa da, sözügedən torpaq sahəsinin cavabdehə məxsus olmadığını zənn edir. Belə ki, sözügedən torpaq sahəsi X5 məxsusdur. Torpaq sahəsi ilə bağlı mübahisəni 2021-ci ildə bilmişdir. Alqı-satqıya dair çıxarış almış, alqı-satqıda 10000 manat pul ödənilmiş və pul vəsaiti cavabdehə verilmişdir. Bununla belə, qeyd olunan məsələlərdə cavabdeh təqsirli deyil, cavabdeh baldızı Lalə xanımın təsiri altında olmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 1993-cü ildə cavabdehin atası torpaq sahəsini X1. Həmin vaxt cavabdeh cavan olmuşdur. Cavabdehin vəkili olaraq o, belə hesab edir ki, 2005-ci ildə cavabdehin adına çıxarış çıxarılıb verilmişdir. Cavabdeh əksinə, torpaq sahəsini mübahisələndirməsə də, iddiaçı tərəf cavabdehi torpaq sahəsini mübahisələndirməyə vadar edir. İddiaçı cavabdehin evinə gəlmiş, həmin vaxt cavabdehin yoldaşı işdə olmuş və razılaşmışlar ki, torpaq sahəsinin alqı-satqısını notariusda rəsmiləşdirsinlər. İddiaçı 10000 manat ödəsə də, həmin pulu da özü götürmüşdür. Cavabdeh əksinə, atası tərəfindən satılmış torpaq sahəsi iddiaçı tərəfindən alındığından çıxarışın alınması naminə notariusa getmişdir. Başqa sözlə, cavabdeh torpaq sahəsini qəti şəkildə mübahisələndirmir. İddiaçının etibarsız hesab edilərək ləğv olunmasını tələb etdiyi JN-1508 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hansı sənəd olması barədə məlumatı yoxdur. Həmin sənəd cavabdehdə yoxdur. Belə ki, o, özü belə hesab edir ki, sözügedən sənəd cavabdehin atası tərəfindən verilmişdir. Ümumiyyətlə, cavabdehin iddiaçı ilə torpağa dair alqı-satqısı olmamışdır. İddiaçı məhkəmə iclasında sorğu ilə müraciət edərək sözügedən sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdehin vəkili olaraq isə o, cavabdehin adına olan çıxarışı əldə etmişdir. Alqı-satqının etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Həmçinin, mülki iş üzrə iddia müddəti ötürülmüş, eyni zamanda, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 339-cu maddəsinin tələblərinə istinad etsə də, göstərilən müddəa tətbiq edilməməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına onun iştirakı olmadan baxılmaqla iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1998-ci il tarixli 14 saylı çıxarışından görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyətinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsinin 5-ci küçəsindəki 11 nömrəli sahəsində X5 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikməyə icazənin verilməsi qərara alınmışdır. -X2 ilə alıcı Nümayəndə arasında bağlanmış xx.xx.2003-cü il tarixli № 181737 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 10786 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2003-cü il tarixli 6468 nömrəli arayışına əsasən, Abşeron rayonu Saray qəsəbəsi 5-ci küçədə yerləşən 960 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı 11 saylı yaşayış evini 10 000 000 AZM-ə satmışdır. -Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun 2003-cü il yanvar tarixli notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 928.7 kv.m olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi X5 məxsus olmuş, sonradan sözügedən sənəddə dəyişiklik edilərək, Abşeron 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, evin Nümayəndə adına keçməsi təsdiq olunmuşdur. -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 5-ci küçədə yerləşən 11 saylı (yaşayış sahəsi 14.4 kv.m, ümumi sahəsi 14.4 kv.m) 1 otaqlı yaşayış sahəsi Nümayəndə adına mülkiyyət hüququ əsasında Abşeron 2 nömrəli Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 10786 saylı reyestr kitabının 1325 inventar nömrəsi ilə qeydə alınmışdır. -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********49 saylı məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, 5-ci küçə ünvanında yerləşən 11 saylı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 23 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Texniki baxış keçirilən zaman 10786 reyestr və 1325 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport ilə qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü (aşkarlanmadığı) müəyyən edilmişdir. Bundan başqa, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair başqa şəxsin adına JN-1508 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, ərizənin icrasından imtina edilmişdir. -Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən sahəsi 0.10 ha torpaq sahəsini alıcıya 10000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1121 saylı reyestr kitabının 68 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Qədirzadə Qəşəm Heydər oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tələb ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardan daha sonra görünür ki, 20 may 2021-ci il tarixdə Qədirzadə Qəşəm Heydər oğlu Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, Həmid adlı şəxsdən Saray qəsəbəsində 0.10 sot torpaq sahəsi aldığını, daha sonra Saray bələdiyyəsində işləyən Lalə adlı qadının torpaq sahəsinin şəhadətnaməsini öz gəlininin adına keçirtdiyini, bu səbəbdən sənədləşməni öz adına aparmaq üçün 1200 manat pul sərf edərək maddi ziyana düşdüyünü göstərmişdir. İzahatı alınmış Qədirzadə Qəşəm Heydər oğlu izahatında göstərmişdir ki, təxminən bir ay əvvəl özünə məxsus torpaq sahəsində ev tikmək üçün Abşeron rayon şöbəsinə müraciət edərkən orada ona həmin torpaq sahəsinin şəhadətnaməsinin Cavabdeh adına olmasını demişlər. Bundan sonra, həmin şəxsin kimliyini müəyyən etməyə çalışdıqda həmin qadının Saray bələdiyyəsində işləyən Lalə adlı şəxsin gəlini olmasını və torpaq sahəsinin şəhadətnaməsinin onun adına sənədləşməsini bilmişdir. Sonradan torpaq sahəsini yenidən öz adına keçirmişdir. Bu səbəbdən sənədləşməni öz adına aparmaq üçün 1200 manat dövlət rüsumu ödəmişdir. Həmin pulu Lalədən istədikdə pulu vermədiyini görüb şikayət etmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış X13 izahatında göstərmişdir ki, o, Abşeron rayonu Saray bələdiyyəsində baş mühasib vəzifəsində işləyir. Cavabdeh onun qohumu olsa da onun heç bir səlahiyyəti olmadığından bələdiyyədə işlədiyi müddət ərzində onun adına heç bir torpaq sahəsi sənədləşdirməmişdir. Qədirzadə Qəşəm Heydər oğlunun adına olan torpaq sahəsi səhvən Cavabdeh adına yazılmış, həmin torpaq sahəsinin Qəşəm Qədirzadəyə məxus olması müəyyən edildikdən sonra onun adına sənədləşdirilmişdir. Eyni zamanda, Qədirzadə Qəşəm Heydər oğlunun 1300 manat pulu haraya rüsum kimi ödəməsi barədə məlumatı yoxdur. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh izahatında X9 göstərdiyi xüsusatları təsdiq etmişdir. -4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********89 saylı məktubundan görünür ki, Cavabdeh adına verilmiş JN-1508 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər arxivdə aşkar edilməmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi Yataqxana-6, 22B saylı evin 22 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu Saray qəsəbəsi N.Aslanov küçəsi 21 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı atası Nümayəndə X2 ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 11 saylı fərdi yaşayış evini almışdır. Sözügedən fərdi yaşayış evi xx.xx.2003-cü il tarixli 4ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında qeydiyyat vəsiqəsi ilə iddiaçının atasının adına qeydə alınmışdır. İddiaçı atasına məxsus olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəmiş, lakin ona sözügedən torpaq sahəsinin Cavabdeh məxsus olması, atasının adına verilmiş çıxarışın isə arxiv materiallarında olmadığı bildirilmişdir. İddiaçı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yenidən öz adına rəsmiləşdirilməsi üçün cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, lakin sonradan mübahisəli torpaq sahəsinin ona məxsus olduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçı JN-1508 nömrəli torpağın mülkiyyət şəhadətnaməsinin və xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1. maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh çıxış etməklə, həmin müqavilə Sumqayıt şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu T.M.Mustafazadə tərəfindən 8İ-799 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi kimi bağlanmışdır. Mülki Məcəllənin: 152.1.-152.4. maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İddiaçı iddia tələbində cavabdehlə alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin onun atasına məxsus olmasını, özlərinə məxsus torpaq sahəsinin yenidən alqısatqı müqaviləsi vasitəsilə alınarkən onun aldadıldığını bildirmişdir ki, məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 339.2. maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2ci maddəsinin məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək qeyd edir ki, tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olaraq bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehlə alqı-satqı müqaviləsi bağlayarkan onun aldadılmasını, iddia tələbində mübahisəli torpaq sahəsinə dair iki dəfə müqavilə bağlandığını, başqa sözlə, iki dəfə onlara torpaq sahəsinin satıldığını iddia etməklə cavabdehlə bağladığı müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, cavabdehə məxsus olan torpaq sahəsinin həqiqətən də onun mülkiyyətində olan torpaq sahəsinin olmasını, torpaq sahəsinin üst-üstə düşməsini sübuta yetirə bilməmiş, bu barədə vəsatət ilə məhkəməyə müraciət etməmiş və eyni zamanda, torpaq sahəsi barəsində aldadıldığını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı əqdin etibarsız hesab edilməsinə əsas olan hallar, yəni, iddiaçının iradə ifadəsinin zədələndiyi hallar öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X4 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı iddia ərizəsində JN-1508 nömrəli torpağın mülkiyyət şəhadətnaməsinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etsə də, həmin sənədi məhkəməyə təqdim etməmiş, sənədin təqdim edilməsinə dair aidiyyəti quruma müraciət etməmiş və yaxud sözügedən sənədin təqdim edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etməmişdir. Başqa sözlə, sübutetmə vəzifəsi daşıyan iddiaçı etibarsız hesab edilməklə ləğv edilməsini xahiş etdiyi sənədi məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini sübuta yetirə bilməmişdir. Bundan savayı, iddia tələbindən göründüyü kimi, iddiaçı Abşeron rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1508 nömrəli torpağın mülkiyyət şəhadətnaməsinin, eyni zamanda, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur...». Həmçinin, məhkəmə qeyd edir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu, şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçı torpaq sahəsinin ona məxsus olub-olmamasına dair mübahisənin 2021-ci ilin fevral ayında bəlli olduğunu bildirmişdir. Beləliklə də, iddiaçı əqdin etibarsızlığı ilə bağlı bəlli olan halın 2021-ci ilin fevral ayında məlum olmaqla onu bir il ərzində mübahisələndirmək hüququ yaranmış, lakin həmin əqdi göstərilən müddət ərzində mübahisələndirmədiyindən qeyd olunan hüququnu itirmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Beləliklə də, iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş olsa belə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Ona görə də məhkəmə kəsici müddəti tətbiq etməklə iddiaçı tərəfindən müddətin ötürülməsi səbəbindən iddia ərizəsinin əsaslı olmadığından təmin edilməməsi qənaətinə gəlir. Mülki Məcəllənin 337.5. maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar öz təsdiqini tapmadığından alqısatqı müqaviləsi əsasında ödənilmiş 10000 manat və əmlak vergisi olaraq ödənilmiş 600 manat pul vəsaitinin geri qaytarılmasının əsası yoxdur. Eyni zamanda, iddiaçı iddia tələbində 11600 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etsə də, qalıq qalmış 1000 manat pul vəsaitinin də nədə ifadə olunmasını sübuta yetirməmişdir. Bu səbəbdən də iddia tələbi bu hissədə də təmin edilə bilməz. Mülki Prоsеssuаl Məcəllənin: 265.4. mаddəsinə əsаsən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 265.5. mаddəsinə əsаsən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Məhkəmə eyni zamanda, qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin əməllərində cinayət əlamətləri aşkar edilmədiyindən onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi müəyyən olunmamışdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları, Konstitusiya Məhkəməsinin Plenum Qərarını məcmu halında qiymətləndirib və qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyət şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyət şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov