Məhkəmə qərarları › İş №2(012)-3371/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3371/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3371/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X1 xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş edirəm hissəsinin “xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı – 1967-ci ildə anadan olmuş X2 ağır xəstə olmuş, xx.xx.2021-ci il tarixdə məskunlaşdıqları Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vəfat etmiş və Ceyranbatan qəsəbəsində də dəfn olunmuşdur. Bu hal 2 şahid - X6 və Mehdiyev Məhəmməd tərəfindən də təsdiq edilə bilər. Mərhumun vəziyyəti pisləşəndə X15 çağırmalarına baxmayaraq, onlar gələnədək yoldaşı vəfat etmişdir. Ərizəçi mərhumun ölümü haqqında şəhadətnamə almaq üçün maraqlı şəxs Abşeron Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixli cavabla şəhadətnamə verməkdən imtina edilmişdir. Daha sonra bununla bağlı AR “TƏBİB”-in Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə əldə edilə bilməmişdir. Hazırda məcburi köçkün kimi qeydiyyat məsələlərində mərhumun ölümü haqqında şəhadətnaməsi ərizəçiyə lazımdır. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mərhum şəkər xəstəsi olmuş, 2021-ci ildə Ceyranbatan qəsəbəsində ev şəraitində böyrək çatışmazlığından vəfat etmişdir. X13 Yardım çağırılmış, əməkdaşlar sənəd təqdim edərək ölüm kağızı olduğunu bildirmişlər. Odur ki, indiyə kimi tərəfindən mərhumun ölümü haqqında şəhadətnamə alınması üçün müraciət edilməmişdir. Mаrаqlı şəхs Abşeron Rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin həyat yoldaşı 3-4 il əvvəl yay ayında Ceyranbatan qəsəbəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun həm qonşusu, həm də həmyerlisidir. Ərizəçinin mərhum yoldaşı təxminən 3-4 il əvvəl Ceyranbatan qəsəbəsində xəstəlikdən rəhmətə getmişdir. O, mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AZE 17544984 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1967-ci il tarixdə Zəngilan rayonu, Malatkeşin kəndində anadan olmuşdur. -Zəngilan VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ 302149 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (ərizəçi) ilə X4 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Məmmədyarova” soyadı verilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X16 Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il, saat 18:16-da Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Köhnə musiqi məktəbi ünvanda vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. Meyidin üzərində zorakılıq əlamətləri yoxdur. -Ceyranbatan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vəfat etmiş və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində dəfn olunmuşdur. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron Rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. -Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AA 095059 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildə daimi yaşayış yeri olan Zəngilan rayonunu tərk edərək Abşeron rayonunda məskunlaşmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X2 ərizəçinin həyat yoldaşı olmuş, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə ölmüşdür. X1 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid ifadələrində X1 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən, ərizəçinin həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində ölmüşdür. Mülki Prosessual Məcəllənin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1967-ci il tarixdə Zəngilan rayonu, Malatkeşin kəndində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Zəngilan rayonu, Malatkeşin kəndində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar