Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3373/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X4 Səfiyeva İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların etibarsızlığı tələbinə dair iddia ərizəsinə 24 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı alqısatqı müqaviləsinin və çıxarışların etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhəmmədli qəsəbəsi Yeni yaşayış massivi 9 saylı evin 5 saylı mənzilin Cavabdeh2 ASC-n balansına qəbul edilməsi barədə akt etibarsız hesab edilməsi, Cavabdeh3 ilə Cavabdeh1 arasızda bağlanmış 04 oktyabr 2018-ci il tarixli alqısatqı müqaviləsi və Cavabdeh1 adına verilmiş (DƏDRX-n) RX seriyalı ******* saylı «ÇİXARİŞ»ın ləğv edilməsi; Cavabdeh2 ASC-n 2 saylı Nəsimi rayon filialı ilə X3 arasında 01 may 2009-cu il tarixdə bağlanmış 421 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 5900 ABŞ dolları və 5 min ABŞ dolları faiz olaraq ödəmək şərti ilə Abşeron rayon Məhəmmədli qəsəbəsi Yeni yaşayış massivi 9 saylı evin 5 saylı mənzili ilə bağlı mülkiyyət hüququnun bərpa edilməsi və mənzildə yaşayan Cavabdeh1 ailəsi ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, mübahisəli mənzil ipoteka predmeti olub hərrac yolu ilə bankı mülkiyyətinə keçmişdir.İddiaçı hərracın nəticələrini mübahisələndirməli olduğu halda,bunu etmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa iddiaçı tərəfindən əməl olunmadığından iddia ərizəsi MPM-nin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. MPM-nin 152.1.1 maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda geri qaytarılır. Həmin Məcəllənin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi ona izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların etibarsızlığı tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3373/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3373/2022
24.05.2022 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver