Məhkəmə qərarları › İş №2(012)-3381/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3381/2025

19.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3381/2025 19.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələblərini bununla əsaslandırmışdır ki, Bakı 9 saylı Mediasiya Təşkilatında ******* saylı xx.xx.2024 tarixli barşıq sazişi ilə Ərizəçi və Maraqlı şəxs arasında aşağıdakı şərtlər əsasında razılaşma əldə olunmuşdur: 1. İkinci tərəf Abşeron rayonu, Masazır kəndi, Nigar Rəfibəyli küçəsi, ev 4 (Abşeron XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1980-ci il tarixli, 31414 nömrəli reyestr kitabinda yazılmış qeydiyyat vəsiqəsi əsasında Ərizəçi məxsus olan fərd yaşayış evi) ünvanındakı evə olan bütün hüquqlarından imtina edir və 1 ay müddətində pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. 2. Birinci tərəf bu sazişin birinci bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməsi üçün tərəflər arasında razılaşdırılmış 4500 manat vəsaiti **********892279 nömrəli Leobank kartına (bitmə tarixi 04/27) köçürür. Xeyli müddət keçməsinə baxmayaraq barışıq sazişi icra edilmir. Buna görə də ərizə təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O bildirdi ki, onun mülkiyyətində Abşeron rayonu, Masazır kəndində yalnız 1 ev var və barışıq sazişi bu ev barədə olmuşdur. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizədən görünür ki, oradakı əsas tələb yaşayış sahəsindən istifadə hüququna görə kompensasiya ödənilməsi barədədir. Məhkəmə iclasında Abşeron rayonu, Masazır kəndi, Nigar Rəfibəyli küçəsi, ev 4 (Abşeron XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1980-ci il tarixli, 31414 nömrəli reyestr kitabinda yazılmış qeydiyyat vəsiqəsi əsasında Ərizəçi məxsus olan fərd yaşayış evi) ünvanına aid hüquq müəyyənedici sənədlərin təqdim edilməsi iddiaçıya təklif edilsə də, bu barədə sübut təqdim edilməmişdir. İşdə olan qeydiyyat vəsiqəsi isə Abşeron rayonu, Masazır kəndində yerləşən 60,9 kv.metrlik 2 otaqlı yaşayış evinə aiddir. Bu vəsiqə Abşeron XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən verilmişdir və reyestr nömrəsi 31419-dur. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edildiyi kimi, mübahisəli Abşeron rayonu, Masazır kəndi, Nigar Rəfibəyli küçəsi, 4 saylı evin iddiaçının mükiyyətində olmasını təsdiq edən hər hansı legitim sənəd (qeydiyyat vəsiqəsi, reyestrdən çıxarış, mülkiyyət hüququna dair şəhadətnamə və s.) təqdim edilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, Ərizəçi hazırki ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə **********11 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə baxılmamış saxlanılmalı, habelə iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. Ərizəçi hazırki mülki iş (2(012)-3381/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (**********11 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar