Məhkəmə qərarları › İş №2(012)-3392/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3392/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3392/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğum haqqında akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə 23 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci il tarixdə Ermənistan SSR-nin Qafan rayonunda doğulması, atasının X4, anasının X5 olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1971-ci il tarixdə Ermənistan SSR-nin Qafan rayonunda doğulması, atasının X4, anasının X5 olması qeydinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il tarixdə Ermənistan SSR-nin Qafan rayonunda anadan olmuşdur. X1, anası X2r. Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ildən ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının bir çox rayonlarında qaçqın kimi məskunlaşmışlar. Hal-hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır.Doğum şəhadətnaməsi ona məlum olmayan səbəbdən itmişdir.Hazırda müəyyən sənədləşmə işləri üçün doğum haqqında şəhadətnaməni əldə etmək zərurəti yarandığından, bu barədə ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində X3 ifadə verərək bildirdi ki, ərizəçinin bacısıdır və həqiqətən də Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. X1, anası isə X2r. Məhkəmə iclasında şahid qismində X6 ifadə verərək bildirdi ki, ərizəçi qardaşıdır və həqiqətən də Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. X1, anası isə X2r. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, vəsiqənin sahibi Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki iş materiallarında olan 258595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 15.08.1965-ci ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur. Atası “X4”, anası “X5”dır. Mülki iş materiallarında olan AZE № 15893196 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, vəsiqənin sahibi X3 15.08.1965-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki iş materiallarında olan 397658 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 19.05.1984-cü ildə Ermənistan, Qafan rayonu, Pəhyan kəndində anadan olmuşdur. Atası “X4”, anası “X5”dır. Mülki iş materiallarında olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, vəsiqənin sahibi X6 19.05.1984-cü il tarixdə anadan olmuşdur. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən 21.04.2021-ci il tarixli, 05/Q-522/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə doğum haqqında şəhadətnamə qeydinin bərpa edilib, yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR-nin Qafan rayonunda anadan olması, atasının X4, anasının X5 olması sənədlərlə müəyyən edildiyindən,doğum şəhadətnaməsini itirdiyindən, bərpası isə mümkün olmadığından hüquqi faktın müyyən edilməsi barədə ərizəsi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR-nin Qafan rayonunda anadan olması, atasının X4, anasının X5 olmasına dair akt qeydi bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar