Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3394/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işəxx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dairərizə ilə məhkəməyə müraciət edərək, anası- xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası- X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küç., ev-9, mənzil-28 ünvanında vəfat etmiş, Qəbələ rayonu Vəndam qəsəbəsində Dəşmir adlı qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi anası- X1 ölməsi ilə əlaqədar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X3 və X4 bildirdilər ki, X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küç., ev-9, mənzil-28 ünvanında rəhmətə getmiş və Qəbələ rayonu Vəndam qəsəbəsindəki Dəşmir adlı qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X2 xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan X5 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 18:32 radələrində X1 meyidi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küç., ev-9, mənzil-28 ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olanMaraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 05/Q-649/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.1, 8.4, 8.5-ci bəndlərinə uyğun olaraq ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən ərizəçiyə verilən xx xxxx 2020-ci il tarixli, 888 saylı cavab məktubundan müəyyən edilir ki, X1 ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilmir. Mülki işin materiallarında olan Qəbələ RİHB-nin Vəndam qəsəbə İƏD üzrə icra nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 627 №-li arayışından müəyyən edilir ki, X2 xx xxxxx 2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində öz evində rəhmətə getmiş, qohumları tərəfindən Qəbələ rayon Vəndam qəsəbəsinə gətirilərək xx xxxxx 2020-ci il tarixdə Dəşmir adlı qəbiristanlıqda dəfn edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, ərizəçinin anası- xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi işin materialları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməli və ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydadaverildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3394/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3394/2020
06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver