Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-340/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013cü il tarixli çıxarışla mülkiyyətinə verilmiş Abşeron rayon, Qobu qəsəbəsindəki 0,045 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayon, Qobu qəsəbəsi ərazisində mülkiyyətində 0,045 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi Dairəsi tərəfindən RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Həmçinin, mübahisəli torpaq sahəsinə dair AA 049563 nömrəli, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Son altı ay müddətində ona məlumat vermişlər ki, mülkiyyətində olan mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evi tikilməkdədir. O, cavabdehlə əlaqə saxlamış, cavabdeh bildirmişdir ki, torpaq sahəsini satın almışdır və bu barədə mülkiyyət sənədi də vardır. Bundan sonra cavabdehin də iştirakı ilə torpaq sahəsinin üzərinə GPS aparatı gətirərək çıxarışlarda olan koordinatlara əsasən dəqiqləşmə aparılmış və mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiqlənmişdir. Bundan sonra cavabdeh bildirmişdir ki, artıq tikintini dayandırır. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh tikintini tamamlamış və hətta evin damını da bağlamışdır. Bundan sonra həmin tikintinin qanunsuz aparılması və sökülməsi ilə bağlı Abşeron RPİ-nin Qobu bölməsinə ərizə ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlə razılaşma əldə olunmadığından məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, habelə iştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh tərəflər arasında razılaşma əldə edilməsi üçün ona vaxt verilməsini xahiş etmiş, lakin o, sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına AA 049563 saylı, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 13 aprel 2023-cü il tarixli 3-21-3-32/2-3867/2023 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsi naturada öz yerindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsinin cənub-qərb istiqamətində 0,0132 ha hissəsində Cavabdeh tikilisi (yaşayış evi) mövcuddur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3276 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 13 aprel 2023-cü il tarixli 3-21-3-32/2-3867/2023 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsi naturada öz yerindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsinin cənub-qərb istiqamətində 0,0132 ha hissəsində Cavabdeh tikilisi (yaşayış evi) mövcuddur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsindən həmin əmlaka heç bir hüququ olmayan Cavabdeh çıxarılmasını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.2013-cü il RX ******* saylı reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə 0,0132 ha hissəsində müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsinin cənub-qərb istiqamətində 0,0132 ha hissəsində qanunsuz inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus 0,045 ha torpaq sahəsinin cənub-qərb istiqamətində 0,0132 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi Cavabdeh hesabına sökülsün və həmin torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehdən tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-340/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-340/2023
22.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver