Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3413/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçının vəkili- nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 qarşı cehiz əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan cehiz əşyalarının Cavabdeh1 alınaraq ona qaytarılması və ya həmin əşyaların dəyəri olan 21.000 (iyirmi bir min manat) məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini iddia olunan cehiz əşyalarının və qızıl-ziynət əşyalarının , mövcud olmadığı halda isə onların dəyərinin cavabdehlərdən alnaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.10.2014-cü ildə Sumqayıt şəhəri qeydiyyat şöbəsində 1097 nömrəli qeyd ilə rəsmiləşən nikahla Cavabdeh1 Əlibaba oğlu ilə ailə qurmuşdur. Həmin nikahdan 05.07.2015-ci il təvəllüdlü X2 və 31.08.2018-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Evlənəndən sonra iddiaçı ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüş və cehiz əşyalarını da oraya aparmışdır. Lakin qaynanası və həyat yoldaşı həmin əşyaları ona qaytarmırlar. Bu səbəbdən də öz cehiz əşyalarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cehiz əşyaların siyahısı aşağıdakı kimidir: 510 manat dəyərində “Samsung” markalı televizor, 400 manat dəyərində “Embawood” markalı televizor altlığı, 100 manat dəyərində “Samsung” markalı DVD, 1800 manat dəyərində “Embawood” markalı divan, 35 manat dəyərində Türkiyə istehsalı iç-içə keçən stullar, 350 manat dəyərində “Embawood” markalı stol, bir ədədi 65 manat olmaqla 6 ədədi 390 manat dəyərində “Embawood” markalı stullar, 30 manat dəyərində “Embawood” markalı yazı stolu, 180 manat dəyərində qonaq otağı üçün pərdə və karniz, 250 manat dəyərində qonaq otağı üçün çılçıraq, 150 manat dəyərində suvenirlər, 310 manat dəyərində “Embawood” markalı 2 qapılı vitrin, 2000 manat dəyərində “Embawood” markalı şifoner, termo və çarpayıdan ibarət yataq dəsti, 350 manat dəyərində “Embawood” markalı uşaq yatağı(çarpayı), 1.000 manat dəyərində Türkiyə istehsalı 2 ədəd böyük ölçülü xalça, 300 manat dəyərində Türkiyə istehsalı 1 böyük və 2 xırda ölçülü xalça, 50 manat dəyərində çarpayı, “Tefal” markalı 50 manat dəyərindən ütü və 25 manat dəyərində ütü stolu, 500 manat dəyərində 3 ədəd döşək və 3 ədəd yorğan, 250 manat dəyərində 4 ədədi tük və 4 ədədi sintifon olmaqla 8 ədəd yastıq, 400 manat dəyərində 5 ədəd qışlıq və 5 ədəd yay örtüyü (adyal), 250 manat dəyərində 2 ədəd cüt və 1 ədəd tək adamlıq dəvə yunundan yorğan, 250 manat dəyərində 3 dəst yataq örtüyü (pokrval), 75 manat dəyərində 2 ədəd çamadan, 200 manat dəyərində yataq otağının pərdə və karnizi, 180 manat dəyərində çılçıraq (yataq otağı), 650 manat dəyərində “LG” markalı 8 kiloqramlıq paltaryuyan maşın, 15 manat dəyərində 3 ədəd yuyucu toz, kirlilər və təmizlər üçün paltar üçün səbətlər, 50 manat dəyərində 2 ədəd zibil qabı, 50 manat dəyərində quruducu, 280 manat dəyərində “Samsung” markalı tozsoran, 90 manat dəyərində “Kenwood” markalı soba, 380 manat dəyərində “Kenwood” markalı ətçəkən maşın, 200 manat dəyərində “Kenwood” markalı elektrikli samovar çaynik, 130 manat dəyərində “Kenwood” markalı blender, 190 manat dəyərində “Kenwood” markalı toster, 200 manat dəyərində “Kenwood” markalı mətbəx kombaynı, 150 manat dəyərində “Kenwood” markalı şirəçəkən maşın, 220 manat dəyərində “Karaca” markalı 3 dəst çaynik dəsti, 120 manat dəyərində “Emsan” markalı sadə qazan dəsti, 320 manat dəyərində “Karaca” markalı qazan dəsti, 400 manat dəyərində “Tefal” markalı qazan və 4 ədəd tava dəsti, 200 manat dəyərində çəngəl-bıçaq-qaşıq dəsti (2 çamadan hərəsində 24 ədəd olmaqla, ümumilikdə 48 ədəd), 270 manat dəyərində xrustal stəkannəlbəki dəsti - 24 ədəd, 600 manat dəyərində “Karaca” markalı 24 nəfərlik yemək dəsti, 100 manat dəyərində 4 ədəd meyvə qabları, 60 manat dəyərində saxlama qazan dəsti, 50 manat dəyərində ərzaq saxlama qabları, 180 manat dəyərində 3 dəst fincan dəsti, 150 manat dəyərində 24 ədəd və 2 qrafin olmaqla şirə qabları, 120 manat dəyərində şirniyyat bişirilən qablar, 250 manat dəyərində 8 ədəd süfrələr, 200 manat dəyərində 12 ədəd can dəsmalı, 24 ədəd əl-üz dəsmalı və 24 ədəd mətbəx dəsmalından ibarət dəsmallar, 180 manat dəyərində 8 ədəd cüt və 6 ədəd tək adamlıq yataq dəstləri,bundan başqa ata evindən apardığı zinət əşyaları, 420 manat dəyərində 1 ədəd 12 qram 583 əyar tros sep, 280 manat dəyərində 1 ədəd 8 qram 583 əyar üzük, 105 manat dəyərində 1 cüt 3 qram 583 əyar uşaq sırğası, 360 manat dəyərində 9 qram 750 əyar sep, üzük və qolbaqdan ibarət sadə formada 1 dəst, 245 manat dəyərində sadə formada 1 cüt 7 qram 583 əyar sırğa, 210 manat dəyərində sadə formada 1 ədəd 6 qram 583 əyar sep, 175 manat dəyərində sadə formada 1 ədəd 5 qram 583 əyar üzük; digər ziynət əşyaları: - 105 manat dəyərində 1 cüt 3 qram 583 əyar uşaq sırğası, 210 manat dəyərində 6 qram 583 əyar uşağın adı yazılan sep, 360 manat dəyərində 9 qram 750 əyar oğlan üçün üzük; oğlan evinin aldığı ziynət əşyaları: - 800 manat dəyərində 20 qram 750 əyar qolbaq, üzük və sepdən ibarət 1 dəst, dayısının hədiyyəsi olan 350 manat dəyərində 10 qram 583 əyar qızıl dəsti, 280 manat dəyərində 1 ədəd 8 qram 583 əyar qayınanasının hədiyyəsi olan üzük, 2 ədəd tək üzük: - 1 ədədi 210 manat dəyərində 6 qram 583 əyar, digəri isə 160 manat dəyərində 4 qram 750 əyar, 240 manat dəyərində 6 qram 750 əyar nişan üzüyü, 300 manat dəyərində tək qaşlı brilyant üzük. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddia tələbində göstərilən cehiz əşyalarına etirazı yoxdur. Əmlaklar öz yerindədir. İddia tələbində göstərilən qızılların bəziləri mövcud olmuşdur. Lakin, qızılların bir qismi uşaqları doğulanda İddiaçı özünün razılığı ilə satılmış, xəstəxanadakı xərclərə və daha sonra qızlarının müalicəsinə sərf edilmişdir. Qeyd edilən qızılları iddiaçının anası satmışdır. O, yalnız uşaqlar xəstə olanda öz nişan üzüyünü, tək qaşlı üzük və tək üzüyü birlikdə cəmi 600 manata satmışdır. Buna iddiaçının özü razılaşmışdı. Ümumilikdə, qızılzinət əşyaları iddiaçının özünün razılığı ilə satılmışdır. Lakin, qızılların hamısı satılmamışdır. Göstərilənlərin nəzərə alınıb iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddia tələbində göstərilən oğlan evinin aldığı iddia edilən qızıl-zinət əşyalarından 800 manat dəyərində göstərilən 20 qram 750 əyar qolbaq, üzük və sepdən ibarət dəsti İddiaçı gəlin olduğu vaxt o, almışdır. 350 manat dəyərində göstərilən 10 qram 583 əyar qızıl dəsti mövcud olmuşdur. 280 manat dəyərində 1 ədəd 8 qram 583 əyar üzüyü həqiqətən də o, iddiaçıya hədiyyə etmişdir. 210 manat dəyərində 1 ədəd 6 qram 583 əyar üzük mövcud olmamışdır. 160 manat dəyərində 4 qram 750 əyar üzük isə mövcud olmuşdur. 240 manat dəyərində 6 qram 750 əyar nişan üzüyü mövcud olmuşdur. 300 manat dəyərində tək qaşlı brilyant üzük isə mövcud olmamışdır. 105 manat dəyərində 1 cüt 3 qram 583 əyar uşaq sırğası uşağın qulağında olmuşdur. Birinci uşaq doğulanda onun hədiyyə etdiyi dəsti iddiaçı satmışdır. Uşaq xəstəxanadan çıxdıqdan sonra isə iddiaçı oğlan tərəfinin hədiyyə etdiyi qalan qızılları uşağın müalicəsinə və ikinci uşağa hamilə olanda satıb həm özünün, həm də uşaqların müalicəsinə xərcləmişdir. İddiaçı həmçinin öz qızıllarını satmışdır. Bütün qızıllar satılanda iddiaçının özünün razılığı olmuşdur. Evdə iddiaçıya məxsus qızıl-zinət əşyaları görməmişdir. Çox güman ki, iddiaçı özü ilə aparmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq hazırda faktiki olaraq ayrılmışlar, iddiaçı yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsi, İ.Qasımov küçəsi, ev 10 ünvanından getmiş və hazırda valideynlərinin yanında yaşayır. Məhkəmə iddia tələbinin “cehiz əşyaların cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması və ya həmin əşyaların dəyərinin iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi əşyaların mövcud olmasını, hazırda onlara məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əşyaları, onlar olmadığı halda isə dəyərləri cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması və ya həmin əşyaların dəyərinin iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdehlər izahatlarında iddiaçının iddia ərizəsində qeyd 420 manat dəyərində 1 ədəd 12 qram 583 əyar tros sep, 280 manat dəyərində 1 ədəd 8 qram 583 əyar üzük, 105 manat dəyərində 1 cüt 3 qram 583 əyar uşaq sırğası, 360 manat dəyərində 9 qram 750 əyar sep, üzük və qolbaqdan ibarət sadə formada 1 dəst, 245 manat dəyərində sadə formada 1 cüt 7 qram 583 əyar sırğa, 210 manat dəyərində sadə formada 1 ədəd 6 qram 583 əyar sep, 175 manat dəyərində sadə formada 1 ədəd 5 qram 583 əyar üzük hissəsinə münasibətdə həmin əşyaları iddiaçıda görmədiklərini, olubsa da özündə olduğunu bildirdilər.İddiaçı tərəf isə həmin əşyaların mövcudluğu və cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiklərindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. İddi tələbinin qızıl-zinət əşyalarından 800 manat dəyərində göstərilən 20 qram 750 əyar qolbaq, üzük və sepdən ibarət dəst, 350 manat dəyərində göstərilən 10 qram 583 əyar qızıldan sırğa-üzük dəsti, 280 manat dəyərində 1 ədəd 8 qram 583 əyar üzük, 210 manat dəyərində 1 ədəd 6 qram 583 əyar üzük, 160 manat dəyərində 4 qram 750 əyar üzük, 240 manat dəyərində 6 qram 750 əyar nişan üzüyünün toy-nişan hədiyyəsi olaraq iddiaçıya alındığı cavabdehlərin izahatları ilə də təsdiq olunmuşdur. Cavabdehlər həmin əşyaların iddiaçının razılığı ilə satılıb onun müalicəsinə sərf edildiyini bildirsələr də, bunu sübut edə bilməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, iddiaçı iddia ərizəsində 1 ədəd 210 manat dəyərində 6 qram 583 əyar üzüyün və 300 manat dəyərində tək qaşlı brilyant üzüyün cavabdehlərdən olduğunu iddia etsə də, məhkəmənin təklif etməsinə və cavabdehlər tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan qızıl-zinət əşyalarının naturada mövcud olması və cavabdehlərdə olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçı tərəf iddia ərizəsində 105 manat dəyərində 1 cüt 3 qram 583 əyar uşaq sırğasından cavabdehlərdə olduğunu iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh tərəf izahatında sözügedən uşaq sırğasının mövcud olduğunu və iddiaçı evdən gedərkən uşağın qulağında olduğunu bildirmişdir. İddia tələbinin 360 manat dəyərində 9 qram 750 əyar oğlan üçün üzük hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, sözügedən üzük Cavabdeh1 toy hədiyyəsi verilən qızıl-zinət əşyasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 510 manat dəyərində “Samsung” markalı televizor, 400 manat dəyərində “Embawood” markalı televizor altlığı, 100 manat dəyərində “Samsung” markalı DVD, 1800 manat dəyərində “Embawood” markalı divan, 35 manat dəyərində Türkiyə istehsalı iç-içə keçən stullar, 350 manat dəyərində “Embawood” markalı stol, bir ədədi 65 manat olmaqla 6 ədədi 390 manat dəyərində “Embawood” markalı stullar, 30 manat dəyərində “Embawood” markalı yazı stolu, 180 manat dəyərində qonaq otağı üçün pərdə və karniz, 250 manat dəyərində qonaq otağı üçün çılçıraq, 150 manat dəyərində suvenirlər, 310 manat dəyərində “Embawood” markalı 2 qapılı vitrin, 2000 manat dəyərində “Embawood” markalı şifoner, termo və çarpayıdan ibarət yataq dəsti, 350 manat dəyərində “Embawood” markalı uşaq yatağı(çarpayı), 1.000 manat dəyərində Türkiyə istehsalı 2 ədəd böyük ölçülü xalça, 300 manat dəyərində Türkiyə istehsalı 1 böyük və 2 xırda ölçülü xalça, 50 manat dəyərində çarpayı, “Tefal” markalı 50 manat dəyərindən ütü və 25 manat dəyərində ütü stolu, 500 manat dəyərində 3 ədəd döşək və 3 ədəd yorğan, 250 manat dəyərində 4 ədədi tük və 4 ədədi sintifon olmaqla 8 ədəd yastıq, 400 manat dəyərində 5 ədəd qışlıq və 5 ədəd yay örtüyü (adyal), 250 manat dəyərində 2 ədəd cüt və 1 ədəd tək adamlıq dəvə yunundan yorğan, 250 manat dəyərində 3 dəst yataq örtüyü (pokrval), 75 manat dəyərində 2 ədəd çamadan, 200 manat dəyərində yataq otağının pərdə və karnizi, 180 manat dəyərində çılçıraq (yataq otağı), 650 manat dəyərində “LG” markalı 8 kiloqramlıq paltaryuyan maşın, 15 manat dəyərində 3 ədəd yuyucu toz, kirlilər və təmizlər üçün paltar üçün səbətlər, 50 manat dəyərində 2 ədəd zibil qabı, 50 manat dəyərində quruducu, 280 manat dəyərində “Samsung” markalı tozsoran, 90 manat dəyərində “Kenwood” markalı soba, 380 manat dəyərində “Kenwood” markalı ətçəkən maşın, 200 manat dəyərində “Kenwood” markalı elektrikli samovar çaynik, 130 manat dəyərində “Kenwood” markalı blender, 190 manat dəyərində “Kenwood” markalı toster, 200 manat dəyərində “Kenwood” markalı mətbəx kombaynı, 150 manat dəyərində “Kenwood” markalı şirəçəkən maşın, 220 manat dəyərində “Karaca” markalı 3 dəst çaynik dəsti, 120 manat dəyərində “Emsan” markalı sadə qazan dəsti, 320 manat dəyərində “Karaca” markalı qazan dəsti, 400 manat dəyərində “Tefal” markalı qazan və 4 ədəd tava dəsti, 200 manat dəyərində çəngəl-bıçaq-qaşıq dəsti (2 çamadan hərəsində 24 ədəd olmaqla, ümumilikdə 48 ədəd), 270 manat dəyərində xrustal stəkannəlbəki dəsti - 24 ədəd, 600 manat dəyərində “Karaca” markalı 24 nəfərlik yemək dəsti, 100 manat dəyərində 4 ədəd meyvə qabları, 60 manat dəyərində saxlama qazan dəsti, 50 manat dəyərində ərzaq saxlama qabları, 180 manat dəyərində 3 dəst fincan dəsti, 150 manat dəyərində 24 ədəd və 2 qrafin olmaqla şirə qabları, 120 manat dəyərində şirniyyat bişirilən qablar, 250 manat dəyərində 8 ədəd süfrələr, 200 manat dəyərində 12 ədəd can dəsmalı, 24 ədəd əl-üz dəsmalı və 24 ədəd mətbəx dəsmalından ibarət dəsmallar, 180 manat dəyərində 8 ədəd cüt və 6 ədəd tək adamlıq yataq dəstləri- mövcud olmadıqları halda onların dəyəri, bundan başqa, 800 manat dəyərində göstərilən 20 qram 750 əyar qolbaq, üzük və sepdən ibarət dəst, 350 manat dəyərində göstərilən 10 qram 583 əyar qızıldan sırğa-üzük dəsti, 280 manat dəyərində 1 ədəd 8 qram 583 əyar üzük, 210 manat dəyərində 1 ədəd 6 qram 583 əyar üzük, 160 manat dəyərində 4 qram 750 əyar üzük, 240 manat dəyərində 6 qram 750 əyar nişan üzüyü, olmadığı təqdirdə isə onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən buna müvafiq ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 30 manatın 25 manat hissəsi cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 510 manat dəyərində “Samsung” markalı televizor, 400 manat dəyərində “Embawood” markalı televizor altlığı, 100 manat dəyərində “Samsung” markalı DVD, 1800 manat dəyərində “Embawood” markalı divan, 35 manat dəyərində Türkiyə istehsalı iç-içə keçən stullar, 350 manat dəyərində “Embawood” markalı stol, bir ədədi 65 manat olmaqla 6 ədədi 390 manat dəyərində “Embawood” markalı stullar, 30 manat dəyərində “Embawood” markalı yazı stolu, 180 manat dəyərində qonaq otağı üçün pərdə və karniz, 250 manat dəyərində qonaq otağı üçün çılçıraq, 150 manat dəyərində suvenirlər, 310 manat dəyərində “Embawood” markalı 2 qapılı vitrin, 2000 manat dəyərində “Embawood” markalı şifoner, termo və çarpayıdan ibarət yataq dəsti, 350 manat dəyərində “Embawood” markalı uşaq yatağı(çarpayı), 1.000 manat dəyərində Türkiyə istehsalı 2 ədəd böyük ölçülü xalça, 300 manat dəyərində Türkiyə istehsalı 1 böyük və 2 xırda ölçülü xalça, 50 manat dəyərində çarpayı, “Tefal” markalı 50 manat dəyərindən ütü və 25 manat dəyərində ütü stolu, 500 manat dəyərində 3 ədəd döşək və 3 ədəd yorğan, 250 manat dəyərində 4 ədədi tük və 4 ədədi sintifon olmaqla 8 ədəd yastıq, 400 manat dəyərində 5 ədəd qışlıq və 5 ədəd yay örtüyü (adyal), 250 manat dəyərində 2 ədəd cüt və 1 ədəd tək adamlıq dəvə yunundan yorğan, 250 manat dəyərində 3 dəst yataq örtüyü (pokrval), 75 manat dəyərində 2 ədəd çamadan, 200 manat dəyərində yataq otağının pərdə və karnizi, 180 manat dəyərində çılçıraq (yataq otağı), 650 manat dəyərində “LG” markalı 8 kiloqramlıq paltaryuyan maşın, 15 manat dəyərində 3 ədəd yuyucu toz, kirlilər və təmizlər üçün paltar üçün səbətlər, 50 manat dəyərində 2 ədəd zibil qabı, 50 manat dəyərində quruducu, 280 manat dəyərində “Samsung” markalı tozsoran, 90 manat dəyərində “Kenwood” markalı soba, 380 manat dəyərində “Kenwood” markalı ətçəkən maşın, 200 manat dəyərində “Kenwood” markalı elektrikli samovar çaynik, 130 manat dəyərində “Kenwood” markalı blender, 190 manat dəyərində “Kenwood” markalı toster, 200 manat dəyərində “Kenwood” markalı mətbəx kombaynı, 150 manat dəyərində “Kenwood” markalı şirəçəkən maşın, 220 manat dəyərində “Karaca” markalı 3 dəst çaynik dəsti, 120 manat dəyərində “Emsan” markalı sadə qazan dəsti, 320 manat dəyərində “Karaca” markalı qazan dəsti, 400 manat dəyərində “Tefal” markalı qazan və 4 ədəd tava dəsti, 200 manat dəyərində çəngəl-bıçaqqaşıq dəsti (2 çamadan - hərəsində 24 ədəd olmaqla, ümumilikdə 48 ədəd), 270 manat dəyərində xrustal stəkan-nəlbəki dəsti - 24 ədəd, 600 manat dəyərində “Karaca” markalı 24 nəfərlik yemək dəsti, 100 manat dəyərində 4 ədəd meyvə qabları, 60 manat dəyərində saxlama qazan dəsti, 50 manat dəyərində ərzaq saxlama qabları, 180 manat dəyərində 3 dəst fincan dəsti, 150 manat dəyərində 24 ədəd və 2 qrafin olmaqla şirə qabları, 120 manat dəyərində şirniyyat bişirilən qablar, 250 manat dəyərində 8 ədəd süfrələr, 200 manat dəyərində 12 ədəd can dəsmalı, 24 ədəd əl-üz dəsmalı və 24 ədəd mətbəx dəsmalından ibarət dəsmallar, 180 manat dəyərində 8 ədəd cüt və 6 ədəd tək adamlıq yataq dəstləri- mövcud olmadıqları halda onların dəyəri, bundan başqa, 800 manat dəyərində göstərilən 20 qram 750 əyar qolbaq, üzük və sepdən ibarət dəst, 350 manat dəyərində göstərilən 10 qram 583 əyar qızıldan sırğa-üzük dəsti, 280 manat dəyərində 1 ədəd 8 qram 583 əyar üzük, 210 manat dəyərində 1 ədəd 6 qram 583 əyar üzük, 160 manat dəyərində 4 qram 750 əyar üzük, 240 manat dəyərində 6 qram 750 əyar nişan üzüyü, olmadığı təqdirdə isə onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 manat rüsuma görə ödənilmiş pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3413/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3413/2021
05.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver