Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3422/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı 08 fevral 2024-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ərizədə texniki səhvə yol verilərək mərhum həyat yoldaşı X1 doğum tarixi kimi səhvən 08 fevral 2024-cü il tarixi göstərilmişdir. Əslində isə onun həyat yoldaşı 08 fevral 1964-cü il təvəllüdlüdür. Odur ki, göstərilənlərə əsasən o, yekun qərar çıxarılarkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, mərhum 08 fevral 1964-cü il təvəllüdlü X2 onun həyat yoldaşıdır. Bildirir ki, mərhum həyat yoldaşı xx.xx.2024-cü il tarixdə, saat 09:30-da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Qeyd edir ki, əvvəllər mərhum həyat yoldaşının səhhətində problem olmamışdır, xx.xx.2024-cü il tarixində ani olaraq ürəyi tutmuş, vəziyyəti pisləşmişdir. Buna görə də o və qızı təcili tibbi yardımla əlaqə saxlayaraq kömək istəmişdirlər. Ərizəyə əlavə edilmiş Bakı Şəhəri Təcili və X6 Stansiyası tərəfindən tərtib edilmiş xəbərdarlıq vərəqəsindən göründüyü kimi həyat yoldaşı həkim gələnə qədər ünvan 1 ünvanında qəfildən vəfat etmişdir. Abşeron rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X7 tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. O, mərhum həyat yoldaşı X1 vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X17 müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Bundan sonra həyat yoldaşının ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədikləri üçün imtina verilmişdir. Onun mərhum həyat yoldaşı X2 Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında dəfn edilmişdir. Həyat yoldaşı X1 ölüm haqqında şəhadətnaməsi ona dəfnə görə verilən müavinətin alınmasına və zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. Cəhd etməsinə baxmayaraq o, həyat yoldaşı X1 ölümü haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X2 onun atasıdır. Onlar X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində bir yerdə yaşamışdırlar. Atası X1 qəflətən ürəyi tutmuş və 14 aprel 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AA3401108 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 08 fevral 1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan İV-ЖГ № 355354 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi 04 mart 1987-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 № ilə qeyd edilmişdir. İş materiallarında olan “Bakı Şəhər Təcili və X6 Stansiyası” PHŞ-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 ünvan 1 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 18-1-20/2-M-270-42- 107/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. E. Əlibalayevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 3-16-5/8-15-953/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 02/M-556 saylı arayışdan görünür ki, həqiqətən də 14 aprel 2024-cü il tarixdə Binəqədi qəsəbəsinin Kənd qəbirstanlığında X1 dəfni icra olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 08 fevral 1964-cü il təvəllüdlü X1 14 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 fevral 1964-cü il təvəllüdlü X1 14 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3422/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3422/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver