Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3425/2024 26.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma, evin boşaldılması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılmasına, evin boşaldılmasına, aralarında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə və çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 isə məhkəməyə teleqram göndərərək, qeyd edilən tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınaraq işin başqa vaxta keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdırıb belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma, evin boşaldılması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Cavabdeh1 vəkili-nümayəndəsi X1 Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək mülki iş üzrə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 940/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh1 vəkili-nümayəndəsi X2 Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işin mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən, ona məxsus olmuş torpaq sahəsi üzərində inşa edilmiş evdən Cavabdeh1 çıxarılmasına, evin boşaldılmasına, aralarında Abşeron rayonu 1 saylı NK-da bağlanmış torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə və çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hazırda 2(012)-940/2024 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olduğundan, sözügedən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilmədiyindən və qeyd olunan hal Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinə əsasən mülki işin baxılmamış saxlanmasına əsas verdiyindən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma, evin boşaldılması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3nə qarşı «mənzildən çıxarılma, evin boşaldılması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3425/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3425/2024
26.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver