Məhkəmə qərarları › İş №2(012)-3427/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3427/2021

10.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3427/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 miras qalmış “Mitsubishi AİRTREK” minik markalı 99RJ817 dövlət qeydiyyat nişanlı avtomobilə və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə dair birinci növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış əmlaka payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini qeyd edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3427/2021 nömrəli mülki iş üzrə tərəflər – İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aşağıda göstərilən şərtlər daxilində öz aralarında bu barışıq sazişini bağlamışdırlar: 1) İddiaçı – X2 miras qalmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin İddiaçı, “Mitsubishi AİRTREK” minik markalı, 99RJ817 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 mülkiyyətinə verilməsinə razılıq verir. 2) Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 – X2 miras qalmış “Mitsubishi AİRTREK” minik markalı, 99RJ817 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə razılıq verirlər.” - təsdiq edilməli və iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda: 1) İddiaçı – X2 miras qalmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin İddiaçı, “Mitsubishi AİRTREK” minik markalı, 99RJ817 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 mülkiyyətinə verilməsinə razılıq verir. 2) Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 – X2 miras qalmış “Mitsubishi AİRTREK” minik markalı, 99RJ817 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə razılıq verirlər.” - təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar