Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3440/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun anası X3 xx.xx.2025-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, mərhum X8 onun anasıdır və xx.xx.1951-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. X8 xx.xx.2025-ci ildə kirayədə yaşadıqları Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən mənzildə qəflətən vəfat etmişdir. Mərhum anası ölən kimi dərhal Təcili və X6 (TTTY) məlumat vermişdir. Təcili tibbi yardımdan bir neçə şəxs gəlib ölümü təsdiq etdikdən sonra ona sənədi aidiyyəti quruma təqdim etməsini bildirmişdirlər. Lakin o, hüzn işləri ilə məşğul olduğu, həmçinin qanunları bilmədikləri, bundan başqa X3 vəfat etməsinə görə sarsıldıqları üçün 2 ay ərzində sənədləri təqdim edə bilməmişdir. Daha sonra mərhum anasını Yevlax şəhər Dəvəçi qəbiristanlığında dəfn etmiş, bununla bağlı bələdiyyədən arayış verilmişdir. Sonradan qeydiyyat şöbəsinə müraciət etdikdə isə qeydiyyat şöbəsi imtina məktubu vermişdir. Qanuna əsasən ölüm faktı Təcili və X10 gələnədək, yəni həkimə qədər baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib), ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunur. Halbuki o, Təcili və X6 mərhum anası ölən kimi müraciət etmişdir. Təcili və X10 tərəfindən ona bununla bağlı sənəd təqdim edilmişdir. Onlar qanunları bilmədikləri üçün ölüm haqqında şəhadətnamə almamışdırlar. Hazırda onlar ölüm haqqında şəhadətnamə almaq istəyirlər, lakin onlara məlum olmuşdur ki, qeydiyyat şöbəsində ölümün akt qeydi barəsində məlumat tapılmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadan VVAQ şöbəsi ölüm faktını qeydə ala bilməz və ölüm haqqında dövlət qeydiyyatını aparmaq üçün bu sənəd mütləq tələb olunur. Lakin mərhum anasını dəfn etdikləri üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almaq mümkün deyildir. Buna görə də ölüm faktını VVAQ şöbəsində təsdiq etməklə, ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X11 məhkəmədə ifadəsində bildirdi ki, mərhum Sevil Məmmədova və onun qızı Ərizəçi onun qonşularıdır. Onlar Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayırlar və əvvəldən bir-birlərinə gediş-gəlişləri olmuşdur. X8 2025-ci ilin fevralında vəfat etmiş və Yevlax rayonunda dəfn olunmuş, o, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun balaca bacısının gəlinidir. Ərizəçinin anası mərhum X1 şəhəri, Yevlax şəhəri, daha sonra isə Bakı şəhəri, Sabunçu rayonunda yaşamışdır. O, Moskva şəhərində yaşasa da artıq 1 ildir ki, buradadır. X8 bu ilin qış aylarında vəfat etmiş və Yevlax şəhərində dəfn edilmişdir. İş materiallarında olan AA3895586 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01 dekabr 1951-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan XVİİ-ЖГ № 441434 saylı doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1994-cü il tarixdə doğulmuşdur, atası Məmmədov Müzəffər, anası X4r. İş materiallarında olan “Bakı şəhər Təcili və X10 Stansiyası” PHŞ-nin xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X8 ünvan 1 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən 03 aprel 2025-ci il tarixdə verilmiş 3-16-5/8-15-337/2025 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Yevlax şəhər bələdiyyəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 109 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Ərizəçi müraciəti ilə əlaqədar Yevlax şəhər “Dəvəçi” qəbiristanlığının rəhbəri X2 məlumatına əsasən onun anası xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 xx.xx.2025-ci il tarixdə Yevlax şəhəri, C.Mustafayev küçəsində yerləşən “Dəvəçi” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 01 dekabr 1951-ci il təvəllüdlü X3 25 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 dekabr 1951-ci il təvəllüdlü X3 25 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3440/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3440/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver