Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3451/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 14.12.1962-ci il tarixdə Dəvəçi rayonu, Rəhimli kəndində anadan anadan olmuş X2 21.12.2020-ci il tarixdə Abşeron rayon Məhəmmədli kəndi, A.Mustafayev küçəsi 16 nömrəli fərdi yaşayış evində dəm qazından zəhərlənmə diaqnozu ilə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi həyat yoldaşı 17.01.1963-cü il təvəllüdlü X1 rayon Məhəmmədli kəndi, A.Mustafayev küçəsi 16 nömrəli mənzilində qeydiyyatdadır. Ərizəçi G.H.Rzayeva ilə 14.10.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, vəfat etdiyi günədək də ərizəçi ilə birlikdə göstərilən ünvanda yaşamışdır. 21.12.2020-ci il tarixdə G.H.Rzayeva evdə hamamda çimərkən dəm qazından zəhərlənmiş və vəfat etmişdir. X27 müraciət olunsa da artıq həkim gəldikdə G.H.Rzayeva dünyasını dəyişmişdir. Ərizəçinin başı yas mərasiminə qarışdığından və Covid-19 pandemiyasının törətdiyi çətinliklərdən dolayı ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməmişdir. G.H.Rzayevanın ölməsi barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, sonuncu 16.04.2021-ci il tarixli imtina məktubu ilə tibbi şəhadətnamə olmadığından onun ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Eyni zmanda qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhəmmədli həkim məntəqəsinin 13.04.2021-ci il tarixli 4 nömrəli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin həyat yoldaşı G.H.Rzayevanın ölüm haqqında şəhadətnaməsinin alınması vərəsəlik işinin açılması üçün vacibdir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşı X6 ilə həm uzaq qohum, həm də qonşu olmuşdur. Mehriban qonşu kimi gediş-gəlişləri olmuşdur. Gülpüstə Sücaətdinin ikinci həyat yoldaşı olmuşdur. Gülpüstə 21.12.2021-ci il tarixdə hamamda çimərkən dəm qazından boğulmuş və vəfat etmişdir. Hadisə yerinə səlahiyyətli qurumun işçiləri çağırılmış, vəfat edən günü prokurorluq orqanının işçiləri hadisə yerinə gəlmişlər. 21.12.2020-ci il tarixcdə axşamüstü bacısı ona zəng edərək qonşuluqda belə bir hadisənin olduğunu bildirmiş, həmin saatlarda isə o, şəhərdə olmuşdur. Hadisə yerinə gəldikdə artıq ərizəçinin həyat yoldaşının vəfat etdiyini görmüşdür. Gülpüstənin ölümünə başqa səbəb olmamışdır, ölümündən sonra növbəti gün Digah kənd qəbiristanlığında dəfn edilmiş, dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun atası, X6 onun ögey anasıdır. Anası vəfat edəndən sonra atası ikinci dəfə nikaha daxil olmuşdur. O, özü də ailəlidir, Abşeron rayonu Məmmədli kəndində yerləşən başqa bir ünvanda yaşayır. 21.12.2020-ci il tarixdə atası ona zəng edərək ögey anasının hamama çimməyə girərkən dəm qazından boğulduğunu, qapını açmağa cəhd edərkən aça bilmədiyini bildirmişdir. Onlar dərhal hadisə yerinə getmiş, təcili yardım çağırmışlar. Onun həyat yoldaşı hamamın qapısını sındırmış, huşsuz vəziyyətdə uzanmış mərhuməni çıxarmaq istəyərkən özü də zəhərlənmişdir. Bu səbəbdən də təcili yardım birinci onun həyat yoldaşını aparmış, ikinci təcili yardım maşını isə mərhuməni hadisə yerindən aparmışdır. Mərhumənin ölümünə səbəb yalnız dəm qazı olmuşdur. Ölümündən növbəti gün dəfn mərasimi olmuş, dəfn mərasimində o da iştirak etmiş, mərhumə onun vəfat etmiş doğma anasının yanında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi nümayəndəsi Nümayəndə uzaq qohumu, həm də uzaq qonşusudur. Lakin mehriban münasibətləri və gediş-gəlişləri olmuşdur. Gülpüstə ərizəçinin həyat yoldaşı kimi gözəl insan olmuşdur. 21.12.2020-ci il tarixdə dəm qazından vəfat etmişdir. Gəlini ona Gülpüstənin vəfat etdiyini bildirmiş, o, dəfn mərasiminə gedib iştirak etmişdir. Mərhumə Digah kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -25.07.2014-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Rzayev X11 rayonu Məmmədli kəndində qeydiyyatdadır. -25.07.2014-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayonu Məmmədli kəndində qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X19 tərəfindən verilmiş 13.04.2021-ci il tarixli 4 saylı məktubdan müəyyən olunur ki, Nümayəndə müraciəti ilə əlaqədar Abşeron Məmmədli kəndində yaşayan 14.12.1962-ci il təvəllüdlü X6 21.12.2021-ci il tarixində saat 17:30 radələrində yaşadığı evdə Dəm qazından zəhərlənmə diaqnozu ilə vəfat etdiyi üçün X19ndən ölüm haqqında tibbi şəhadətnamə verilə bilmir. -Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş 09.09.2006-cı il tarixli AZ-İ № 265771 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X3 09.09.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 363 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Rzayeva soyadı verilmişdir. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 16.04.2021-ci il tarixli 05/Q-500/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X19nin 13.04.2021-ci il tarixli 4 saylıl məktubundan müəyyən olunur ki, Nümayəndə müraciəti ilə əlaqədar Abşeron Məmmədli kəndində yaşayan 14.12.1962-ci il təvəllüdlü X6 21.12.2021-ci il tarixində saat 17:30 radələrində yaşadığı evdə dəm qazından zəhərlənmə diaqnozu ilə vəfat etdiyi üçün X19ndən ölüm haqqında tibbi şəhadətnamə verilə bilmir. -Abşeron Rayon Prokurorluğunun 12.02.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı Nümayəndə izahatında bildirmişdir ki, 13.03.2003-cü il tarixdə anası X18 qan xərçəngindən vəfat etmişdir. Atası Ərizəçi 14.10.2003-cü il tarixdə mərhum X6 ilə ailə həyatı qurmuş, bu nikahdan onların övladı olmamışdır. Gülpüstə Rzayeva ilə münasibətləri həmişə normal olmuşdur. Sonuncu xeyirxah və xoş xasiyyətli bir qadın olmuşdur. Atası və analığı Gülpüstə Rzayeva hadisənin baş verdiyi Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsi 16 nömrəli evdə yaşamışlar və ailədaxili münasibətləri normal olmuşdur. 21 dekabr 2020-ci il tarixdə saat 16 radələrində atası ona zəng edərək vəziyyətinin pis olduğunu demişdir. Çünki atası Covid-19 virusuna yoluxmuş və təzə sağalmışdır. Həmin vaxt işdə olmuş, atasının bu zəngindən sonra tez evə getmiş və təxminən 30 dəqiqə sonra evə çatmışdır. Evə çatdıqda analığı Gülpüstənin evdə hamamda çimərkən dəm qazından zəhrələnərək öldüyünü öyrənmişdir. Bundan əlavə dayısı oğlu və bacısı Gülarə Rzayevanın əri olan X12 da dəm qazından zəhərləndiyini öyrənmişdir. Evlərində hamamın 3 qapısı olmuşdur. Atası Gülpüstənin hamamdan çıxmadığını görüb və qapını aça bilmədiyinə görə yaxınlıqda yaşayan Əşrəfə və Gülarəyə zəng etmişdir. Sonuncular gəldikdə Əşrəf hamamın qapısını sındırmış və içəri daxil olaraq Gülpüstənin oturan yerdə huşsuz vəziyyətdə görmüşdür. Bundan sonra o və digər qohumları evə çatmışlar. Dayısı Əlimuradın köməkliyi ilə Gülpüstəni hamamdan çıxarmış və mətbəxə döşəməyə arxası üstə uzatmışdır. Dayısı Əlimurad X27, o isə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra sahə rəisi və təcili tibbi yardım briqadası gəlmişdir. Gələn həkim Gülpüstəni müayinə etdikdən sonra sonuncunun artıq öldüyünü bildirmişdir. Əşrəfi isə tibbi yardım göstərmək üçün X21 Toksikologiya şöbəsinə aparmışlar. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X24 Ərazi Bölmələrini İdarəetmə X26 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 682 saylı məktubdan görünür ki, Nümayəndə 03.05.2021-ci il tarixli anası 14.12.1962-ci il təvəllüdlü X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. G.Rzayeva yaşadığı evdə Dəm qazından zəhərlənmə diaqnozu ilə vəfat etdiyi üçün X19 tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilmir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli 83 saylı arayışdan görünür ki, mərhumə X6 ölən günədək yəni, 21.12.2020-ci il tarixinədək Abşeron rayonu Məmmədli kəndində yaşamış və Məmmədli kəndində vəfat etmişdir. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X6 dəfn olunmuşdur. -X4, X8, X10 notarial qaydada təsdiq olunmuş 21.05.2021-ci il tarixli ərizəsindən görünür ki, imza edənlər şahidlik edir ki, 21.12.2020-ci il tarixdə vəfat etmiş X6 ölən gününədək ünvan 3 ünvanında yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu 21.12.2020-ci il tarixdə ev şəraitində dəm qazından vəfat etmiş və X2 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər və o cümlədən cinayt işinin başlanmasının rədd edilməsi barədə Abşeron rayon prokurorluğun qərarı ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X2 21.12.2020-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin həyat yoldaşı X6 21.12.2020-ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 14.12.1962-ci il tarixdə Dəvəçi rayonu Rəhimli kəndində anadan olmuş X2 21.12.2020-ci il tarixdə Abşeron rayonu Məhəmmədli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.12.1962-ci il tarixdə Dəvəçi rayonu Rəhimli kəndində anadan olmuş X2 21.12.2020-ci il tarixdə Abşeron rayonu Məhəmmədli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3451/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3451/2021
01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver