Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3465/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 27 fevral 2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndinin alimentə aid hissəsinin məcburi icra olunması üçün təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahdan anadan olan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində alimentin alınaraq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, onunla X3 arasında Bakı 13 saylı Mediasiya Təşkilatında 27 fevral 2024-cü il tarixli barışıq sazişi bağlanaraq birgə nikahdan anadan olan xx.xx.2022-ci il təvəllüdlü X2 anasının - Ərizəçi himayəsində saxlanılmasına və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment ödənilməsinə razılaşmışlar. Lakin Maraqlı şəxs 27 fevral 2024-cü il tarixli barışıq sazişinin 1-ci bəndini, uşağın ananın himayəsində saxlanılması hissəsini icra etsə də, alimentə aid hissəsini icra etmir və bu səbəbdən sazişin həmin hisəsinin məcburi icra olunması üçün məhkəmə qaydasında təsdiq edilməsi zəruridir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 28 fevral 2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/13/2024-00263 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşırlar. Ərizəçi Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün 70 manat sabit pul məbləğində alimentin verilməsini və qeyd olunan məbləği xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay Ərizəçi bank hesabına, kart hesabına ödənilməsini tələb edir. Maraqlı şəxs Ərizəçi tələbini qəbul edərək birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün 70 manat sabit pul məbləğində alimentin verilməsinə razılıq verərək, qeyd olunan məbləği xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay Ərizəçi bank hesabına, kart hesabına keçirilməsini öhdəsinə götürür və icra edir. Ərizəçi və Maraqlı şəxs xx.xx.2024-cü il tarixili barışıq sazişini bağlandığı gündən tərəflərin xx.xx.2023-cü il tarixində bağladıqları MŞB/13/2023-01145 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndləri qüvvədən düşür. İşdə olan AZ-İ 481514 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü aliment öhdəliklərini orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Saziş qismən icra edilmiş, lakin aliment hissəsi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin alimentə dair hissəsi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat məbləğində alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq Ərizəçi (xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay Ərizəçi bank hesabına, kart hesabına) ödəsin.”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3465/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3465/2024
30.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver