Məhkəmə qərarları › İş №2(012)-3469/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3469/2022

20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3469/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X2nun xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X2nun xx.xx.2022-ci il tarixdə X14 toksikologiya şöbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü mərhum X5 onun qardaşı olmuşdur. X2 xx.xx.2022-ci il tarixdə Respublika Klinik Xəstəxanasında vəfat etmiş və Abşeron rayon Xırdalan qəbiristanlığında dəfn edilmişdir. O, X2nun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, şöbənin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, işdə olan zaman anası ona zəng edərək qardaşının oyanmadığını bildirmiş, o, təcili tibbi yardıma zəng etmiş və qardaşını tibb işçiləri aparmışlar. Araşdırma zamanı qardaşının narkotik vasitənin təsiri altında olması müəyyən olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli Vİİ-ЖГ № 474846 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1981-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 695 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X4r. -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli X-ЖГ № 276009 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 146 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X4r. -Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 yaşadığı evdə narkotik vasitənin təsirindən zəhərlənməsi və aparıldığı Respublika Kliniki Xəstəxanasının Toksikologiya şöbəsində ölməsi ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, aparılmış araşdırma zamanı Ərizəçi izahatında göstərmişdir ki, mərhum qardaşı Samir Nurməmmədov taksi sürücüsü olaraq fəaliyyət göstərmiş və sakit təbiətli insan olmuşdur. X12 2004-cü ildə evlənmiş və həmin evliliyindən bir qız övladı olmuş, lakin keçinə bilmədiklərindən təxminən 6-7 il sonra boşanmışdır. O, qardaşı Samir Nurməmmədovun yaxın vaxtlarda “patı” adlı narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş, lakin qardaşı onlara arada bir əhvalı pis olduqda, işi düzgün getmədikdə istifadə etdiyini, belə ki, həmin narkotik vasitəni istədiyi vaxt buraxa bildiyini bildirmişdir. Bununla da, o, qardaşı Samir Nurməmmədovun sadəcə maddi vəziyyətləri pis olduğuna görə fikir çəkdiyini və bunu böyük problem hesab etdiyini, məhz buna görə onun əhvalı pis olan kimi “patı” adlı narkotik vasitədən istifadə etməyə başladığını fikirləşdiyini bildirmişdir. Son zamanlar qardaşı Samir onlara başının ağrıdığını və bundan əzab çəkdiyini bildirmiş, lakin heç vaxt onların yanında vəziyyəti pisləşməmiş və koma halına düşməmiş, bildikləri qədər qardaşı Samir “patı” adlı narkotik vasitədən başqa heç bir şey qəbul etməmişdir. Hadisə ilə əlaqədar olaraq o, bildirmişdir ki, 11 fevral 2022-ci il tarixdə özü işdə olduğu vaxt evdən zəng edilərək qardaşı Samirin koma vəziyyətinə düşdüyü və hərəkət edə bilmədiyi, bu səbəbdən təcili tibbi yardım xidmətinin çağırıldığı və onun Respublika X14 Toksikologiya şöbəsinə aparıldığı bildirilmiş, buna görə də o, dayısı oğlu Səbahillə birlikdə vaxt itirmədən oraya getmiş, orada onlara qardaşı Samir Nurməmmədovun vəziyyətinin yaxşı olmadığı bildirilmiş və o, 12 fevral 2022-ci il tarixdə axşam radələrində xəstəxanada ölmüşdür. O, ərizəsində də yazdığı kimi qardaşı Samir Nurməmmədovun ölümü ilə bağlı heç kəsdən şikayət və tələblərinin olmadığını, belə ki, onun ölümündə heç kəsin təsiri və təqsiri olmadığını, sadəcə qardaşının maddi vəziyyətləri zəif olduğu üçün hər şeyin fikrini çəkdiyini, bu səbəbdən də gizlin olaraq narkotik vasitədən istifadə etdiyini və onun ölümünün də bundan olduğunu bildirmişdir. -Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q- 547/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2215 saylı məktubdan görünür ki, 1981-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə saat 12:00-da X17 Yardım Stansiyası briqadasının müşayətilə X14 toksikologiya şöbəsinə qəbul olunmuşdur. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq xəstədə ürək-qan-damar və tənəffüs sisteminin fəaliyyətinin dayanması nəticəsində xx.xx.2022-ci il tarixdə saat 22:25-də bioloji ölüm baş vermişdir. Diaqnoz: Kəskin psixotrop preparatlarla zəhərlənmə, çox ağır dərəcədə. Koma İİ B. Meyid Abşeron rayon prokurorluğunun nümayəndələri M.Məmmədov və T.Daşdəmirovun müşayətilə ** GF *** nömrə nişanlı maşınla “Məhkəmə Tibbi Ekspertiza və Patoloji-Anatomiya” birliyinin Abşeron rayon şöbəsinin meyidxanasına təşrihə aparılmışdır. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. -Məhkəmənin sorğusuna əsasən göndərilmiş İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4915 saylı məktubdan görünür ki, xəstə 1981-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə saat 12.00-da X17 Yardım stansiyasının yardımçı briqadasının müşayətilə X14 toksikologiya şöbəsinə qəbul olunmuşdur. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq xx.xx.2022-ci il tarixdə saat 22:35-də xəstədə bioloji ölüm baş vermişdir. Kliniki diaqnoz: Əsas xəstəlik: Psixotrop preparatla zəhərlənmə, çox ağır dərəcədə (T40.6). Əsas xəstəliyin ağırlaşması: Koma İİ. Yanaşı xəstəliklər: Digər rublikalarda təsnif olunmayan narkotik, psixodisleptiklərin təsiri və təsadüfi zəhərlənmələr. Ölüm halında əsas ölüm səbəbi: Kəskin ürək-qan-damar çatmamazlığı. Ölüm hadisəsi barədə növbətçi həkim Mahir Məmmədov tərəfindən Abşeron rayon polis bölməsinə serjant Əliyevə məlumat verilmişdir. Ölüm hadisəsi kimyəvi zəhərlənmə səbəbindən baş verib. Polisə məlumat verilib, məhkəmə tibbi ekspertizası keçirildikdən sonra müvafiq idarə tərəfindən ölüm kağızı verilməlidir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X1 rayonu Xırdalan şəhəri 28 May küçəsi 17 saylı evdə qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri 28 May küçəsi 17 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin qardaşı olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə Respublika X14 Toksikologiya şöbəsinə aparılaraq kəskin psixotrop preparatlarla zəhərlənmə, çox ağır dərəcədə. Koma İİ B diaqnozu qoyulmuş və həmin tarixdə narkotik vasitələrdən istifadə nəticəsində zəhərləndiyindən vəfat etmişdir. X3 narkotik vasitələrdən istifadədən zəhərlənməsi nəticəsində ölməsi faktı Respublika X14 Toksikologiya şöbəsinin məhkəmə sorğusu ilə verdiyi məktubda və Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə də öz təsdiqini tapmışdır. Belə ki, sözügedən qərara əsasən, X3 ölümündə heç kəsin təsiri və təqsiri olmadığı və ölüm səbəbinin məlum olduğu, belə ki, onun narkotik istifadəçisi olduğu üçün istifadə etdiyi narkotik vasitədən zəhərləndiyi müəyyən olunmuşdur. Hazırda, müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin X2 xx.xx.2022-ci il tarixdə Respublika X14 Toksikologiya şöbəsində vəfat etmişdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1981-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə X14 toksikologiya şöbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə X14 toksikologiya şöbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar