Məhkəmə qərarları › İş №2(012)-3477/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3477/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3477/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi, vəkil X21, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 etibarnamə üzrə nümayəndəsi, vəkil X22 iştirakı ilə, İddiaçı1 cavabdeh X16 qarşı “evin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39, Bakı şəhəri Cavabdeh1, İddiaçı1 və maraqlı şəxs X16 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39, maraqlı şəxslər Bakı şəhəri Cavabdeh1 və X16 qarşı “çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması” tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X34, Bakı şəhəri Cavabdeh1nə və maraqlı şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdeh X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il tarixli çıxarış əsasında ona məxsus olan Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh X13 hesabına boşaldılması və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39 tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2019cu il tarixli çıxarışın etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39 tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X23 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39 tərəfindən İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı1 öz iddia tələbini müdafiə edərək, digər tələbləri qəbul etməyərək göstərdi ki, 2016-cı il tarixdə özünə məxsus olan evi satışa çıxarmış, tanışı ona Ağayev İbrahim adlı şəxsin iş adamı olduğunu və ona pul lazım olduğunu bildirmişdir. Ağayev İbrahim ona özünə məxsus torpaq sahəsində pendir sexinin olduğunu və ona maliyyə vəsaiti verdiyi təqdirdə onun oğlunu pendir sexinə texnoloq olaraq işə götürəcəyini və ona də şəhərdə idarə etməyi üçün ofis açacağına dair vəd vermişdir. O bu vədə inanaraq Ağayev İbrahimə 41 000 AB dolları məbləğində pulu notarial borc müqaviləsi ilə vermiş, lakin X23 ona verdiyi vədləri tutmamış, İbrahimə ödədiyi pulu da qərəzli olaraq qaytarmamışdır.Ona görə də pul tələbi ilə bağlı Yasamal rayon məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, icra vərəqəsi Cavabdeh1nə getdikdən sonra İcra haqda qanunun 53-cü maddəsinə əsasən, icra məmuru X13 adına olan Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən fərdi yaşayış evi adına rəsmiləşdirilərək borcun əvəzləşdirilməsi təklif olunmuş, bu təklifi qəbul etmiş və 2019-cu il tarixdə, sözügedən daşımaz əmlak çıxarışla adına rəsmiləşdirilsədə, fərdi yaşayış evi hal-hazırda X13 faktiki istifadəsindədir. Eyni zamanda qeyd edir ki, İddiaçı2 iddia ərizəsi yalanlardan ibarətdir və o iddia tələbini qəbul etmir. İlkin olaraq qeyd edir ki, o məhkəməyə pul tələbinə dair iddia ilə müraciət etməzdən əvvəl dəfələrlə İddiaçı2 və Ağayev İbrahimin birlikdə yaşadığı evə getmiş, hətta İddiaçı2 bu səbəbdən 102-yə şikayət etmiş və bununla bağlı sənədlər polis idarəsində mövcuddur. Bu səbəbdən də İddiaçı2 onu tanımaması tamamilə yalandır. X7 qarşı iddia tələbi təmin edildikdən dərhal sonra İddiaçı2 ilə X23 arasında nikah pozulmuşdur. Nikah pozulduqdan bir il sonra isə İddiaçı2 İbrahimə 10 illik baş etibarnamə vermişdir. Əgər tərəflər arasında nikah pozulmuşdursa necə ola bilər ki, İddiaçı2 Ağayev İbrahimə etibarnamə verir? Onda olan məlumata əsasən, hal-hazırda Zərifə ilə İbrahim eyni evdə yaşamaqda davam edirlər, onlar arasındakı nikahın pozulması formal xarakter daşıyır və bu səbəbdən də İddiaçı2 iddiası işi ləngitmək məqsədilə verilmiş iddiadır. X17rşı heç bir tələbi yoxdur.X27 aldadaraq, onun da pulunu almış və hal-hazırda Süleymanın da ona qarşı heç bir əsas olmadan tələb irəli sürməsini anlaya bilmir.Ona görə də iddiasının təmin olunmasını, İddiaçı2 iddiasının və müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X13 iddia ərizələrinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmədə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi, vəkil X26 iddia tələbini müdafiə edərək bildirdi ki, Ağayeva X9 Təranə Əyyub qızının adına DƏDRX-nin 4 saylı X39 tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-u il tarixli çıxarışın etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır və təmin olunmamalıdır. Belə ki, hazırki iddia üzrə iddiaçı hüquqdan sui-istifadə edir, iddiaçı ilə İbrahim Ağayevin nikahının pozulmasında məqsəd məhz bu kimi saxta əməliyyatlara xidmət etmək olmuşdur. Eyni tələb üzrə artıq Yasamal rayon məhkəməsində və Sumqayıt İnzibati-lqtisadi Məhkəməsində İbrahim Ağayevin ortağı X6 tərəfindən iddialar qaldırılmışdır ki, hər biri nəticəsiz qalmışdır. Bir məqsəd var ki, həmin ərazidə İddiaçı1 başda olmaqla bir neçə şəxsi aldadaraq, onların pullarının mənimsənilməsi hesabına işlətdikləri pendir sexinin fəaliyyətini qoruyub saxlaya bilsinlər. Hazırki iddia da məhz həmin məqsədə xidmət edir. Çünki iddiaçı ilə İbrahim Ağayevin arasındakı boşanma da formal xarakterlidir və hazırda bir yerdə yaşayırlar. Xüsusi olaraq vurğulayır ki, əgər həqiqətən də Zərifənin bütün bu proseslərdən xəbəri yox idisə və nikahın pozulması həqiqi idisə, keçmiş əri tərəfindən aldadıldığını iddia edirsə, o zaman hansı səbəbdən iddiaçı boşanmadan 1 il sonra iddiaçı X16 xx.xx.2019- cu il tarixdə bütün səlahiyyətlər daxil olan və xx.xx.2029-cu il tarixədək etibarlı olan etibarnamə vermişdir. Bütün bunlar onu göstərir ki, adları çəkilən şəxslər əlbirdirlər, öz qanunsuz əməllərinə hüquqi don geydirməklə məşğuldurlar və nəticə etibarı ilə obyektiv həqiqət ədalət mühakiməsindən gizlədilir, məhkəmələr bir qrup şəxsin oyun meydanına çevrilmişdir. Yekunda isə İddiaçı1 və bu kimi bir neçə şəxs həmin oyunların faktiki qurbanına çevrilmişlər. Daha sonra iddiaçı ərizəsində göstərir ki, guya onun ərinin İddiaçı1 olan borcundan 40000 ABŞ dollarından xəbəri olmayıb, bu hal yalnız məhkəməyə verdiyi iddia zamanı məlum olmuşdur. Halbuki iddianın hüquqi əsasını təşkil edən bu hallar qəti şəkildə həqiqəti əks etdirmir. Belə ki, fevral 2016cı il tarixli borc müqaviləsinə görə borcu 6 aya qaytarmalı olduğu halda qaytarmaması, T. Əfəndiyevanın heç bir telefonuna cavab verməməsi səbəbindən məcbur qalıb İddiaçı1 2016-cı ilin avqust ayında həmin borc məbləğini İbrahim Ağayevdən istəmək üçün onların yaşadıqları evə gələndə onu İddiaçı2 qarşılamış və İddiaçı1 niyə gəldiyini dedikdən sonra X28 polisə şikayət etmişdir. Həmin polis bölməsində tərəflərin izahatı alınmışdır. Bu hal onu göstərir ki, iddiaçının həmin borc məbləğindən indi deyil, uzun müddət əvvəl xəbəri olmuşdur. Eyni zamanda həmin borc məbləği Ağayevlər ailəsinin şəxsi ehtiyacları üçün xərclənilmişdir. Belə ki. borcun verilməsindən 1 ay sonra x xxxx 2016-cı il tarixdə, həmin ailə öz övladına toy keçirmişdir. Bu halı İbrahim Ağayev tərəfindən aldadılmış Ədalət Cavadov adlı şəxs də şahidlik edərək təsdiq edə bilər. Göründüyü kimi həmin borc məbləği birgə nikah dövründə əldə olunmuş, həmin borcdan iddiaçının xəbəri olmuş, pul məbləği həmin ailənin şəxsi ehtiyacları üçün xərclənmiş, nəticə etibarı ilə həmin öhdəlik ailənin birgə öhdəliyidir. Xüsusi ilə nəzərinizə çatdırıram ki. Cavabdeh1 xx.xx.2018- ci il tarixli təklifi ilə X1 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında RX seriyalı, .0525720 saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən X13 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi İddiaçı1 təklif edilmişdir. Təklifdən, yəni xx.xx.2018-ci il tarixdən 1 ay sonra xx.xx.2018-ci il tarixdə nikah qeydləri ləğv edilmişdir. Nə təsadüf ki, 31 ildir evli olan, 1962-ci və 1968-ci il təvəllüdlü yetkin insanlar İddiaçı1 icra şöbəsinin ona təklifindən dərhal sonra nikah qeydlərini ləğv edirlər. Bunun bir adı var ki, bu ssenarini planlı şəkildə bugünkü günlər, iddialar üçün qurmuşlar. Bütün bunlar saxtakarlıq, sübutları saxtalaşdırma, hüquqdan sui-istifadə deyil də nədir!? Bütün bunlardan başqa Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi İddiaçı1 təklif edildiyindən o əmlakın vicdanlı əldə edənidir. Çünki o həmin əmlakı dövlət orqanının, Ədliyyə Nazirliyinin İcra Şöbəsinin təklifi nəticəsində əldə etmişdir. Bu zaman əldə edən şəxsdə dövlət orqanının hər hansı legitimsizliyi ilə bağlı şübhə yarana bilməzdi və şəxs dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına inanmış, etimad göstərmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.Eyni zamanda, üçüncü şəxs X23 ərizə ilə müraciət edərək sözügedən çıxarışın ləğvinə dair ərizə ilə müraciət edərək işə qoşulmuşdur. Əsas olaraq isə göstərilmişdir ki, İddiaçı1 əmlak təklif olunarkən icra qurumu tərəfindən əmlak düzgün qiymətləndirilməmiş, əmlakın dəyəri reallığı əks etdirmir. Hesab edir ki, üçüncü şəxsin də iddiası tamamilə əsassız və qanunsuzdur. Cavabdeh1 xx.xx.2018-ci il tarixli təklifi ilə X36 Əfəndiyevaya olan 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında RX seriyalı, ******* saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən X13 mülkiyyətində olan Abşeron rayonu. Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi İddiaçı1 təklif edilmişdir. Ər-arvad birləşərək hərəsi bir tələblə məhkəmələri oyun meydanına çevirmişlər. Sanki hüquqları pozulubmuş kimi biri çıxarışın etibarsızlığı, digəri çıxarışın ləğvini irəli sürür. Bu səbəbdən də həm İddiaçı2, X13, həm də ki, X2 idida tələblərinin rədd edilməsini xahiş edir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi, Vəkil1 məhkəmə iclasında bildirdi ki, İddiaçı2 İbrahim Ağayevlə xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş, AZ-İ 297747 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən göründüyü kimi, aralarında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 398 nömrəli ilə qeyd edilmişdir. Bundan başqa, birgə nikahda olduqları dövrdə X13 adına formal olaraq qeydiyyata alınmaqla, həqiqətdə isə bilavasitə İddiaçı2 atasından miras qalmış "‘əmlakın satılması nəticəsində əldə olunan pul vəsaiti hesabına Abşeron rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi əldə olunmuş, evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX Seriyalı ******* saylı çıxarış isə cavabdehin adına tərtib olunmuşdur. Bu səbəbdən İddiaçı2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında ********** nömrə altında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 98,2 kv.m ümumi, 50,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə İddiaçı2 tam pay üzrə mülkiyyət hüququnun müəyyən edilməsi və Zərifə Əmirulla qızının həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, iş üzrə məhkəmə baxışınının gedişatında məhkəmə tərəfindən qərardad qəbul edilərkən iddiaçıya məlum olmuşdur ki, mübahisə predmeti olan əmlak iddiaçının məlumatı olmadan tamamilə qanunsuz və əsassız şəkildə İddiaçı1 adına rəsmiləşdirilmişdir. Bununla bağlı iddiaçı tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdeh İddiaçı1 maraqlı şəxs X16 qarşı 40.000 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, mülki işin gedişatında İddiaçı1 vəsatəti əsasında çıxarılan xx.xx.2017-ci il tarixli 2(004)-6563/2017 nömrəli məhkəmə qərardadı ilə iddianın təmin tədbiri qismində RX seriyalı ******* nömrəli çıxarış əsasında X13 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, habelə iddianın təmin edilməsi ilə bağlı 2(004)-304/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Qətnamə üzrə icra vərəqəsi xx.xx.2018-ci il tarixdə verilsə də, qətnamədən cavabdeh İ.A.Ağayev faktiki olaraq apelyasiya və kassasiya instansiyaları məhkəmələrinə şikayətlər vermiş, məhkəmənin adıçəkilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-987/19 nömrəli Qərarı ilə qanuni qüvvəyə minmişdir. Bundan başqa hazırkı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı1 tələbkar statusunda çıxış etdiyi 2(004)-304/2018 nömrəli icra vərəqəsi üzrə icra işində icra məmuru Ramin Muradov xx.xx.2018-ci il tarixli İbrahim Ağayevə məxsus əmlakı 51.000 manat dəyərində borc əvəzi olaraq İddiaçı1 təklif edilmiş və İddiaçı1 eyni tarixli ərizə ilə təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra isə təbii ki, qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayətlər verildiyindən icra sənədi üzrə icra məmuru hər hansı bir hərəkət edə bilməmiş, nəticədə isə xx.xx.2019-cu il tarixli məktubla DƏDRX-nin 4 saylı X34 müraciət edib adıçəkilən Daşınmaz Əmlakın İddiaçı1 adına rəsmiləşdirilməsi tamamilə qanunsuz şəkildə xahiş etmişdir.Bütün bu yuxarıda qeyd olunan xüsusatlardan göründüyü kimi RX seriyalı ******* nömrəli çıxarış əsasında X13 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsi iddiaçı Zərifə ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunsa da, cavabdeh İddiaçı1 qanunsuz üsullara əl ataraq digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi idarəsindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli çıxarış əldə etmişdir. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, RX seriyalı ******* nömrəli çıxarış əsasında İbrahim Ağayevin mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış » birgə nikah dövründə əldə olunmuş əmlak, yəni ümumi mülkiyyətdə olsa da, həmin əmlak üzərində borclu İbrahim Ağayevin payının olub-olmamasını araşdırmadan İddiaçı1 və cavabdehlər əlbir olub qanunsuzluğa əl ataraq özgəninkiləşdirməsinə nail olmuşlar. Göründüyü kimi, hazırki iddia tələbinin predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi yalnız Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanunun 8.0.2, 8.0.3 və 8.0.4-cü bəndlərində nəzərdə tutulmuş hallarda həyata keçirilə bilərdi ki, hazırki halda cavabdeh icra qurumu ümumi mülkiyyətdə olan əmlakı saxtakarlıq etməklə, yəni payların müəyyən edilməsindən yayınmaqla yanaşı, İddiaçı1 həmi əmlakı nə hərracdan almış, nə də ki, hər hansı digər müqavilə və yaxud məhkəmə qərarı əsasında əldə etmişdir. Belə olduğu təqdirdə, cavabdeh İddiaçı1 qızının adına verilmiş çıxarış etibarsız hesab olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39 və Bakı şəhəri Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39 və Bakı şəhəri Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 adından iddia ərizəsini məhkəməyə təqdim edən vaxt səlahiyyətli olmuş nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərmişdir ki, X5 ilə X23 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “Beh müqaviləsi»nə əsasən Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən, DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarış əsasında, cavabdehə məxsus 0,08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi ilə birlikdə və həmin torpaq sahəsinin ətrafında olmaqla bələdiyyəyə məxsus və cavabdeh tərəfindən əldə olunaraq satılmalı olan 012 ha torpaq sahəsinin satışı ilə bağlı S.Z.Allahquliyev tərəfindən 60000 manat məbləğində vəsait beh şəklində X16 verilmişdir. Bundan başqa «beh müqaviləsi»nin tərəflər arasında razılaşdırılmış şərtlərinə görə evin və torpaq sahəsinin alqı-satqısı tarixi kimi xx.xx.2018-ci il tarix kimi müəyyən olunmuş, lakin həmin tarixixədək 0.08 ha torpaq sahəsini ətrafında yerləşən 0,12 ha torpaq sahəsini özəlləşdirə bilməmiş, həmçinin 0,08 ha torpaq sahəsi üzərində yerləşən və müqavilə öhdəlikləri icra ediləcəyi tarixədək iddiaçının istifadəsinə verilən daşınmaz əmlakla bağlı problemlərin yarandığı bildirmişdir.Bu səbəbdən tərəflər arasında əldə olunmuş şifahi razılıq əsasında beh müqaviləsi üzrə cavabdehin üzərində olan öhdəliklərin icrası ilə bağlı bir qədər müddət də verilmiş və torpaq sahələrinin alqısatqıya hazır olması müddətinədək **********59-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə cavabdehin mülkiyyətində olan 98,2 kv.m, 0,08 ha torpaq sahəsi S.Z.Allahquliyevin təsisçisi olduğu «xxxx» MMC şirkəti ilə İ.A.Ağayev arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-14 reyestr nömrəli icarə müqaviləsi əsasında faktiki olaraq S.Z.Allahquliyevin uzunmüddətli istifadəsinə verilmişdir. Bu səbəbdən X5 iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X23 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviləsi ilə təmin edilmiş öhdəliyə xitam verilməsi, X23 müqavilənin icra edilməməsi məsuliyyət daşıdığından xx.xx.2017-ci il tarixli beh müqaviləsi üzrə iddiaçı S.Z.Allaquliyev tərəfindən cavabdeh X16 ödənilmiş 60.000 (altmış min) manat behin iki misli təşkil edən 120 (bir yüz iyirmi min) manat məbləğində vəsaitin X10 tutularaq iddiaçı X3 ödənilməsi və maddi ziyan qismində 1.000.000 (bir milyon) manat məbləğində vəsaitin X10 tutularaq X3 ödənilməsi haqqında qətna qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə son nəticədə iddianın təmin edilməsi ilə bağlı 2(004)-6610/2018 nömrəli xx.xx.2018-ci il tar Qətnamə qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-6610/2018 saylı qərardadı ilə iddiaçı X2 cavabdeh X16 qarşı mülki iş üzrə iddianın təmin tədbiri qismində RX seriyalı ******* saylı çıxarışa əsasən X14 mülkiyətində olan Abşeron rayonu,Novxanı kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İddiaçı1 adıçəkilən qərardaddan şikəyət vermiş,lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9846/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməyərək əmlak üzərində həbs qüvvədə saxlanılmışdır. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, RX seriyalı ******* nömrəli çıxarış əsasında X13 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin iki bir-birinə aidiyyəti olmayan ayrı-ayrı qərardadı əsasında həbs qoyulmuş, bu həbslərin mövcudluğundan bütün tərəflər, xüsusən də İddiaçı1 və icra məmuru Ramin Muradov məlumatlı olmuşlar.Qeyd olunan əmlak üzərində həbslərin mövcudluğu İddiaçı1 xeyrinə çıxmış məhkəmə qərarının icrası ilə bağlı pul tələbinin əmlaka yönəldilməsinin qarşısını faktiki olaraq almışdır.Bu əngəlin aradan qaldırılması məqsədi ilə İddiaçı1 icra məmuru Ramin Muradov, DƏDRX-nin 4 saylı X29 hüquq şöbəsinin müdiri Asim Cəfərov və adları ona məlum olmayan digər şəxslər cinayət əlaqəsinə girib saxtakarlığa əl atmışlar.Belə ki, hər iki məhkəmə hər iki məhkəmə qərarı əsasında əmlak üzərində olan həbs DƏDRX-nin 4 saylı X29 elektron sistemində qeydiyyatdan keçmiş,adıçəkilən şəxslər isə məhkəmə qərarlarından biri olan xx.xx.2017-ci il tarixli,2(004)-6563/2017 nömrəli məhkəmə Qərardadı ilə qoyulmuş həbsi xx.xx.2019-cu il tarixli, 2(004)-304/2018 nömrəli qərardadla götürtməklə digər məhkəmə qərardadı, yəni xx.xx.2018-ci il tarixli 2(004)-6610/2018 nömrəli Qərardadı ilə qoyulmuş həbsi də Asim Cəfərovun vasitəsi ilə sistemdən sildirmişlər, nəticədə isə adıçəkilən əmlak tamamilə qanunsuz şəkildə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019 -cu il tarixdə İddiaçı1 mülkiyyətinə keçmişdir.Göründüyü kimi, əmlak üzərində faktiki olaraq xx.xx.2018-ci il tarixli, 2(004)-6610/2018 nömrəli ləğv olunmamış Qərardad əsasında həbs olsa da, adıçəkilən şəxslərin cinayətkar əlbirliyi nəticəsində süni şəkildə həbs qeydinin sistemdən silinməsi baş vermiş, nəticədə həm Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarı əhəmiyyətini itirmiş, həm də, Dövlətin və Süleyman Allahquliyevin maraqlarına zərər yetirilmişdir.Sadalanan xüsusatlarla bağlı Süleyman Allahquliyev xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX nin 4 saylı X34 ərizə ilə müraciət edib Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6610/2018 nömrəli qərardadı ilə Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində qoyulmuş həbsin bərpa edilərək sistemdə qeydiyyatın təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı X29 hüquq şöbəsinin müdiri Asim Cəfərovun fəaliyyətinin yoxlanılması və icraatında olan icra sənədinin icrasında yol verdiyi saxtakarlığı tədqiq etmək üçün daxili araşdırma aparılaraq nəticəsi barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir.Nəticədə əmlak üzərində xx.xx.2018ci il tarixli, 2(004)-6610/2018 nömrəli Qərardadı ilə qoyulmuş həbs dərhal bərpa edilmişdir.Bu barədə DƏDRX-nin 4 saylı X18 əlaltısı kimi işləmiş Asim Cəfərovdan məlumat alan İddiaçı1 xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək xx xxxx 2018-ci il tarixli, 2(004)-6610/2018 saylı qərardadın ləğv olunmasını xahiş etmiş, şikayət ərizəsinə qoşma olaraq xx.xx.2018-ci il tarixli təklif, təklifi qəbul etməyi ilə bağlı xx.xx.2018-ci il tarixli ərizə, xx.xx.2019-cu il tarixli məktub, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2018 saylı xx.xx.2018-ci il tarixli sənədi və Çıxarışın surətlərini əlavə etmişdir.Şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2019-cu il tarixli 2(004)-6610/2019 nömrəli qərardadı qəbul edilmiş, nəticədə tamamilə əsassız və qanunsuz şəkildə şikayət təmin olunaraq iddianın təmin tədbiri ləğv olunmuşdur. Bu səbəbdən məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(004)-6610/2019 nömrəli qərardadından şikayət verilmiş, lakin bu günə kimi şikayətin nəticəsindən hələ də məlumatsızıq. Belə ki, hətta e-mehkeme portalından belə tərəf olaraq 2(004)-6610/2019 nömrəli mülki işin sənədlərinə baxmaqları süni şəkildə əngəllənmişdir. Bundan başqa hazırkı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki,İddiaçı1 tələbkar statusunda çıxış etdiyi 2(004)-304/2018 nömrəli icra vərəqəsi üzrə icra işində icra məmuru Ramin Muradov xx.xx.2018-ci il tarixli «Təklif”lə İbrahim Ağayevə məxsus əmlakı 51.000 manat dəyərində borc əvəzi olaraq İddiaçı1 təklif etmiş və İddiaçı1 eyni tarixli ərizə ilə təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra isə təbii ki, qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayətlər verildiyindən icra sənədi üzrə icra məmuru hər hansı bir hərəkət edə bilməmiş, son nəticədə isə xx.xx.2019-cu il tarixli məktubla DƏDRXnin 4 saylı X34 müraciət edib adıçəkilən daşnmaz əmlakın İddiaçı1 adma rəsmiləşdirilməsini tamamilə qanunsuz şəkildə xahiş etmişdir. Bütün bu yuxarıda qeyd olunan xüsusatlardan göründüyü kimi RX seriyalı, ******* nömrəli çıxarış əsasında X13 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsi üzərində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6610/2018 nömrəli qərardadı əsasında qoyulmuş həbs qüvvədə ola-ola cavabdeh İddiaçı1 qanunsuz üsullara əl ataraq digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı X25 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli çıxarış əldə etmişdir.Qeyd olunanlara əsasən İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39 tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2019cu il tarixli çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Hal-hazırda da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 etibarnamə üzrə nümayəndəsi, vəkil X33 məhkəmədə izahatında göstərdi ki, X4 Zərifə Əmirulla qızı ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Sonradan aralarında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuş, AZ-İ 297747 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Tərəflər birgə nikah dövründə İddiaçı2 atasından miras qalmış əmlakın satılması nəticəsində əldə olunan pul vəsaiti hesabına Abşeron rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi almışlar və əmlak ailə başçısı İbrahim Ağayevin adına qeydiyyata alınmış. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə çıxarış verilmişdir. İş üzrə cavabdeh İddiaçı1 ilə İbrahim Ağayev arasında borc münasibəti yaranmış, İddiaçı1 ona qarşı 40.000 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(004)-6563/2017 nömrəli məhkəmə qərardadı ilə iddianın təmin tədbiri olaraq X13 adına rəsmiləşdirilmiş Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və daha sonra 2(004)-304/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qətnamə ilə borcun tutulması barədə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İbrahim Ağayev tərəfindən apelyasiya və kassasiya instansiyaları məhkəmələrinə şikayətlər vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-987/19 saylı Qərarı ilə qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi üzrə Yasamal rayon İcra Şöbəsi tərəfindən İbrahim Ağayevin heç bir məlumatı olmadan əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, əmlaka 51000 manat qiymət qoyulmuşdur. Daha sonra xx.xx.2018-ci il tarixli məktubla İbrahim Ağayevin adına olan əmlak 51.000 manat dəyərində borc əvəzi olaraq İddiaçı1 təklif edilmişdir. İcra sənədi üzrə tələbkar eyni tarixli ərizə ilə təklifi qəbul etdiyini bildirmişdir. Yasamal rayon İcra Şöbəsi xx.xx.2019-cu il tarixli məktubla Reyestr Xidmətinin X34 müraciət edib daşınmaz əmlakın İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı X39 tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyət hüquqları qanunsuz olaraq qeydiyyata alınmışdır. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, RX seriyalı ******* nömrəli çıxarış əsasında X13 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunmuş əmlak, yəni ümumi mülkiyyətdə olsa da, həmin əmlak üzərində borclu İbrahim Ağayevin payının olub-olmamasını araşdırmadan İddiaçı1 və cavabdehlər əlbir olub qanunsuzluğa əl ataraq əmlakın özgəninkiləşdirilməsinə nail olmuşlar. Göründüyü kimi, hazırkı iddia tələbinin predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi yalnız Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.2, 8.0.3 və ya 8.0.4-cü bəndlərində nəzərdə tutulmuş hallarda həyata keçirilə bilərdi ki, hazırkı halda cavabdeh İcra qurumu ümumi mülkiyyətdə olan əmlakı saxtakarlıq etməklə, yəni payların müəyyən edilməsindən yayındırmaqla yanaşı, İddiaçı1 həmin əmlakı nə hərracdan almış, nə də ki, hər hansı bir digər müqavilə və yaxud məhkəmə qərarı əsasında əldə etmişdir. Belə olduğu təqdirdə cavabdeh İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019cu il tarixli çıxarış ləğv olunmalı, əmlaka dair reyestr qeydiyyat məlumatları əvvəlki vəziyyətdə qaytarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, əmlakın qiymətləndirilməsi zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, qiymətləndirilən obyektin dəyəri qiymətləndirici tərəfindən kənardan müşahidə aparmaqla müəyyən edilmiş, İbrahim Ağayevin iştirakı təmin edilməmişdir. Qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymət əmlakın real bazar qiymətini əks etdirmir. Ona görə də hüquqlarını müdafiə etdiyi şəxsin iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X20 ifadəsində göstərdi ki, Ağayev İbrahim onun həyat yoldaşının tanışıdır. Həyat yoldaşı 2012-ci ildə Ağayev İbrahim Ağabala oğlu ilə tanış olmuşdur. Onlar İbrahimi iş adamı olaraq tanımış, belə ki, bir müddət sonra Ağayev İbrahim pendir sexi açacağını və pula ehtiyacı olduğunu bildirmişdir. Buna əsasən, 2014-cü il tarixdə,onlar tərəfindən İbrahim Ağayevə 20 000 manat pul verilmiş, 2018-ci il tarixdə İbrahimə yenidən pul lazım olduğu üçün daha 20 000 manat borc pul verilmiş və bu zaman aralarındakı münasibətlər borc müqaviləsi ilə rəsmiləşdirilmiş, beləliklə, 35 000 manat İbrahim Ağayevə, 35 000 manat isə onun iş ortağı Nağıyev Əliyə olmaqla, ümumilikdə 70 000 manat pul vermişlər. Ağayev İbrahim borc olaraq götürdüyü məbləği bir ilə qaytarmalı olmasına baxmayaraq, pulu ödəmədiyi üçün, Ağayev İbrahimə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və iddia tələbi təmin edilmişdir.. Məhkəmə zamanı İbrahim ona 3000 manat qaytarmış və hal-hazırda 32000 manat borcu qalmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın notarial qaydada təstiq olunmuş surətindən görünür ki, Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Məhkəmə İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsinin izahatını, digər iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin izahatını və vəkili dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı1 iddiası təmin olunmalı, digər tələblər isə rədd edilməlidir. Məhkəmə İddiaçı1 qanunsuz üsullara əl ataraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı X25 ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışı əldə etməsi, İddiaçı1 digər cvabdehlərlə əlbir olub qanunsuzluğa əl ataraq mübahisəli əmlakın özgəninkiləşdirməsinə nail olması barədə tərəflərin nümayəndəsinin və vəkilinin mövqeyi ilə razılaşmış. Belə ki,İddiaçı1 digər şəxslərlə əlbir olub Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evini qanunsuz yollarla əldə etməsinə dəlalət edən hər hansı bir hal məhkəmədə müəyyən edilməmiş,bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş,yalnız formal mülahizələrə istinad olunmuşdur. Əksinə olaraq məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,Cavabdeh1 xx.xx.2018-ci il tarixli təklifi ilə X36 Əfəndiyevaya olan 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında RX seriyalı, ******* saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən X13 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 (əlli bir min) manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi İddiaçı1 təklif edildiyindən sonuncu əmlakı vicdanlı yolla əldə etmişdir. Belə ki, həmin əmlakı dövlət orqanının təklifi nəticəsində əldə edən zaman İddiaçı1 dövlət orqanı olan icra orqanının hər hansı hərəkətlərinin legitimsizliyi ilə bağlı şübhə yarana bilməzdi və şəxs dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına inanaraq etimad göstərmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Eyni hüquqi mövqeyini Konstitusiya Məhkəməsi Plenumu H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında da nümayiş etdirərək göstərmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Bundan başqa müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Süleyman Allahquliyevin xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə istinad edərək İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə tələb irəli sürməsi subyektiv hüquq nöqteyi- nəzərindən də heç bir əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 699.4-cü maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. Qanunun mənasından da göründüyü kimi icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır.Yəni,öhdəlik dəyişmir, öhdəlikdə şəxslər dəyişir ki, bu hal da öhdəliyin mahiyyətinə xələl gətirmir.Belə olan halda Süleyman Allahquliyevin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi də məhkəməyə aydın deyildir. Belə ki, xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi üzrə mülkiyyətçi olaraq İddiaçı1 X3 qarşı məhkəmədə hər hansı bir tələbinin olması, o cümlədən sözügedən icarə müqaviləsi üzrə Təranə tərəfindən Süleyman Allahquliyevin hüququnun hər hansı bir formada pozulması müəyyən edilməmişdir. Məhkəmə İddiaçı2, müstəqil tələblər irəli sürən üçüncü şəxslər X5 və X13 iddia tələblərinin rədd edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, İddiaçı1 mülkiyyət hüququ dövlət tərəfindən qorunduğundan Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X13 hesabına boşaldılmalı və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq , ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasn mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı1 cavabdeh X16 qarşı iddia tələbi təmin edilsin. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı1 xüsusi mülkiyyətində olan Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh X13 hesabına boşaldılsın və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülsün. İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39, Bakı şəhəri Cavabdeh1, İddiaçı1 və maraqlı şəxs X16 qarşı “çıxarışın etibarsız hesab edilməsi” iddia ərizəsi üzrə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X39, maraqlı şəxslər Bakı şəhəri Cavabdeh1 və X16 qarşı “çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması” iddia ərizəsi üzrə və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X34, Bakı şəhəri Cavabdeh1nə və maraqlı şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına qarşı “çıxarışın ləğv edilməsi” iddia ərizəsi üzrə tələblər rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar