Məhkəmə qərarları › İş №2(012)-3482/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3482/2022

20.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3482/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia tələbi üzrə 2(012)-3482/2022 saylı işin geri qaytarılması barədə qərar qəbul edilməsini və iş materiallarının ona təqdim olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə ********* saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qaytarılmalı, qərardadın icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə ********* saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qaytarılsın. Qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar