Məhkəmə qərarları › İş №2(012)-3489/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3489/2025

26.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3489/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/18/2025-00197 saylı Barışıq Sazişinin təsdiq olunaraq icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, Maraqlı şəxs ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X12 doğulmuşdur. Son zamanlar Maraqlı şəxs ailənin qayğısına qalmır və uşaqların saxlanması üçün ona heç bir köməklik etmir, ona görə də maraqlı şəxsdən ayrılmaq qərarına gəlmişdir. Lakin sonda maraqlı şəxs ilə belə razılığa gəlmişdirlər ki, maraqlı şəxs ilə boşanmır, lakin maraqlı şəxs hər ay ailənin saxlanması üçün zəruri olan vəsaiti ona aliment şəklində verməlidir. Bu barədə o, mediatora müraciət etmiş və Maraqlı şəxs ilə aralarında Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə MŞB/18/2025-00197 saylı Barışıq Sazişi imzalanmışdır. Həmin sazişin şərtinə əsasən: 1. İ Tərəf Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X2 üçün 2025-ci ilin mart ayından başlayaraq hər ay 1200 manat əmək haqqının 100 faizi miqdarı məbləğində (bonus məbləğə aid edilmir) alimenti İİ Тərəfə, yəni ona məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür; 2. Tərəflər razılaşırlar ki, alimentin məbləği 1-ci Tərəfin əmək haqqının artım tempinə uyğun olaraq dəyişəcəkdir. Sazişdə onun 10 təqvim günü müddətində könüllü icra olunması nəzərdə tutulsa da Maraqlı şəxs həmin sazişi icra etmir. Maraqlı şəxs hər dəfə bəhanə gətirir ki, xərclərini çatdıra bilmir, alimenti yaxın günlərdə ödəyəcəkdir və sair. Ona görə də həmin sazişin məhkəmədə təsdiq olunması zərurəti yaranmışdır. Əlavə olaraq bildirir ki, maraqlı şəxs evə, 1 ildir, gəlmir. O, övladları böyük olduğu üçün maraqlı şəxsdən boşanmaq istəmir və yalnız maraqlı şəxs tərəfindən ona aliment ödənilməsini istəyir. Qeyd edildiyi kimi mediasiya təşkilatı tərəfindən təsdiqlənmiş barışıq sazişinə əsasən maraqlı şəxs əmək haqqını onlara verəcəkdir, o da maraqlı şəxsə qarşı hər hansı bir iddia qaldırmayacaqdır. Bildirir ki, maraqlı şəxsin maaşdan əlavə bonusları vardır, həmçinin 3-cü qrup əlildir. Odur ki, qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, aldığı əmək haqqının 100 faizinin aliment olaraq verilməsinə etiraz etmir, belə ki, əlavə olaraq həm təqaüd, həm də bonuslar alır. Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişində alimentin təqaüd və bonuslara şamil edilməməsini göstərilmişdir. Hazırda o, 1200 manat məbləğində əmək haqqı alır. Ona məsləhət görülmüşdür ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Onun böyük övladı X3 Universitetində təhsil alır, digər övladları isə hələ 18 yaşına çatmamışdır. X19 illik olaraq Xəzər Universitetinə 4000 manat, Zəhra Əliyeva isə 1000 manat ödəməlidir. Bundan əlavə oğlu Rəsul Əliyevin 250 manat məbləğində təhsil xərcləri vardır. Onlar ailə olaraq yığışıb danışmış və o, xərclərə görə 1200 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qarşı tərəfin valideynləri bu sazişin təsdiq edilməsini tələb kimi qoymuşdurlar. O, ərizəçi ilə aralarında yaranmış mübahisənin həlli üçün barışıq sazişinin təsdiq edilməsini istəyir. Göstərilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon VVADQ Şöbəsi tərəfindən AZ-İ № 138024 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X8 25 dekabr 2004-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 386 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00197 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1. İ Tərəf - Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2006-cı iİ təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X2 üçün 2025-сi ilin mart ayından başlayaraq hər ay 1200 manat əmək haqqının 100%-i miqdarı məbləğində (bonus məbləğə aid edilmir) alimenti İl Tərəfə, yəni Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür; 2. Tərəflər razılaşırlar ki, alimentin məbləği İ Tərəfin əmək haqqının artım tempinə uyğun olaraq dəyişəcəkdir; 3. Tam mediasiya xərcini (160 manat) İ Tərəf ödəyir; 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 10. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 12. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 13. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 14. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 15. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 17. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 18. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 19. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 20. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 21. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir; 22. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 23. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 24. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 25. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 26. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 27. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 28. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər). Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Ərizəçi ilə Maraqlı şəxs 25 dekabr 2004-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahından 12 aprel 2006-cı iİ təvəllüdlü X9, 30 iyul 2008-ci il təvəllüdlü X11 və 25 iyul 2011-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Ərizəçi onunla Maraqlı şəxs arasında münasibətlər gərginləşdiyindən maraqlı şəxsdən boşanmaq qərarına gəlmiş, lakin daha sonra tərəflər aralarında bağlanmış nikahın pozulması əvəzinə onların birgə nikahından olan övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödənilməsi barədə razılığa gəlmiş, bununla bağlı Bakı 18 saylı Mediasiya təşkilatına müraciət etmiş və tərəflər arasında aliment ilə bağlı razılıq əldə edilərək xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00197 nömrəli barışıq sazişi bağlanmışdır. Ərizəçi ərizəsində xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00197 nömrəli barışıq sazişinin maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyini, bu səbəbdən həmin sazişin məhkəmədə təsdiq olunması zərurəti yarandığını qeyd etmiş, lakin məhkəmə iclasında ərizəsində göstərilən halları kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00197 nömrəli barışıq sazişinə əsasən övladlarının saxlanması üçün Ərizəçi ilə aralarında razılaşdıqları aliment məbləğini hər ay vaxtında ödədiyini bildirmiş və məhkəmədə bunun əksini təstiq edən hər hansı bir hall müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bundan əlavə iş materialllarında olan xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00197 nömrəli barışıq sazişinin 1-ci bəndində Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2006-cı iİ təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün 2025-сi ilin mart ayından başlayaraq hər ay 1200 manat əmək haqqının 100%-i miqdarı məbləğində (bonus məbləğə aid edilmir) alimenti Ərizəçi məxsus bank kartına ödəməyi öhdəsinə götürməsi öz əksini tapmış, məhkəmə iclasında Maraqlı şəxs həmin sazişin qeyd edilən şərti ilə razı olduğunu və aliment olaraq onun əmək haqqının 100 faizi miqdarında hissəsinin tutulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00197 nömrəli barışıq sazişində tərəflərin birgə nikahdan olan övladlarının saxlanması üçün aliment məbləğinin maraqlı şəxsin aldığı əmək haqqından tam hissədə tutulması razılaşdırılsa da yuxarıda qeyd edilən normaların tələblərindən göründüyü kimi əmək haqqından tam hissədə tutmaların həyata keçirilməsi qeyri-qanuni hal kimi qəbul edildiyindən sözügedən sazişin təsdiq edilməsi qeyrimümkün sayılır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin təsdiq edilməsini xahiş etdiyi xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00197 nömrəli barışıq sazişində birgə nikahdan doğulmuş xx.xx.2006-cı iİ təvəllüdlü X1 üçün maraqlı şəxs tərəfindən aliment ödənilməsi öhdəliyi nəzərdə tutulsa da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 artıq yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda (355-26.1.1. maddə); barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda (355-26.1.2. maddə). Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edildiyindən Ərizəçi onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/18/2025-00197 saylı barışıq sazişinin təsdiq olunaraq icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs qarşı onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/18/2025-00197 saylı barışıq sazişinin təsdiq olunaraq icra olunmasına dair ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar