Məhkəmə qərarları › İş №2(012)-3511/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3511/2020

12.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3511/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh ilə razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlərlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar