Məhkəmə qərarları › İş №2(012)-3517/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3517/2025

23.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3517/2025 23.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və fərdi yaşayış evinə baxış keçirilməsinə, həmçinin müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məhəmmədi (Məmmədli) kəndi, Əliağa Vahid küçəsi, 4 saylı ünvanda yerləşən yaşayış sahəsinə (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair) üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, həmçinin müayinə və inventarlaşdırma işlərinin maneəsiz һəуаtа keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Abşeron rayonu, Məmmədli kəndi, Əliağa Vahid küçəsi ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi üzərində onun gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş - X6 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan qızı: İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - AR ƏMDKY DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X8 verilmiş reyestr kitabı 6176, inventar işi 235 nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 4 nömrəli, ümumi sahəsi 173,7 kv/m, yaşayış sahəsi 70,9 kv/m, yardımçı sahəsi 102,8 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir”. O, ünvan 3 ünvanında yerləşən, 4 nömrəli, ümumi sahəsi 173,7 kv/m, yaşayış sahəsi 70,9 kv/m, yardımçı sahəsi 102,8 kv/m, 3 otaqlı olan fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatdan keçməsini istəyir. Məhz bu məqsədlə dəfələrlə özü və nümayəndəsi vasitəsilə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. 16 iyul 2021-ci il tarixli müraciətinə və 19 fevral 2025-ci il tarixdə nümayəndəsi X7 tərəfindən edilmiş müraciət eyni məzmunla cavablandırılaraq bildirilmişdir ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə tərəflərindən şərait yaradılmamışdır. Habelə ünvan 3 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi barəsində mübahisənin olduğu qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndislərinin inventarlaşma işlərinin aparılmasına maneəçilik törədən şəxs Cavabdehdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 29 iyul 2003-cü il tarixli 2-178/2003 saylı qətnaməsinə əsasən mübahisələndirilən ünvana — ünvan 4si və hüquqlarının tanınmasına dair iddiası təmin edilmişdir. Hazırda onun ünvan 5 ünvanda yaşayış sahəsində gözlənilən mülkiyyət hüququ vardır. Lakin buna baxmayaraq o, cavabdehin yaratdığı məhdudiyyətlər səbəbindən həmin ünvana yaxınlaşa bilmir və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndislərinin inventarlaşma işlərinin aparılmasına da cavabdeh maneəçilik törədir. Eyni zamanda bu maneələrə son qoyulması ilə bağlı tələblərini cavabdeh rədd edir. Buna görə də o, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına nail ola bilmir. Odur ki, Cavabdeh mübahisə ilə bağlı əməli mülki hüquq pozuntusudur - deliktdir. Yuxarıda qeyd edilənlərə istinadən hazırkı iddia tələbi ilə o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Onlar yaşayış sahəsinin həyətinə daxil ola bilmirlər. Keçən il özünü vəkil kimi təqdim edən bir nəfər onlara zəng edərək, söhbət etməyi təklif etmişdir. Bildirir ki, Cavabdeh Digah qəsəbəsində atasıgildə qalır. Buna baxmayaraq cavabdeh evin qapısını bağlamış, evə yaxınlaşa bilmələrinin qarşısını almaq üçün evin həyətinə it bağlamışdır. Hesab edir ki, mütəxəssislər yaşayış sahəsinə baxış üçün gələcəkləri halda cavabdeh buna mane olacaqdır. O, sonuncu dəfə cavabdeh ilə bir il əvvəl əlaqə saxlamış, cavabdeh ona evə daxil olmağa icazə vermədiyini bildirmişdir. Bildirir ki, evi və torpaq sahəsini sənədləşdirdikdən sonra o, cavabdehə də pul təklif edəcəkdir. Onun mərhum anası vaxtilə sözügedən fərdi yaşayış evini almışdır. O, cavabdehdən evə hansı əsasla yiyələndiyini soruşduqda cavabdeh ona bununla bağlı məhkəmə qərarının mövcud olmasını bildirmişdir. Odur ki, qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verərək bildirdi ki, Cavabdeh mübahisə predmeti olan evdə yaşamaq hüququ və həmin evə köçürülməsi ilə bağlı məhkəmə qərarı vardır. Lakin İddiaçı isə gözlənilən mülkiyyət hüququ vardır. Onlar iddiaçı tərəf olaraq sənəd aldıqdan sonra cavabdehə də kompensasiya vermək istəyir və cavabdeh ilə kompromisə getmək niyyətindədirlər. İddiaçı vərəsəlik hüququnun təsdiqi ilə bağlı müvafiq notarius orqanından vərəsəlik haqqında şəhadətnamə almışdırlar. Sözügedən ev ilə bağlı iddiaçının anasının adına çıxarış vardır. Onlar iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarına yiyələnməsini istəyirlər. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 17 aprel 2003-cü il tarixli, 2-28/2003 saylı qətnaməsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, iddia təmin edilmiş, X5 ilə Cavabdeh arasında 16 noyabr 1997-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulmuş hesab edilməsi, X2 Cavabdeh xeyrinə hər ay 16 fevral 1998-ci anadan olmuş bir yetkinlik yaşına çatmayan uşağın - X1 üçün aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, aliment tutulmasının əvvəlinin 17 aprel 2003-cü il tarixdən hesablanması və qətnamənin aliment tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29 iyul 2003-cü il tarixli, 2-178/2003 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X4 və X8 qarşı yaşayış sahəsinə köçürmə və hüququnun tanınmasına dair iddiası təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, Əliağa Vahid küçəsindəki 4 saylı evə yaşayış hüququnun tanınması və həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 2V-293 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - ünvan 6 ünvanında qeydiyyatda olan qızı: İddiaçı miras əmlakdan - AR ƏMDKY DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X8 verilmiş reyestr kitabı 6176, İnventar işi 235 nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 4 nömrəli, ümumi sahəsi 173,7 kv/m, yaşayış sahəsi 70,9 kv/m, yardımçı sahəsi 102,8 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən tam hissədə pay almalı olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 2V-293 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən göründüyü kimi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - ünvan 6 ünvanında qeydiyyatda olan qızı: İddiaçı miras əmlakdan - AR ƏMDKY DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X8 verilmiş reyestr kitabı 6176, İnventar işi 235 nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 4 nömrəli, ümumi sahəsi 173,7 kv/m, yaşayış sahəsi 70,9 kv/m, yardımçı sahəsi 102,8 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən tam hissədə pay almalı olduğu qeyd edilmişdir. Buradan görünür ki, İddiaçı Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 2V- 293 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında anası X6 vərəsəsi qismində tanınmış və onun anasından miras qalmış ünvan 3 ünvanında yerləşən 4 nömrəli, ümumi sahəsi 173,7 kv/m, yaşayış sahəsi 70,9 kv/m, yardımçı sahəsi 102,8 kv/m, 3 otaqlı olan fərdi yaşayış evi üzərində tam hissədə pay hüququ tanınmışdır. İddiaçı sözügedən fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatdan keçirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisləri tərəfindən baxış keçirilməsinə, həmçinin müayinə və inventarlaşma işlərinin aparılmasına şərait yaratmamış və maneələr törətmiş, bununla da iddiaçının sözügedən yaşayış sahəsi üzərində gözlənilən mülkiyyət hüququna hörmətlə yanaşmamışdır. Məhkəmə cavabdehin iddiaçıya miras qalmış əmlaka, yəni ünvan 3 ünvanında yerləşən 4 nömrəli yaşayış sahəsinə (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, həmçinin müayinə və inventarlaşdırma işlərinin һəуаtа keçirilməsinə maneələr törətməsini iddiaçının gözlənilən mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.2-ci və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, yuxarıda qeyd edilən normalara istinad edərək məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 4 nömrəli yaşayış sahəsinə (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, həmçinin müayinə və inventarlaşdırma işlərinin maneəsiz һəуаtа keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 4 nömrəli yaşayış sahəsinə (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, həmçinin müayinə və inventarlaşdırma işlərinin maneəsiz һəуаtа keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlər aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar