Məhkəmə qərarları › İş №2(012)-417/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-417/2022

07.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-417/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi verərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması, əldə olunan pul məbləğinin cavabdehlə onun arasında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh birgə nigah dövründə Abşeron rayonu, Məmmədli kəndi, Yeddi Gözəl y/k bina 5, 37 saylı mənzil əldə etmişdir. Tərəflər arasındakı nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-583/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1319/2021 şaylı qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə dair 1/2 hissədə payı müəyyən edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2426/2021 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1319/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin nikahları pozulduğu halda ailə münasibətlərinin olmadığı bir dövrdə 1/2 hissədə payın cavabdehdə olması, cavabdehin gələcəkdə həmin ünvana köçürülməsi və orada yaşamasına şəraitin yaradılmasıdır. Bu kimi hallar gələcəkdə hər hansısa mübahisələrə gətirib çıxaracaqdır. Hazırda iddiaçının mübahisələ mənzildən başqa evi yoxdur. Halhazırda iddiaçı iki övladıyla birlikdə həmin mübahisəli mənzildə yaşayır. Bundan əlavə iddiaçının maddi vəziyyəti aşağı olduğundan, kompensasiya yolu ilə mənzilin verilməsinə razı deyildir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı ilə 2015-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Sözügedən ünvan 1 ünvanında yerləşən mənzili isə ailə qurduqdan sonra almışlar. Onlar arasındakı nikah isə Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-583/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda o, kirayədə qalır və maddi vəziyyəti aşağı olduğundan kompensasiya yolu ilə evin verilməsinə razı deyildir. Odur ki, o, birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən mənzilin hərracda satılmasına razıdır. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 356708 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1319/2021 şaylı qətnaməsindən görünür ki, ilkin iddia təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndi, Yeddi Gözəl y/k, bina 5, 37 saylı mənzilinə Cavabdeh ½ hissədə payın müəyyən edilməsi, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi və məhkəmə xərclərinə aid olan, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq tərəflərin özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2426/2021 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1319/2021 şaylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 10/216 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan Abşeron rayonu, Məmmədli kəndi, Yeddi Gözəl yaşayış kompleksində yerləşən bina 5, 37 saylı mənzilin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından müəyyən edilir ki, İddiaçı və Cavabdeh birgə nikahda olduqları dövrdə, ünvan 1 ünvanında yerləşən mənzili almışlar. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 356708 saylı nikahın pozulması haqqında şəhadətnamədən göründüyü kimi Cavabdeh ilə X4 arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1319/2021 şaylı qətnaməsi ilə, ilkin iddia təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndi, Yeddi Gözəl y/k, bina 5, 37 saylı mənzilinə Cavabdeh ½ hissədə payın müəyyən edilməsi, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi və məhkəmə xərclərinə aid olan, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq tərəflərin özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2426/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1319/2021 şaylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-5975/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 10/216 saylı ekspert rəyindən göründüyü kimi tədqiq olunan Abşeron rayonu, Məmmədli kəndi, Yeddi Gözəl yaşayış kompleksində yerləşən bina 5, 37 saylı mənzilin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki,ayrılan payın dəyərinin ödənilməsi də tərflərin maddi imkanı xaricindədir və bu hal tərəflərin izahaı ilə təstiqini tapmışdır. Ona görə məhkəmə işin faktiki hallarına, yəni mübahisəli mənzilin texniki cəhətdən bölünməsinin mümkün olmaması, ayrılan payın dəyərinin ödənilməsinə tərəflərin maddi imkanının olmamasını nəzərə alaraq və aşağıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki,tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6.-cı maddəsinə görə bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracda satılsın, satışdan əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar