Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1511/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı çıxarışın və plan-ölçünün ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4826/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı çıxarışın və plan-ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4826/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı çıxarışın və plan-ölçünün ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir (hakim Habil Əhmədov). İddiaçı vəkili və nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4826/2025 nömrəli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4826/2025 nömrəli qərardadının ləğv edilməsi və iddiaya yenidən baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 adına verilmiş Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan ölçünün verilməsinə əsas olmuş İddiaçı 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamı saxtalaşdırılmışdır. İddiaçı başçısı Qubad Qubadov tərəfindən X3 adına Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncam olmamışdır. X7 Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 11 avqust 1993 – cü il tarixli, 710 saylı Fərmanı ilə İddiaçı başçısı təyin edilmişdir. 11 avqust 1993-cü il tarixədək İddiaçı başçısı vəzifəsində Vahid Orucov adlı şəxs çalışmışdır. İddiaçı Başçısının xx.xx.2025-ci il tarixli, 30 nömrəli Sərəncamına əsasən X3 adına Masazır kəndi ərazisində 0.10 hektar həyətyanı torpaq sahəsinin ayrılmasına dair İddiaçı Başçısının adından qanunsuz olaraq hazırlanan 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncam 10 mart 1993-cü il tarixdən etibarsız hesab edilmişdir və X3 adına verilmiş **********09 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçınə ünvanlanan 3-21-3-32/2- 10399/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, X3 **********09 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Beləliliklə İddiaçı Cavabdehnə qarşı çıxarışın və plan-ölçünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəyə inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında baxlmalıdır, məhkəmə səhv nəticəyə gələrək icraatında olan mülki iş üzrə icraata xitam vermişdir. Halbuki, İddiaçı Başçısının adından qanunsuz olaraq hazırlanan və saxtalaşdırılan 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncam inzibati akt kimi qiymətləndirilməməlidir. İnzibati akt inzibati orqan tərəfindən qəbul edildiyi halda inzibati akt sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının izahından görünür ki, mübahisəyə mülki məhkəmə icraatında baxılmalıdır, ona görə ki, iddia tələbi mülki hüquqi tələbdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(012)-4826/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı çıxarışın və plan-ölçünün ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4826/2025 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, İddiaçı 4 mart 1993-cü il tarixli, 170 saylı sərəncamından görünür ki, Masazır kəndi İcra Hakimiyyəti nümayəndəliyinin sərəncamına verilmiş 4,6 ha torpaq sahəsinin adları qeyd edilən vətəndaşlara hər bir ailə üçün 0,10 ha həyətyani torpaq sahəsi ayrılmışdır. İddiaçı Başçısının xx.xx.2025-ci il tarixli, 30 nömrəli Sərəncamına əsasən aşağıda göstərilənlər qərara alınmışdır: 1. X3 adına Masazır kəndi ərazisində 0.10 hektar həyətyanı torpaq sahəsinin ayrılmasına dair İddiaçı Başçısının adından qanunsuz olaraq hazırlanan 10 mart 1993- cü il tarixli, 14 nömrəli sərəncam 10 mart 1993-cü il tarixdən etibarsız hesab edilsin. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 adına verilmiş Masazır kəndi ərazisində 0,0521 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan ölçünün və X4 adına verilmiş Masazır kəndi ərazisində 0,0521 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan ölçünün və həmin hüquqa dair reyestrdəki digər qeydiyyatların ləğv edilməsi məsələsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. 3.X5 ilə X8 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli, 6 iyun 2017-ci il tarixli, 4Ə1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və reyestr qeydiyyatının ləğv edilməsi Abşeron rayonu 1 saylı Notariat Ofisinə həvalə edilsin. 4.Sərəncamın surətlərinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş idarəsinə göndərilməsi RİH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmışdır və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası iddianın sərəncamın etibarsızlığı və onun əsasında verilmiş çıxarışın və plan-ölçünün ləğvinə dair hissədə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.3. maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunun mənasından da göründüyü kimi mübahisələndirilən inzibati akt qəbul etmiş orqan inzibati icraat qaydasında həmin aktın etibarsız hesab edilməsi barədə istər özünün, istərsə də maraqlarına toxunan şəxsin müraciəti əsasında həmin məsələyə baxmaqda səlahiyyətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə mahiyyət etibarilə razılaşır və qeyd edir ki, “İnzibati icraat haqqında" Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli, 345 saylı Fərmanının 2.1 və 2.2-ci bəndlərində təsbit edilmişdir ki, həmin Qanunun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Beləliklə, qeyd edilən normaların tələblərinə əsasən hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti qoluna daxil olan inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. Yəni, icra hakimiyyəti daxilindəki orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı yaranmış mübahisələr məhkəmə qaydasında baxılacaq mübahisələr deyildirlər. Doğrudur, birinci instansiya məhkəməsi qərardadın əsaslandırıcı hissəsində işin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasını qeyd etsə də, inzibati orqanlar arasında mübahisəyə inzibati məhkəmə iraatı qaydasında da baxılmalı olmamasını qeyd etməmişdir.Lakin buna baxmayaraq Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə düzgün istinad etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin maddəyə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır, buna görə də təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4826/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1511/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1511/2025
30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver