Məhkəmə qərarları › İş №2(012)-3548/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3548/2022

05.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3548/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 05 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası 16 aprel 1955-ci il təvəllüdlü X4 26 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 16 aprel 1955-ci il təvəllüdlü X6 onun atasıdır. X2 26 aprel 2022-ci il tarixdə yaşadıqları Abşeron rayonu Mühdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Evə təcili və X5 stansiyasında həkim çağırılmış, həkim atasının öldüyünü bildirmişdir. Atası Binəqədi qəsəbəsi kənd qəbiristanlığında dəfn edilmişdir. Qardaşının ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə vermədiyinə görə imtina verilmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün “Bakı Şəhər Səhiyyə Mərkəzi” X10 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Oradan isə ona cavab verilmişdir ki, 8 il ərzində hər hansı səbəblə poliklinikaya müraciəti olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Odur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, X2, anası isə X3r, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatdadır. Mülki iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 16 aprel 1955-ci ildə Şəmkir rayonu, Muxtariyyə kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan BŞT və TTYS 16 saylı Bölmə tərəfindən verilmiş Təcili və X5 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə X4 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilən 10 may 2022-ci il tarixli 383 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi X2 X2 həqiqətən də xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Kənd qəbirstanlığın”da dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-245/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 4 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, 93 nömrəli məktubdan müəyyən edilir ki, vəfat edən xx.xx.1955-ci il təvəllüdlü X1 8 il ərzində hər hansı xəstəliklə poliklinikaya müraciəti olmadığından, həkim baxışı və tibbi müayinələrdən keçmədiyi üçün vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı məlumatları olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Ərizəçinin şəxsiyyət vəsiqəsindən görünür ki, özünün qeydiyyatı Abşeron rayonu Mehdiabad qəsəbəsinədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X4 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 4 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, 93 nömrəli məktubda Ərizəçi vəfat edən xx.xx.1955-ci il təvəllüdlü X1 8 il ərzində hər hansı xəstəliklə poliklinikaya müraciəti olmadığından, həkim baxışı və tibbi müayinələrdən keçmədiyi üçün vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı məlumatları olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 16 aprel 1955ci ildə Şəmkir rayonu, Muxtariyyə kəndində anadan olmuş X4 26 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 aprel 1955-ci ildə Şəmkir rayonu, Muxtariyyə kəndində anadan olmuş X4 26 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar