Məhkəmə qərarları › İş №2(012)-3560/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3560/2021

23.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3560/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi, işə bərpa və vəzifəli şəxs barəsində xüsusi qərardadın çıxarılması» tələbinə dair mülki işə 23 iyun N21-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbər vəzifəsindən işdən azad olunmağı və həmin hərbi hissə ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbər vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbər vəzifəsindən işdən azad olunmağı və onunla həmin hərbi hissə arasında bağlanmış əmək müqaviləsinə qanunsuz və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xitam verilməsinə göstəriş vermiş həmin hərbi hissənin komandiri X3 barəsində xüsusi qərardad çıxarılması və həmin qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun 2-ci qrup əlilliyi var və 07.07.NN-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinin madditexniki təminat bölüyünün hamam-camaşırxana kombinatına əsas iş yeri olmaqla bərbər vəzifəsinə işə qəbul olmuşdur. İşə qəbul olduqdan sonra onunla Cavabdeh arasında N (üç) ay sınaq müddəti ilə bağlanmış əmək müqaviləsinin tələblərini müvəffəqiyyətlə yerinə yetirdiyimə görə həmin müqavilənin müddəti müddətsiz olaraq uzadılmışdır. Həmin hərbi hissədə işlədiyi müddət ərzində nizam-intizamlı olmuş, əmək müqaviləsi üzrə əmək funksiyalarını layiqincə və vicdanla yerinə yetirmiş, rəhbərliyin verdiyi tapşırıqları vaxtında və tam əməl etmişdir. İşlədiyi müddət ərzində heç bir nöqsana və qanun pozuntusuna yol verməmişdir. Onun üzərində heç bir telefon olmamışdır. Lakin, 29 mart N21-ci il tarixdə N saylı hərbi hissənin rəhbərliyi vaxtından əvvəl onu növbəti əmək məzuniyyətinə göndərmək məqsədilə məzuniyyət ərizəsi yazmağı üçün ona təzyiq və təsir göstərmişdir. Nəticədə, onunla bağlanmış əmək müqaviləsinə zidd olaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozaraq Cavabdeh rəhbərliyi qabaqcadan onu işdən zorla qovulmağını planlaşdıraraq, onu 29 mart N21-ci il tarixdən 21 aprel N21-ci il tarixə qədər 25 (iyirmi beş) gün növbəti məzuniyyətə göndərmişdir. N aprel N21-ci il tarixdə növbəti məzuniyyət müddəti bitdikdən sonra işə qayıdarkən Cavabdeh rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq iş yerinə buraxılmamış, Cavabdeh komandiri X1 qeyri-qanuni göstərişi ilə iş yerinə daxil olmağı üçün maneə yaradılmış, iş yerinin qapısı açılmamış və əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarımı icra edə bilməmişdir. Həmin gün Cavabdeh komandiri X3 ona təzyiq və təsir göstərərək işdən öz xahişi ilə azad olunmağı üçün ərizə yazmağını tələb etmişdir. Lakin, o, buna qəti surətdə etiraz etmiş və onunla bağlanmış əmək müqaviləsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini komandirə xatırlatmışdır. Cavabdeh komandiri X3 Azərbaycan Respublikasının Qanunlarına və özünün səlahiyyət hüdudlarına əhəmiyyət verməyərək qeyriqanuni olaraq və heç bir hüquqi əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermək üçün tabeliyində olan rəhbər şəxslərə qeyri-qanuni göstəriş vermişdir. Nəticədə, N aprel N21-ci il tarixdə onun işdən azad olunmağı haqqında, işdən azad olunmağı haqqında heç bir ərizə yazmadan, qeyri-qanuni olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələblərini pozmaqla əmr tərtib edilmiş və Cavabdeh komandiri X3 tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən həmin əmrlə tanış olmağını və surətini tələb etdikdə həmin əmrlə tanış edilməmiş və ona qeyri-qanuni olaraq təqdim edilməmişdir. Ona məxsus ******* nömrəli əmək kitabçasının 8-9-cu səhifələrində N aprel N21-ci il tarixli, 116 saylı qeyri-qanuni əmrə əsasən onun işdən azad olunmağı qeyri-qanuni olaraq tərəflərdən birinin təşəbbüsü kimi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə işçinin işdən azad olunmağı ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə, yəni işçinin öz xahişi ilə işdən azad olunma ərizəsinin təqdim etməsi ilə, yaxud Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə, yəni işəgötürənin qanuni əsaslarla əsaslandırılmış arqumentləri əsasında əmək müqaviləsinə xitam verilməsinə icazə verir. Bu baxımdan Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu və 70ci maddələrinin, yəni əmək müqaviləsinə xitam verilməsinin qaydalarına riayət olunmamışdır. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələbləri işəgötürən tərəfindən kobudcasına pozulmuşdur. Qeyd olunan qanunsuzluqları N aprel N21 -ci il tarixdə N saylı Hərbi Hissənin Kadrlar və şəxsi heyətin uçotu bölməsinin rəisinin köməkçisi X4 bildirdikdə, bu göstərişin həmin hərbi hissənin komandiri X3 tərəfindən verildiyini bildirmişdir. Buna görə də N saylı hərbi hissə komandiri X3 öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tabeliyində olan işçiyə qanunsuz göstəriş vermiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 309, 341 maddələrinin tələblərini kobudcasına pozaraq öz vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək onunla bağlanmış əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam vermişdir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, N21-ci ilin aprel ayında N saylı hərbi hissənin komandiri hərbi hissəni gəzərkən İddiaçı telefon ilə danışdığını aşkarlamışdır. Bu isə məxfliyin pozulması deməkdir və mobil vasitələrdən, telefondan istifadə etmək qadağandır. Telefonun tapılması faktı sənədləşdirilməmişdir, lakin hadisənin şahidləri vardır. Daha sonra iddiaçı onlara xəstə övladının olduğunu və ərizə yazaraq işdən çıxacağını bildirdi. Lakin iddiaçı ərizəsini yazmadan çıxıb getmişdir. Onlar isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə iddiaçını işdən çıxarmışlar. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan 07.07.NN-ci il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsi ilə işçi İddiaçı arasında 07.07.NN-ci il tarixində Cavabdehsinin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbər vəzifəsində çalışmaqla müddətsiz olaraq əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh komandiri tərəfindən verilmiş N aprel N21-ci il tarixli, 116 №-li əmrdən çıxarışdan görünür ki, maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbəri İddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən, N aprel N21-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçını və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, Cavabdehin rəhbərliyi tərəfindən İddiaçı işdən azad olunarkən əmək qanunverciliyinin tələblərinə düzgün əməl olunmamışdır. Belə ki, Cavabdeh rəhbərliyi İddiaçı işdən azad edilməsinə dair N aprel N21-ci il tarixli, 116 №-li əmrində, onun işdən azad edilməsinin səbəblərini əsaslandırmamış və AR Əmək Məcəlləsinn 83 və 84-cü maddələrinin tələblərini pozaraq işçini işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində, əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verə bilməsi qeyd olunmuş, lakin İddiaçı işdən azad edilməsi ilə bağlı Cavabdeh rəhbərliyinin hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83 və 84-cü maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, tədqiq olunan sübutlar bir daha təsdiq edir ki, İddiaçı işdən azad edilməmişdən əvvəl işəgötürən tərəfindən onun izahatı alınmamış, işdən azad olunma barədə əmr əsaslandırılmamış, işdən azad olma barədə əmrin verilməsinə əsas olmuş hər hansı bir rəsmi sənədə istinad edilməmişdir. Məhkəmə, bu sadalananları Cavabdeh rəhbərliyinin əməlindəki qanun pozuntusu kimi qiymətləndirir və belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədi ilə N aprel N21-ci il tarixli, 116 №-li əmri ləğv edilməklə, iddiaçı öz işinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən, əmək funksiyası əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin 7-ci bəndində qeyd edilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın,qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin (sərəncamın,qərarın) məzmununda göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbər vəzifəsindən işdən azad olunmağı və iddiaçı ilə həmin hərbi hissə arasında bağlanmış əmək müqaviləsinə qanunsuz və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xitam verilməsinə göstəriş vermiş həmin hərbi hissənin komandiri X3 barəsində xüsusi qərardad çıxarılması və həmin qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi hissəsində əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-2N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı barəsində Cavabdeh komandirinin N aprel N21-ci il tarixli, 116 №-li əmri ləğv edilsin. İddiaçı Cavabdeh maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbər vəzifəsinə bərpa edilsin. İddia tələbi iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatının bərbər vəzifəsindən işdən azad olunmağı və iddiaçı ilə həmin hərbi hissə arasında bağlanmış əmək müqaviləsinə qanunsuz və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xitam verilməsinə göstəriş vermiş həmin hərbi hissənin komandiri X3 barəsində xüsusi qərardad çıxarılması və həmin qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar