Məhkəmə qərarları › İş №2(012)-3568/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3568/2024

16.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3568/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının və vəkili-nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan qızıl zinət və şəxsi əşyalarının — komplekt (sep, qolbaq, sırğa, üzük) — 6000 manat, nişan üzüyü — 1700 manat, qolbaq (mismar formasında) — 700 manat, klon (açar formasında) — 390 manat, klonlu sep (ürək formasında klon) — 300 manat, şəxsi geyim əşyaları: ağ uzun don (nikah üçün) — 250 manat, üstü qaşlı dabanlı sabo — 40 manat, Zara markalı pencək (boz rəngli, “M” ölçüdə) — 130 manat, qara halıtka — 40 manat, qara krosovka — 90 manat, mavi dəst ev geyimi (şalvar-köynək, “M” ölçüdə) — 50 manat, krem rəngli dəst (şalvar-köynək, ailəsi almışdır) — 50 manat, krem rəngli klaç çanta — 50 manat, açıq çəhrayı koblonlu sabo (Mango markalı, 38 ölçüdə) — 100 manat, mavi klas şalvar — 90 manat, nişanda alınan çəhrayı don — 130 manat, silfon dəst (“S-M” ölçüdə) — 70 manat, qırmızı çamadan — 90 manat, silfon köynək krem — 40 manat, qolsuz köynək (etiketli, ağ rəngli, polo, “M” ölçüdə) — 40 manat, bosonojkalar — 2 ədəd — 30 manat, Mango markalı cins şalvar — 60 manat, ev geyimləri — 60 manat, açıq çəhrayı rəngli gecə geyimi — qutu (dəst) — 120 manat, açıq çəhrayı rəngli atlas gecə geyim — 90 manat, corab dəsti (12 ədəd) — 20 manat, dəst iç geyimləri və dəst şəxsi geyimlər — 70 manat, kosmetikalar (rumane, brozer, pomada, “Chanel” markalı ətir) — 300 manat, Mango markalı bej çanta — 80 manat dəyərində olan əşyaların ona qaytarılması və ya həmin əşyaların naturada qaytarılması mümkün olmadığı halda onların cəmi dəyərini təşkil edən 11390 manatın Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının vəkili-nümayəndəsi Vəkil2 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 məxsus qızıl-zinət və şəxsi əşyaları - komplekt (sep, qolbaq, sırğa, üzük) — 6000 manat, nişan üzüyü — 1700 manat, qolbaq (mismar formasında) — 700 manat, klon (açar formasında) — 390 manat, klonlu sep (ürək formasında klon) — 300 manat, şəxsi geyim əşyaları: ağ uzun don (nikah üçün) — 250 manat, üstü qaşlı dabanlı sabo — 40 manat, Zara markalı pencək (boz rəngli, “M” ölçüdə) — 130 manat, qara halıtka — 40 manat, qara krosovka — 90 manat, mavi dəst ev geyimi (şalvar-köynək, “M” ölçüdə) — 50 manat, krem rəngli dəst (şalvar-köynək, ailəsi almışdır) — 50 manat, krem rəngli klaç çanta — 50 manat, açıq çəhrayı koblonlu sabo (Mango markalı, 38 ölçüdə) — 100 manat, mavi klas şalvar — 90 manat, nişanda alınan çəhrayı don — 130 manat, silfon dəst (“S-M” ölçüdə) — 70 manat, qırmızı çamadan — 90 manat, silfon köynək krem — 40 manat, qolsuz köynək (etiketli, ağ rəngli, polo, “M” ölçüdə) — 40 manat, 2 ədəd sandal — 30 manat, Mango markalı cins şalvar — 60 manat, ev geyimləri — 60 manat, açıq çəhrayı rəngli gecə geyimi — qutu (dəst) — 120 manat, açıq çəhrayı rəngli atlas gecə geyim — 90 manat, corab dəsti (12 ədəd) — 20 manat, dəst iç geyimləri və dəst şəxsi geyimlər — 70 manat, kosmetikalar (rumane, brozer, pomada, “Chanel” markalı ətir) — 300 manat, Mango markalı bej çanta — 80 manat dəyərində olan əşyaların iddiaçı X4 qaytarılması və ya həmin əşyaların naturada qaytarılması mümkün olmadığı halda onların cəmi dəyərini təşkil edən 11390 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçı X4 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2023-cü ilin oktyabr ayında Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. Toy zamanı ona hədiyyə olaraq oğlan evi tərəfindən qızıl-zinət əşyaları və bəzi geyim əşyaları alınmışdır. Ailə quran zaman o, cehiz əşyalarını və şəxsi əşyalarını, həmçinin qızıl-zinət əşyalarını ünvan 1 ünvanında saxlamışdır. Qeyd edir ki, o, 7 ildir ki, müəllimə işləyir. Bir müddət sonra işinə yaxın olsun deyə kirayədə qalmaq məcburiyyətində qalmışlar. Bu müddət ərzində cehiz, qızıl-zinət və şəxsi əşyaları ünvan 1 ünvanında qalmışdır. Sonradan Cavabdeh1 ilə münasibətləri daha da pisləşmiş, Cavabdeh1 onu tərk etmiş, bir daha evə qayıtmamış və Cavabdeh1 bacısı ona zəng edərək qarşı tərəfin ondan boşanmaq istədiyini bildirmişdir. 09 aprel 2024-cü il tarixində yuxarıda qeyd etdiyi ünvandan ona məxsus olan əşyaları aktla təhvil aldıqda bəzi əşyalarını almış, lakin cavabdehlərin aldığı qızıl-zinət əşyaları və geyim əşyaları ona təhvil verilməmişdir. Bundan sonra həmin tarixdə də, yəni xx.xx.2024-cü il tarixində Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, müstəntiq ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. xx.xx.2024-cü il tarixində Cavabdeh1 ilə rəsmən boşanmışdır. Ona mehriyə olaraq (hədiyyə olaraq) verilən qızıl-zinət əşyaları və geyim əşyaları verilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızıllar barədə bildirir ki, qayınanası ona qızılları özü ilə aparmamasını və evdə qoymasını demiş, o da qızılları evdə qaba qoymuşdur. Qeyd edir ki, o, Cavabdeh1 aid əşyaları vermiş, lakin cavabdeh ona aid əşyaları verməmişdir. Bəzi ayaqqabılar ona 2023-cü il tarixdə alınmışdır. Onun iddia tələbində qeyd etdiyi nişan üzüyü 1700 manat dəyərindədir və bunu ona vaxtilə Cavabdeh1 özü demişdir. Onunla Cavabdeh1 evli olduqları zaman Cavabdeh1 “Özsüt” restoranında işləyirdi və aylıq olaraq 1200 manat maaş alırdı. Əlavə olaraq bildirir ki, onun qayınatası vəfat etmişdir, qayınanası isə hazırda işləmir. O, 2023-cü ilin noyabr ayında vaxtilə gəlin gəldiyi evdən çıxmış, Sahil qəsəbəsindəki evə köçərkən maşınına yerləşəcək qədər və gündəlik istifadə olunan əşyaları götürmüşdür, qayınanası isə bəzi əşyaların götürülməsini istəməmişdir. Ona məxsus qızıllar otağında, qabın içində olmuşdur. Onun otağının açarı olmamış, otağın qapısı açıq olmuşdur. Ona özünün aldığı qızıllar verilmiş, lakin ona alınmış digər qızıllar verilməmişdir. Bildirir ki, sonradan onun baldızı kosmetika və geyimlərin özündə olduğunu etiraf etmiş, həmin əşyaların ona verə biləcəyini demişdir. O, cavabdehlərdən əsas olaraq qızıllarını tələb edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək və iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının izahatına uyğun izahat verərək bildirdi ki, İddiaçı (Teymurova) ilə Cavabdeh1 2023-cü ildə evlənmişlər. Tərəflər yaşadıqları ünvan 1 ünvanında yerləşən evdən müvəqqəti olaraq çıxmış, başqa evdə kirayədə yaşamış, iddiaçıya məxsus geyimlər, qızıl-zinət əşyaları, o cümlədən sənədlər sözügedən ünvanda qalmışdır. Belə ki, iddiaçı müəllimədir və tərəflər işə gedib-gəlmək rahat olsun deyə birgə nikah dövründə Sahil qəsəbəsində kirayə ev tutmuşlar. Daha sonra İddiaçı (Teymurova) ilə Cavabdeh1 arasında münasibətlər pozulmuş, cavabdeh evdən çıxmış və geri qayıtmamışdır. Bir müddət sonra İddiaçı baldızı zəng edərək iddiaçıya bildirmişdir ki, Cavabdeh1 ondan boşanmaq istəyir. Hazırki işdə cavabdeh olan Cavabdeh3 iddiaçının baldızıdır. İddiaçı Cavabdeh1 ilə birgə yaşadığı ilkin evə getmiş, cehiz əşyalarını götürərkən qızıllarının evdə olmadığını görmüş və orada akt tərtib olunmuşdur. İddiaçı aktda qeyd yazaraq sırğa və üzüyü təhvil aldığını bildirmiş, elə həmin gün qızıllarının oğurlandığı barədə müvafiq polis orqanına şikayət etmişdir. Polis orqanında dindirilən zaman cavabdehlər etiraf etmişlər ki, qızıllar mövcud olmuş və həmin qızılları iddiaçıya təhvil vermişlər. Həmçinin bildirir ki, İddiaçı (Teymurovanı) aldatmışlar. Belə ki, onlar Sahil qəsəbəsindəki evə köçmüş, iddiaçının qızılları və digər əşyaları evdə qalmış, Cavabdeh1 isə həmin əşyaları götürərək gizlətmişdir. İddiaçı özünün aldığı qızılları cavabdehlərdən götürə bilmişdir, lakin digər qızıllar iddiaçıya qaytarılmamışdır. Onlar tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət verilmişdir, lakin onlara təhvil verilməyən qızıllar qarşı tərəfdə olduğu üçün həmin qızılların çəkisini bilmirlər. İddiaçının əvvəllər boşanmaq niyyəti olmamışdır, kirayə evə köçərkən iddiaçının qayınanası iddiaçıdan qızılların evdə saxlanmasını istəmiş, iddiaçı da evdən müvəqqəti çıxdıqları üçün qayınanasının fikrinə etiraz etməmişdir. Bundan əlavə iddiaçının otağı açıq olmuşdur. Qızıl-zinət əşyalarının cavabdehlərdə olması polis orqanı tərəfindən aparılmış araşdırma zamanı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. İddiaçıya məxsus paltarlar ilə bağlı qeyd edir ki, iddiaçının qış geyimləri özündə olduğundan onlar yay geyimlərinin iddiaçıya verilməsini istəyirlər. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil1 etiraz ərizəsində və məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmirlər. aparılmış geniş məhkəmə prosesi zamanı iddiaçının iddiasının əsassız olması tam sübuta yetirilmişdir. Ümumiyyətlə, 1200 manat dəyərində olan komplekt qızıl-zinət əşyaları və 400 manat dəyərində olan nişan üzüyü istisna olmaqla iddia tərəfi tələb olunan əşyaların mövcudluğunu sübut edə bilməmişdir. Lakin naturada mövcud olan qızıl-zinət əşyalarının da cavabdehlərdə olması isə ümumiyyətlə, məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Bu baxımdan birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əşyaları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əşyaların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı ilk növbədə, həqiqətən də birgə yaşadıqları evi mübahisəli əşyaları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Qanunun göstərişinə əsasən tələb olunan qızıl-zinət əşyaları və digər şəxsi əşyaların hal-hazırda, həqiqətən, cavabdehlərdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə araşdırması zamanıda iddiaçı özü də etiraf etmişdir ki, yaşadığı evdən məhz ailə münaqişəsi ilə bağlı getmədiyini, iş yerinə yaxın yerdə yaşamaq istəməsi səbəbindən evdən getməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsində tələb olunan əşyaların naturada mövcudluğu, qiyməti, əyarı, çəkisi ilə bağlı isə ümumiyyətlə, məhkəməyə sübut təqdim oluna bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçı qızılların əyarını, çəkisini xatırlamadığını bildirərək, bir daha iddiasının ehtimallar əsasında tərtib etdiyini dolyaı yolla etiraf etmişdir. Məhkəmə isə ehtimallara və fərziyələrə əsaslanıb qərar qəbul edə bilməz, yalnız toplanmış və təqdim olunmuş sübutlar əsasında qərar qəbul edilməlidir. Bununla da iddiaçı həmin əşyaların cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut edə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəsis rəyinə etiraz edir. Belə ki, həmin rəy ilə tanış olduqda tədqiqatın aparılması üçün müraciət edən şəxs tərəfindən verilmiş şifahi məlumatlar əsasında verilmiş rəy olduğu göstərilmişdir. Həmin rəydə qızılların çəkisi ilə bağlı heç bir qeyd yazılmamış, həmçinin qızılların əyarı isə gözəyarı şifahi verilən məlumata əsasən qeyd edilmişdir. Hansı ki iddiaçı özü qızılların əyarı, çəkisi barədə məlumatları xatırlamadığını bildirmişdir. Yəni göründüyü kimi təqdim edilmiş mütəxəsis rəyi mötəbər sübut ola bilməz. Həmçinin MPM-nin tələblərinə əsasən sübutlar məhkəmənin hazırlıq iclasında təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bütün bunlara baxmayaraq üçüncü baxış iclasında təqdim edilmiş mötəbər sübut hesab edilməyən mütəxəsis rəyi qərar qəbul edilərkən nəzərə alınmamalıdır. Həmçinin ümumiyyətlə, göstərilən qızıllardan yalnız tərəflərindən etiraf edilmiş və foto şəkillərdə öz əksini tapmış 1200 manat dəyərində komplekt qızıl və 400 manat dəyərində nişan üzüyü istisna olmaqla iddia tərəfi tələb olunan əşyaların naturada mövcudluğunu sübut edə bilməmişdir. Həmçinin naturada mövcud olan qızılların hazırda cavabdehlərdə olması da iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Naturada mövcud olan qızılzinət əşyalarını iddiaçı evi maneəsiz olaraq tərk edərkən özü ilə aparmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şəkillərin bəzilərinin sübutlar siyahısından çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən tələb edilən sep, qolbaq və üzük şəkillərdə görsənir və həmin qızıl-zinət əşyalarının naturada mövcud olmasını təsdiq edirlər, lakin həmin əşyalar hüquqlarını müdafiə etdiyi şəxslərdə deyildir. Digər qızılların isə naturada mövcud olmasının iddiaçı tərəf sübut etməlidir. Cavabdeh1 ona bildirmişdir ki, komplekt 1200 manata, nişan üzüyü isə 400 manata alınmışdır. İddiaçının vəkil-nümayəndəsi qızılların və əşyaların oğurlandığını bildirmişdir. Ancaq iddiaçı və cavabdeh sərbəst şəkildə boşanmışlar və iddiaçı evdən heç bir təzyiq və dava olmadan çıxmışdır. Həmçinin bildirir ki, Cavabdeh1 “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda bildirdiyi “xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Könül vəkili ilə bizim evə gələrək cehiz əşyalarını, şəxsi əşyalarını, qızıl əşyalarını götürərək aparmışdır” ifadəsinin mənası budur ki, evdə olan qızılların hamısı verilmişdir. İddiaçı da qızılların oğurlandığını bildirmişdir, amma akt tərtib olunan zaman iddiaçı nikahdan öncə alınmış, özünə məxsus qızılları götürdüyünü bildirmişdir. Ümumiyyətlə, heç bir əşya və digər qızıllar onlarda deyildir. Müdafiə etdiyi şəxslər də polis orqanına verdikləri izahatında bəzi qızılları, yəni iddiaçının özünün gətirdiyi qızılları iddiaçıya təhvil verdiklərini bildirmişlər. İddiaçı tərəfindən tərtib edilmiş aktda da paltarların və qızıl-zinət əşyalarının aşkar edilmədiyi göstərilmişdir. Həmçinin Cavabdeh1 ona zəng etmiş, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının əşyalarını və qızıllarını evdən gəlib götürmək istədiyini bildirmiş, o da cavabdehə onlarda qalmış iddiaçıya aid olan bütün əşyaların təhvil verilməsini söyləmişdir. Cavabdeh1 ona bildirmişdir ki, qızılları iddiaçı özü ilə aparıb. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, o, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının əmisi qızıdır və 6 ildir ki, evlidir. Onun yoldaşı imkanının olmamasına baxmayaraq, borcla ona 6000 manat dəyərində komplekt almışdı. Qadınlar qızıl-zinət əşyaları alarkən bir-birlərinə göstərir və bu barədə söhbət edirlər. Onun da iddiaçı ilə qızıl barədə belə bir söhbəti olmuş, iddiaçı ona nişan üzüyü və komplekt alındığını bildirmişdir. İddiaçı (Teymurova) tərəfindən komplektin qiymətinin 6000 manat olduğu, nişan üzüyünün qiymətinin isə 1700 manat olduğu bildirilmişdir. Qeyd edir ki, nişan üzüyünün qiyməti 400 manat deyildir. Akt tərtib olunanda o deyil, anası orada olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, o, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının əmisinin yoldaşıdır və iddiaçı tərəfindən akt tərtib olunarkən orada olmuşdur. Onlar qızılları və əşyaları götürmək üçün Cavabdeh1 evinə getmiş, lakin Cavabdeh1 və anası ilk olaraq onları qoymamış, daha sonra evə daxil olmağa icazə vermişlər. İddiaçı evə daxil olub öz şkafını açanda özünü pis hiss etmiş, geyim əşyalarının yerində olmadığını görmüşdür. İddiaçının xarici pasportu orada olsa da iddiaçıya məxsus sırğa, sep, qolbağ və üzükdən ibarət komplekt də orada olmamışdır. Həmçinin iddiaçıya alınmış nişan üzüyünü də iddiaçı tapa bilməmişdir. Digər qızıllar barədə isə onun məlumatı yoxdur. İddiaçı özü də kosmetikasının yerində olmadığını bildirmişdir. Xatırlayır ki, iddiaçını bəy evinə yola salanda o özü idman geyimi, donu və digər əşyaları yığıb iddiaçını yola salmışdır və həmin paltarlar da Cavabdeh1 evində olmamışdır. İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı o evdən ancaq 2 dənə qızıl götürmüşdür. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, o, hüquqşünasdır və iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının qohumu deyildir. Akt tərtib olunarkən akta möhürü o, vurmuşdur. Sözügedən akt 3 nüsxədə tərtib olunmuşdur. İddiaçı onunla əlaqə saxlamış və bildirmişdir ki, əşyalarını və qızıllarını boşandığı şəxsin evindən götürmək istəyir. Onlar 4 nəfərdən ibarət tərkibdə evə getmişdirlər. Onların getdikləri ev həyət evi idi. O, Cavabdeh1 ilə görüşmüş, cavabdeh ona qızılları ancaq məhkəmə qərarından sonra verə biləcəyini bildirmişdir. İddiaçının dediklərinə uyğun olaraq əşyaların siyahısı akta yazılmışdır. Akt tərtib olunduğu zaman iddiaçıya verilməyən əşyaların önünə “Təhvil verilmədi” qeydi yazmışdır. Lakin Cavabdeh1 vəkilinümayəndəsi akta “Aşkar olunmadı“ qeydini yazmasını bildirmişdir. İddiaçı ona məxsus olan, nikahdan öncə və nikah zamanı alınan qızılların burada olmadığını demişdir. O, Cavabdeh1 özü, anası və bacısı ilə danışmışdır. Cavabdehlər əvvəlcə qızılların onlarda olmadığını, qızılları iddiaçının özü ilə apardığını söyləmiş, amma paltarları verəcəklərini bildirmişlər. İddiaçıya nikahdan öncə alınmış 2 qızıl gətirmişlər. O, digər qızılların harada olması ilə bağlı soruşduqda ona cavab olaraq bildirmişlər ki, iddiaçı müəllimədir, digər qızılları da özü ilə aparmışdır. Bir də iddiaçının xarici pasportu orada idi. Cavabdeh1 şəxsən İddiaçı (Teymurovaya) aid nikahdan əvvəl alınmış 2 qızılı və xarici pasportu vermişdir. Geyim ilə bağlı mübahisə yaranmış, iddiaçının baldızı bildirmişdir ki, qırmızı rəngli donu gətirib iddiaçıya verəcəkdir. İddiaçı (Teymurovanın) kosmetik əşyaları da evdə olmayan əşyalar içində idi. Həmçinin qarşı tərəf kosmetik əşyaları da iddiaçıya gətirəcəklərini bildirmiş, lakin həmin əşyalar iddiaçıya təhvil verilməmişdir. Onlar digər əşyaları təhvil almamış və digər əşyalar onlara verilməmişdir. Aktda bəzi əşyaların qarşısında “Aşkar olunmadı” qeydi yazılmışdır və akt onun dəsti-xətti ilə tərtib olunmuşdur. İş materiallarında olan X7 tərəfindən tərtib edilmiş 09 aprel 2024-cü il tarixli aktdan görünür ki, Tağıyeva (Teymurova) Könül Tahir qızı ona məxsus qızıl-zinət, cehiz və digər fərdi əşyalarının aktda göstərilən siyahısı üzrə ona məxsus olan cehiz əşyalarını, həmçinin qızıl-zinət əşyalarından yalnız özünün subay vaxtı aldığı halqa sırğa və qaşlı üzüyü təhvil aldığını, digər qızıl əşyalarının isə aşkar olunmadığını, evli olduğu zaman aldığı şəxsi əşyaları – geyim, çanta, ayaqqabı, kosmetika və s. kimi əşyalarının isə evdə olmadığını qeyd etmiş və bu faktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən qəbul edilmiş 30 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, E.İsmayılov küçəsi ev 4/3-də yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-nin 102 XZM-nə və ərizə ilə Abşeron RPİ-nə müraciət edərək bildirmişdir ki, Abşeron rayonu, Masazir qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 96A-da ona məxsus 9000 manat dəyərində qızıl zinyət əşyalarının həyat yoldaşının bacısı Aygül və həyat yoldaşının anası Xuraman oğurlayaraq ona 9000 manat maddi ziyan vurması barədə məlumat vermiş, toplanmış materialda göstərilən faktların öz təsdiqini tapmaması nəzərə alınaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan X2 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 202 nömrəli mütəxəssis rəyindən görünür ki, 2023-cü ilin oktyabr ayına 585 əyarlı bir ədəd, üstü brilyant qaşlı qızıl nişan üzüyün dəyəri 2100-2300 manat civarı olmaqla, orta hesabla 2200 manat, 585 əyarlı qızıl dəstinin (üzük, boyunbağı, sırğa və qolbaq) dəyəri 3500-4500 manat civarı olmaqla, orta hesabla 4000 manat, 750 əyarlı bir ədəd mismar modelli qolbağın dəyəri 600-700 manat civarı olmaqla, orta hesabla 650 manat, klon ilə birlikdə bir ədəd 585 əyarlı boyunbağının dəyəri 500-600 manat civarı olmaqla, orta hesabla 550 manat, bir ədəd 585 əyarlı açar modelli klonun dəyəri 200- 300 manat civarı olmaqla, orta hesabla 250 manat olmaqla, həmin qızıl-zinət əşyalarının, ümumilikdə, dəyəri 7650 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən tələb edilmiş qızıl-ziynət əşyaları - 6000 manat dəyərində komplekt (sep, qolbaq, sırğa, üzük), 1700 manat dəyərində nişan üzüyü, 700 manat dəyərində qolbaq (mismar formasında), 390 manat dəyərində klon (açar formasında) və 300 manat dəyərində klonlu sep (ürək formasında klon) ilə bağlı cavabdehlərin vəkili-nümayəndəsi məhkəmə iclasında qeyd edilən qızıl-ziynət əşyalarından yalnız komplektin və nişan üzüyünün vaxtilə naturada mövcud olduğunu təsdiq etmiş, Cavabdeh1 ona komplektin 1200 manata, nişan üzüyünün isə 400 manata alındığını bildirdiyini, hazırda həmin qızılların cavabdehlərdə olmadığını bildirsə də cavabdehin vəkili-nümayəndəsinin izahatında qeyd etdikləri faktlar,iddiaçının və nümayəndəsinin izahatı ilə bərabər, iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər, iş materialları və şahidlərin ifadələri ilə tam təkzib edilir. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, cavabdehlərdən Cavabdeh1 əvvəlcə qızılları etiraf edərək ancaq məhkəmə qərarından sonra verə biləcəyini bildirsə də, sonradan mövqeyini dəyişərək qızılların iddiaçı tərəfindən aparıldığını bildirməklə ziddiyətli mövqe nümayiş etdirmişdir.Qeyd olunan bu xüsusat da məhkəməyə cavabdehlərin nümayəndəsinin izahatına tənqidi yanaşmağa əsas verir.Bundan başqa iddiaçıTağıyeva (Teymurova) Könül Tahir qızı tərəfindən tələb olunan qızılların sonuncu tərəfindən aparılmaması X7 tərəfindən tərəflərin iştirakı ilə tərtib edilmiş 09 aprel 2024-cü il tarixli aktla da tam təstiqini tapır.Belə ki,tərəflərin və şahidin imzası ilə təstiq edilmiş həmin aktda da iddiaçının tələb etdiyi qızılların aşkar edilmədiyi göstərilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində və məhkəmə iclasında 6000 manat dəyərində komplekt (sep, qolbaq, sırğa, üzük), 1700 manat dəyərində nişan üzüyü, 700 manat dəyərində qolbaq (mismar formasında), 390 manat dəyərində klon (açar formasında) və 300 manat dəyərində klonlu sepin (ürək formasında klonun) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsini xahiş etsə də sözügedən qızıl-ziynət əşyalarından 6000 manat dəyərində komplekt (sep, qolbaq, sırğa, üzük), 700 manat dəyərində qolbaq (mismar formasında), 390 manat dəyərində klonun (açar formasında) dəyərinin iddia tələbində göstərilmiş məbləğdə olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan X2 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 202 nömrəli mütəxəssis rəyindən göründüyü kimi 2023-cü ilin oktyabr ayına 585 əyarlı bir ədəd, üstü brilyant qaşlı qızıl nişan üzüyün dəyəri 2100-2300 manat civarı olmaqla, orta hesabla 2200 manat, 585 əyarlı qızıl dəstinin (üzük, boyunbağı, sırğa və qolbaq) dəyəri 3500-4500 manat civarı olmaqla, orta hesabla 4000 manat, 750 əyarlı bir ədəd mismar modelli qolbağın dəyəri 600-700 manat civarı olmaqla, orta hesabla 650 manat, klon ilə birlikdə bir ədəd 585 əyarlı boyunbağının dəyəri 500-600 manat civarı olmaqla, orta hesabla 550 manat, bir ədəd 585 əyarlı açar modelli klonun dəyəri 200-300 manat civarı olmaqla, orta hesabla 250 manat olmaqla, həmin qızıl-zinət əşyalarının, ümumilikdə, dəyəri 7650 manat məbləğində müəyyən edilmişdir. Ona görə də X2 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 202 nömrəli mütəxəssis rəyində komplekt (sep, qolbaq, sırğa, üzük), qolbaq (mismar formasında) və klon (açar formasında) üçün müəyyən edilmiş minimal dəyər məbləğinə istinad edərək məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi komplekt (sep, qolbaq, sırğa, üzük) 3500 manat məbləğində, qolbaq (mismar formasında) 600 manat məbləğində və klon (açar formasında) 200 manat məbləğində qiymətləndirilməlidir. Sözügedən rəy əsasında 1700 manat dəyərində nişan üzüyü 2100-2300 manat civarı, 300 manat dəyərində klonlu sep (ürək formasında klon) isə 500- 600 manat civarı qiymətləndirilməsinə baxmayaraq iddiaçı tərəfindən qeyd edilən qızıl-ziynət əşyalarının dəyərinə görə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmədiyindən, məhkəmə hesab edir ki, nişan üzüyü və klonlu sep (ürək formasında klon) iddia tələbində göstərilmiş məbləğdə qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi komplekt (sep, qolbaq, sırğa, üzük) 3500 manat dəyərində, nişan üzüyü 1700 manat dəyərində, qolbaq (mismar formasında) 600 manat dəyərində, klon (açar formasında) 200 manat dəyərində və klonlu sep (ürək formasında klon) 300 manat dəyərində olmaqla, ümumilikdə 6300 manat məbləğində qiymətləndirilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). İddia tələbinin şəxsi geyim əşyaları: ağ uzun don (nikah üçün) — 250 manat, üstü qaşlı dabanlı sabo — 40 manat, Zara markalı pencək (boz rəngli, “M” ölçüdə) — 130 manat, qara halıtka — 40 manat, qara krosovka — 90 manat, mavi dəst ev geyimi (şalvar-köynək, “M” ölçüdə) — 50 manat, krem rəngli dəst (şalvar-köynək, ailəsi almışdır) — 50 manat, krem rəngli klaç çanta — 50 manat, açıq çəhrayı koblonlu sabo (Mango markalı, 38 ölçüdə) — 100 manat, mavi klas şalvar — 90 manat, nişanda alınan çəhrayı don — 130 manat, silfon dəst (“S-M” ölçüdə) — 70 manat, qırmızı çamadan — 90 manat, silfon köynək krem — 40 manat, qolsuz köynək (etiketli, ağ rəngli, polo, “M” ölçüdə) — 40 manat, bosonojkalar — 2 ədəd — 30 manat, Mango markalı cins şalvar — 60 manat, ev geyimləri — 60 manat, açıq çəhrayı rəngli gecə geyimi — qutu (dəst) — 120 manat, açıq çəhrayı rəngli atlas gecə geyim — 90 manat, corab dəsti (12 ədəd) — 20 manat, dəst iç geyimləri və dəst şəxsi geyimlər — 70 manat, kosmetikalar (rumane, brozer, pomada, “Chanel” markalı ətir) — 300 manat, Mango markalı bej çanta — 80 manat dəyərində olan əşyalar ilə bağlı hissəsi barədə məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus geyimlərin cavabdehlərdə olduğunu bildirməsinə baxmayaraq, iddia tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin Cavabdeh3 aid hissəsində qeyd edir ki, bununla bağlı məhkəmə iclasında iddianın təmin edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də iddia rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 komplekt (sep, qolbaq, sırğa, üzük) — 3500 manat, nişan üzüyü — 1700 manat, qolbaq (mismar formasında) — 600 manat, klon (açar formasında) — 200 manat, klonlu sep (ürək formasında klon) — 300 manat və ya onların dəyəri olan 6300 manat məbləğində pul vəsaiti alınıb iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızına verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar