Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3569/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Xaçmaz rayonu Otra-Oba kəndində anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, o, Abşeron rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş, məhkəmə zamanı müəyyən edilmişdir ki, artıq X1 ölüm faktı digər ailə üzvlərinin ərizəsi əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən icra edilərək ölüm haqqında şəhadətnamə verilmişdir. Bu fakt ondan gizlədildiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də işin məhkəmədə baxılmasına əsas olmadığından iddia ərizəsindən imtina edərək iş üzrə icraata xitam verilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-793/13 saylı məktuba əsasən, maraqlı şəxs iş həcminin çoxluğu nəzərə alınmaqla məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizəçinin tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, qanunamüvafiq hesab edildiyindən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.1-ci maddəsinə əsasən, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər. 52.5-ci maddəsinə əsasən, belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 262.2. maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, ərizənin verilməsinə görə ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:17-də Kapital Bank ASC-nin “Absheron” filialında (Əməliyyat İD: 52233586, qəbz nömrəsi: 22079, Terminal nömrəsi: K0123005, Ödəniş növü: Nağd, Fin kod: xxxxxxx, məhkəmə növü: Abşeron rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: 9********) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi barədə mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:17-də Kapital Bank ASC-nin “Absheron” filialında (Əməliyyat İD: 52233586, qəbz nömrəsi: 22079, Terminal nömrəsi: K0123005, Ödəniş növü: Nağd, Fin kod: xxxxxxx, məhkəmə növü: Abşeron rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: 9********) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3569/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3569/2022
13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver