Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3598/2023 01.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobilin qaytarılması, yaxud dəyərinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Mercedes 190 markalı, **- GU-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona geri qaytarılması və yaxud 5500 manat avtomobilin dəyəri miqdarında pulun və ödədiyi 30 manat dövlət rüsumunun və ona hesablanmış 45 manat faiz məbləğinin, ümumilikdə 5575 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2013-2014-cü ildə Mercedes 190 markalı, **- GU-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh atası Vaqifə satmış, Vaqif isə maşına görə ona 2500 manat pul vermişdir. Qalan pulu isə ödəyəcəyini bildirmişdir. Bundan sonra o, mülkiyyətində olan 1988-ci il buraxılışlı, Mercedes 190 minik markalı, **-GU-*** qeydiyyat nişanlı (mühərikin № **********9834, BAN № WDB2010291A415594 (qeydiyyat şəhadətnaməsi seriya və №-AB 839348, verilmə tarixi-xx.xx.2013-cü il, verən orqanın adı-Az Res DİN BDYPİ QİŞ) avtomobili etibarnamə əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 18-də qeydiyyatda olan Cavabdeh xx.xx.2014-cü il tarixdə 44 saylı dövlət notariat kontorunda ƏN-İV 660986 nömrəli etibarnamə vermişdir. Etibarnamə verdikdən sonra, Cavabdeh ona Mercedes 190 minik markalı, **- GU-*** qeydiyyat nişanlı avtomobilin oğurlandığını bildirmişdir. Mülkiyyətində olan Mercedes 190 minik markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobilin saxlanılması ilə bağlı 2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə məlumat vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi xx.xx.2017-ci il tarixli № 016-912391-3717 məktubla cavab olaraq bildirmişdir ki, məktubu qanunayyğun tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Mercedes 190 markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobilin ona geri qaytarılması və yaxud avtomobilin dəyəri miqdarında pulun ona 3 gün müddətinə ödənilməsi barədə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh müraciəti xx.xx.2023-cü il tarixdə qəbul etsə də, nə avtomobili nə də ki, avtomobilin dəyəri miqdarında pulu qaytarmamışdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan İddiaçı şəxsi kartoçkasından görünür ki, Mercedes 190 markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhəri 44 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 7E-16185 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan 1988-ci il buraxılışlı, Mercedes 190 minik markalı, **-GU-*** qeydiyyat nişanlı (mühərikin № **********9834, BAN № WDB2010291A415594 (qeydiyyat şəhadətnaməsi seriya və №-AB 839348, verilmə tarixixx.xx.2013-cü il, verən orqanın adı-Az Res DİN BDYPİ QİŞ) avtomobili etibarnamə əsasında xx.xx.2015-ci il tarixədək Cavabdeh vermişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı şəxsi kartoçkasından göründüyü kimi Mercedes 190 markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Bakı Şəhəri 44 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 7E-16185 reyestr nömrəli etibarnaməyə əsasən, İddiaçı mülkiyyətində olan 1988-ci il buraxılışlı, Mercedes 190 minik markalı, **-GU-*** qeydiyyat nişanlı (mühərikin № **********9834, BAN № WDB2010291A415594 (qeydiyyat şəhadətnaməsi seriya və №-AB 839348, verilmə tarixi-xx.xx.2013-cü il, verən orqanın adı-Az Res DİN BDYPİ QİŞ) avtomobili etibarnamə əsasında xx.xx.2015-ci il tarixədək Cavabdeh vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə Mercedes 190 markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçıya verilməsi nəticəsinə gəldiyindən, iddia tələbinin 5500 manat avtomobilin dəyəri miqdarında pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki,bu hissədə hal-hazırda iddia tələbinin hüquqi əsasları müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 45 manat faiz məbləğinin tutulması hissəsi ilə bağlı qeyd edir ki,bu hissə ilə bağlı da sübutlar müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ödənilmiş 75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Mercedes 190 markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılsın. Cavabdeh 75 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3598/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-3598/2023
01.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver