Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3600/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2nun ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, xx xxxxxx 1970-ci il təvəllüdlü X2 xx.xx.2020ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən fərdi evdə olarkən qəflətən səhhəti pisləşərək vəfat etmişdir. O, bu barədə X14 bölməsinə məlumat verilmişdir. Eyni zamanda Xəzər Rayon Polis İdarəsinə də məlumat verilmişdir. Faktla bağlı Bakı şəhəri Xəzər rayon Prokurorluğunda araşdırma aparılmış və X6 ölüm kağızının verilməsindən ötrü aidiyyatı yerə təqdim edilməsi üçün çağırış listinin verilməsinə göstəriş verilməsi barədə xx.xx.2020-ci il tarixli 02/20 saylı məktub 10 saylı X14 bölməsinin rəisi Təranə Şahməmmədovaya ünvanlanmışdır. Həmçinin Bakı şəhər X12 rayonu 29 nömrəli Birləşmiş şəhər xəstənasına müraciət edilmişdir. Lakin qardaşı Gürcüstan Respublikasının vətəndaşı olduğundan həmin tibb müəssisəsində qeydiyyatı olmamışdır. Bu səbəbdən də AZS 106 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməmişdir. Bundan sonra o, Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciətinə 05/15-552 saylı xx.xx.2020-ci il tarixli imtina məktubu verilmişdir. İmtinanın əsası kimi həkim arayışının olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğu göstərilmişdir. Vəfat etmiş X2nu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki qəbristanlıqda dəfn etmişlər. Hal-hazırda onun qəbri həmin qəbristanlıqda yerləşir. Qardaşı X1 Esmira Sabir qızı ilə ailəli (kəbinlə) idi. Birgə nikahdan iki övladladları var. Qardaşının xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı övladları vardır. Qardaşının ölüm faktını şahidlər müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hal-hazırda övladlarının ailə başçısını itirməyə görə müavinat alınması üçün X2nun ölüm faktının müəyyən edilməsi lazımdır. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Xəzər rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan VRA-nin Bolnisi Xidməti tərəfindən verilmiş NK 539630 saylı doğum haqqında şəhadətnamənin notariusda təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.1970-ci il tarixdə Gürcüstan, Bolnisi rayonu, Musopriyani kəndində doğulmuşdur. X17, anası isə Əliyeva Tərlandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Ş.Baş X12 Rayonu 29 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il, 477 №-li məktubdan görünür ki, Binə qəsəbəsi, Hərbi şəhərcik, ev 12 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü X10 xx.xx.2020-ci tarixdə saat 05:00-da təcili yardım tərəfindən ölüm hadisəsi qeydə alınmışdır. 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyata olmadığına və əcnəbi vətəndaş olduğuna görə AZS 106 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 05/15-552 №-li məktubdn görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.1970-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən fərdi evdə ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən fərdi evdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3600/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3600/2020
06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver