Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3602/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mərhum qardaşı 16 iyun 1975-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixində Abşeron rayonu ərazisində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum 16 iyun 1975-ci il təvəllüdlü X7 onun qardaşıdır. Mərhum qardaşı xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Mərhum qardaşı sözügedən fərdi yaşayış evində o, onun ailə üzvləri ilə birlikdə yaşayırdı və o, “SPİT” xəstəliyindən əziyyət çəkirdi. xx.xx.2024-cü il tarixində o, işdən evə gələrkən qardaşının vəziyyətinin pis olduğunu görmüş və dərhal təcili tibbi yardımla əlaqə saxlayaraq kömək istəmişdir. Abşeron Rayon Mərkəzi X15 Şəxsi Təcili və X12 Stansiyası tərəfindən tərtib edilmiş xəbərdarlıq vərəqəsindən göründüyü kimi qardaşı həkim gələnə qədər qəfildən Abşeron rayonunda yaşadığı ünvanda vəfat etmişdir. Qardaşı X1 qəbiristanlığında dəfn edilmişdir. O, mərhum X2nun vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X28nə müraciət etmişdir. Oradan isə müraciətinə cavab olaraq bildirilmişdir ki, X5 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Bundan sonra qardaşının ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün imtina verilmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsi ona dəfnə görə verilən müavinətin alınmasına və zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. O, cəhd etməsinə baxmayaraq qardaşının ölümü haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun şəkildə izaht verərək, onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Vİİİ- ЖГ 283658 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1975-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. X4, anası X9r. - Vİİİ- ЖГ 324618 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1979-cu il tarixdə, Bakı şəhərində doğulmuşdur. X4, anası X9r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1138/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X19 X29 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. M.Musayevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X12 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 23:55 radələrində ünvan 2 ünvanında yaşayan X5 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. - QMİ-nin Sabunçu və Pirallahı üzrə qazisi X17 tərəfindən verilən arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Nardaran qəbiristanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN yanında DTSERX-nin xx.xx.2016-cı il tarxili çıxarışından görünür ki, X7 müddətsiz olaraq ikinci dərəcəli əlillik qrupu müəyyən edilmiş, HİV infeksiyası İİİ klinik mərhələ diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X3 da onun qonşusu olub. Müqabil Musayev xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında axşam saatlarında ölmüşdür. O, da qonşu kimi dəfn və hüzür mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X3 da onun qonşusu olub. Müqabil Musayev xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında axşam saatlarında ölmüşdür. O, da qonşu kimi dəfn və hüzür mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin qardaşı olmuş və xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etmişdir. X5 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlərin də ifadəsində X5 xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında vəfat etməsi təsdiq edilmişdir. Hazırda ölüm səbəbi məlum olmadığına görə, ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin əri X7 xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə dəfnə görə verilən müavinətin alınmasına və zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçinin dəfnə görə verilən müavinətin alınması və zəruri sənədlərin əldə edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X5 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3602/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3602/2024
30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver