Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3626/2021 02.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 02 iyul 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23.03.1959-cu il təvəllüdlü X3 06 aprel 2021ci il tarixdə Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında bildirdi ki, iş materiallarında olan AA2720405 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, 23.03.1959-cü il tarixdə İsmayıllı şəhərində doğulmuş vətəndaş X1, Xıdalan, H.Əliyev pros., dalan 2 ünvanında qeydiyyatda olmuşdur. Ərizəyə əlavə olunmuş 346934 №-li doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, Ərizəçi atasıdır. Ərizəçinin atası ölənə qədər müəllim işləmişdir, məlum pandemiya ilə bağlı dərsləri internet üzərindən keçirdi. Mərhum son vaxtlar ürək ağrılarından şikayətlənməsinə baxmayaraq bununla bağlı həkimə müraciət etməmiş, 06 aprel 2021-ci il tarixdə isə qəflətən dünyasını dəyişmişdir. Təcili Yardım çağırılmışdır və bununla bağlı müvafiq arayış verilmişdir. Müvafiq ərazi tibb bölməsində qeydiyyatı olmadığı üçün ərizəçinin atasına ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Hazırda vərəsəlik və digər işlərin görülməsi məqsədilə mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Maraqlı şəxs tərəfindən 15.04.2021-ci il tarixli, 05/Q-497/15 №-li cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31.10.2003-cü il tarixli Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, mövcud münasibətlərin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Odur ki, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, X2 onun həyat yoldaşı olmuşdur. Onlar Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Bəşir Səfərov küçəsində yerləşən evdə yaşamışlar. X4 06.04.2021-ci ildə rəhmətə getmiş və İsmayıllı rayonu, Ruşan kəndində dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş Heydərov Sadiq Nadir oğlu ifadəsində bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Bəşir Səfərov küçəsində 2020-ci ilin sentyabr ayından yaşayır. X2 onun qonşusu olmuşdur. 06.04.2021-ci il tarixdə X4 yaşadığı evdə vəfat etmişdir. İş materiallarında olan AA2720405 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X4 23.03.1959cu ildə anadan olmuşdur. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli, 513 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 15.04.2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Ruşan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli arayışdan görünür ki, X2 həqiqətən 07.04.2021-ci il tarixdə İsmayıllı rayon Ruşan İƏD-si üzrə Ruşan kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 23.03.1959-cu il təvəllüdlü X3 06 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktı ərizəçinin vəkili-nümayəndəsinin izahatı, şahidlərin ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23.03.1959-cu il təvəllüdlü X3 06 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3626/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3626/2021
02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver