Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-364/2022 31.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X4, Cavabdeh və onun vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və torpaqdan istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MX seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Novxanı kəndində olan 0,301242 ha torpaq sahəsində Cavabdeh məxsus qanunsuz olaraq tikilimiş istixana və digər tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və onun öz torpağından istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclsında izahatında bildirdi ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MX seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Novxanı kəndində olan 0,301242 ha torpaq sahəsi ona məxsusdur. Cavabdeh ona məxus torpaq sahəsinin bir hissəsini zəbt edərək orada istixana quraşdırmışdır. Müəyyən etmişdir ki, həmin tikilili Cavabdeh Mirəhməd cavabdeh oğluna məxsusdur. Cavabdehin torpağının 30 sotu ondadır. Cavabdehin sənədi olmadığına görə öz torpağını tələb edir. Dəfələrlə cavabdehdən mülkiyyət hüququ ilə ona məxsus torpağın boşatmasını və orda olan qanunsuz tikililərin öz hesabına sökülərək çıxarılmalarını tələb etsə də, cavabdeh məhəl qoymamış, onun tələbini yerinə yetirməmişdir. Ona məxsus torpağın cavabdeh Torpaq Qanunvericliyinin və Mülki Qanunvericliyin bütün tələb və şərtlərini ona münasibətdə pozmuşdur. Belə ki, həmin torpaq sahəsinin bir hisəsi cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz tiklilərlə istismar edilmişdir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə predmeti olan ərazi cavabdehin faktiki istifadəsindədir. 2006-cı ildən etibarən 30 sot torpaq sahəsinin 15 sota qədər hissəsi zəbt edilmişdir. Torpaq sahəsini atası İddiaçı almışdır. Torpağı şiifahi olaraq cavabdehlə bölmüş və sənədləşdirmə edilərək torpağı satmaq istədiklərini cavabdehə bildirmişlər. Cavabdehin çıxarışla yalnız 7 sot torpaq sahəsi vardır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsində sürüşmə vardır. O, torpaq sahəsini 18 il əvvəl başqa adamdan almışdır. O, torpaq sahəsinə işıq və su çəkdirərək, 30000-40000 manat məbləğində xərc çəkmişdir. İddiaçı ona məxsus torpaq sahəsini yararsız vəziyyətə gətirmişdir. Əvvəllər ərazini iddiaçının atası ilə bölmüşlər. Həmin ərazidə onun 21 sot torpağı vardır. Sənədləri isə Cəlil adlı şəxsdədir. O, iddiaçının 12 sot torpağının, iddiaçı da onun 12 sot torpaını zəbt etmişdir. Odur ki, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X3 məhkəmədə cavabdehin izahatıyla eyni məzmunlu izahat verdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,301242 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəsi ilə, xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,301242 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmış, lakin hal-hazırda iddiaçının mülkiyyət hüququ pozulmuş və o əmlakından sərbəst istifadə edə bilmir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olnnmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4550 saylı, 02 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən, Dövlət Aktına əsasən verilmiş İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,301242 ha torpaq sahəsi (xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli, **********24 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi "Novxanı" üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır. Bundan başqa iddiaçı tərəfindən “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 166 saylı ekspert-mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş və həmin rəyin tədqiqatın nəticə hissəsində göstərilmişdir ki, naturada təqdim olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kamera şəraitində ərazinin pay torpaqlarının bölgü layihəsinə və İddiaçı çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, İddiaçı mübahisələndirilən ərazidə mülkiyyətində olan torpaq sahəsinin 1240 kv.metr hissəsi Cavabdeh tərəfindən daş hasara alınaraq oradan istifadə edilir. İddiaçı xx.xx.2006-cı il tarixli, Seriya MH ******* nömrəli çıxarışla Abşeron rayonu, Novxanı kəndində mülkiyyətində olan 0,301242 ha torpaq sahəsinin 1240 kv.metr hissəsi Cavabdeh tərəfindən daş hasara alınaraq oradan istifadə edilir. Beləliklə, mütəxəssis rəyindən göründüyü kimi naturada təqdim olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kamera şəraitində ərazinin pay torpaqlarının bölgü layihəsinə və İddiaçı çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, İddiaçı mübahisələndirilən ərazidə mülkiyyətində olan torpaq sahəsinin 1240 kv.metr hissəsi Cavabdeh tərəfindən daş hasara alınaraq oradan istifadə edilir. İddiaçı xx.xx.2006-cı il tarixli, Seriya MH ******* nömrəli çıxarışla Abşeron rayonu, Novxanı kəndində mülkiyyətində olan 0,301242 ha torpaq sahəsinin 1240 kv.metr hissəsi Cavabdeh tərəfindən daş hasara alınaraq oradan istifadə edilir. Digər tərəfdən məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edimişdir ki, Cavabdeh faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənədi yoxdur, torpaq sahəsi özbaşına zəbt edilmiş və cavabdeh tərəfindən qeyd olunan tikililər özbaşına olaraq həyata keçirilir. Qeyd olunanlara əsasən və “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 21 iyun 2022ci il tarixli, 166 saylı ekspert-mütəxəssis rəyini təkzib edəcək hallar müəyyən edilmədiyindən məhkəmə hesab edi ki, hal-hazırda Cavabdeh özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur. Məhkəmə yuxarıda qeyd olunanları və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,301242 ha torpaq sahəsinin 1240 kv.metr hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş istixana və digər tikililər Cavabdeh hesabına sökülməli, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli və İddiaçı öz torpağından istifadə hüququ bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/4550 saylı, 02 avqust 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,301242 ha torpaq sahəsinin 1240 kv.metr hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş istixana və digər tikililər Cavabdeh hesabına sökülsün, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin və İddiaçı öz torpağından istifadə hüququ bərpa edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/4550 saylı, 02 avqust 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-364/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-364/2022
31.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver