Məhkəmə qərarları › İş №2(012)-3647/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3647/2022

20.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3647/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzər cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və nəqliyyat vasitəsinin təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə 20 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair ilk tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilində Cavabdeh məxsus şəxsi əşyaları çıxarılmaqla, avtomobilin Cavabdeh ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində “turbo.az” internet saytında "Volksvagen Passat" markalı avtomobilin satış ilə bağlı elanla əlaqədar X7 tanış olmuşdur. Tanışlıq zamanı X7 özünü DYP-nin moto alayında 067 nömrəli motosiklet idarə etdiyini, polis orqanlarında çalışdığını bildirmiş və özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Onu aldadaraq etibarını qazanmışdır. Daha sonra ona qarşı münasibətinin ciddi olduğunu bildirərək ailə həyatı qurmaq istəyini bildirmişdir. Buna görə də xx.xx.2021-ci il tarixində özünə məxsus **-LY-*** dövlət qeydiyyat "Chevrolet Cruze" markalı avtomobilinə dair X5 etibarnamə vermişdir ki, həmin avtomobili satıb ona yeni avtomobil alsın. X7 həmin avtomobili satmış və həmin pulla o, özünə **-NO-*** dövlət qeydiyyat nişanlı "BMW markalı avtomobil almışdır. Daha sonra X7 həmin avtomobilə etibarnamə verməsini ondan xahiş etmiş və həmin vaxt münasibətləri yaxşı olduğu üçün ona etibarnamə vermişdir. Daha sonra X7 ilə münasibətləri pisləşmişdir. Ona qarşı dələduzluq əməlləri törətməsini aydınlaşdırarkən məlum olmuşdur ki, ona məxsus **-NO- *** dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilimi etibarnamə əsasında Cavabdeh vermişdir. Qeyd olunan etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etmişdir. Daha sonra onun müraciəti əsasında X14 əməkdaşları tərəfindən avtomobil müvəqqəti saxlama məntəqəsinə yerləşdirilmişdir. Hazırda da avtomobil həmin məntəqədədir. Avtomobildə Cavabdeh bəzi xırda əşyaları qalmışdır. Ona müraciət etsə də, əşyaları avtomobildən çıxarmaqdan imtian etmişdir. Qocayev X8 Könül Baba qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və nəqliyyat vasitəsinin təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, "BMW 530" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə mülkiyyət hüququnun tanınması və ödənilmiş dövlət rüsumunun onun xeyrinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin fevral ayında “Turbo.az" saytında yerləşdirilmiş elandan "BMW 530" markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobili seçib, elanda yerləşdirilmiş nörmə ilə əlaqə saxlamışdır. Özünü avtomobilin sahibi kimi təqdim edən X7 adlı şəxslə görüşüb, 15750 manata razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində 15750 manatı Fuad Abdullazadəyə təqdim etmiş, o isə ona bir il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı zəng vuraraq, etibarnamənin vaxtının bitməsinə az qalmasını bildirmiş və onunla etibarnamənin vaxtının uzadılmasına dair razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə avtomobili yaxın qohumunun adına rəsmiləşdirmək istədikdə etibarnamənin xx.xx.2022-ci il tarixdə ləğv edildiyini bilmişdir. Sonra avtomobilin axtarışa verildiyini və gecə ilə yaşadığı mənzilin qarajından ona məxsus əşyalarla birlikdə götürüldüyünü öyrənmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həm İddiaçı, həm də Fuad Abdullazadə avtomobilin ona satıldığını, pulunun verildiyini etiraf etmişlər. Hər kəsə məlumdur ki, bugün daşınar əşyaların alqı-satqısı zamanı bəzi xərclərin azadılması məqsədi ilə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmır, tərəflər biri digərinə etibarnamə verilməsi yolu ilə razılığa gəlirlər. İddiaçı Fuad Abdullazadəyə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə verməklə və 1 ilə yaxın müddət ərzində nəqliyyat vasitəsinin itməsi, oğurlanması barədə heç bir orqana şikayət etməməsi ilə nəqliyyat vasitəsinin satıldığı bilirdi və əvvəlcədən onların niyyəti nəqliyyat vasitəsini satmaq olmuşdur. Xətai RPİ-nin "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" X2 öz izahatında bildirir ki, “Bundan istifadə edən Fuad, həmən bu maşını daha baha satıb xx.xx.2021 tarixində **- NO-*** dövlət qeydiyyat nişanlı daha ucuz BMW5 model avtomobilini almışdır. Bir ay sonra onun təkidləri və söhbətlərindən sonra maşını onun adına keçirmişdir. Bir ay keçməmiş Fuad guya maşında problem olduğunu və maşını təcili satmalı olduğunu bildirmişdir.'' Abşeron rayon Polis İdarəsinin 04 mart 2022-ci il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" Qərarında İddiaçı nəqliyyat vasitəsinin satıldığını və Fuaddan pul tələb etdiyini etiraf etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, İddiaçı nəqliyyat vasitəsinin satılması məqsədi ilə nəqliyyat vasitələri haqqında sərəncam verilməsinə dair etibarnamə verib və niyyətləri nəqliyyat vasitəsini satmaq olmuşdur. Göründüyü kimi, əslində alqı-satqı müqaviləsi etibarnamə əsasında pərdələnmişdir. Onların danışıqları nəqliyyat vasitəsinin satılması, onun tərəfindən alınması və mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Niyyətdə bundan ibarət olmuşdur. Məhkəmə iclasında İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzər cavabdeh İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 ilk iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin əsaslı olmasını nəzərə alıb təmin edilməsini, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun "BMW 3181" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətində olması barədə arayış verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə ünvanladığı elektron müraciətə baxılmışdır. Bildirilmişdir ki, DİN Baş X14 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "BMW 318İ" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Mülki işin materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və X4 müraciətlərində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı qızma və X5 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı "BMW 3181" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh sürücülük hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək xx.xx.2022-ci il tarixədək etibar etmişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı "BMW 3181" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək xx.xx.2022-ci il tarixədək etibar etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ona məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilini xx.xx.2020-ci il tarixli etibarnamə ilə nəqliyyat vasitəsini Cavabdeh sürücülük hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək xx.xx.2022-ci il tarixədək etibar etmişdir. İddiaçı etibarnaməni müddətinin bitməsinə üç gün qalmış xx.xx.2022-ci il tarixdə ləğv etmişdir. Daha sonra onun müraciəti əsasında X14 əməkdaşları tərəfindən avtomobil müvəqqəti saxlama məntəqəsinə yerləşdirilmişdir. Ona məxsus avtomobildə Cavabdeh məxsus əşyaları qalmışdır. Hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilində Cavabdeh məxsus şəxsi əşyaları çıxarılmaqla, avtomobilin Cavabdeh ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə müəyyən edilir ki, mübahisəli avtomobilin sahibi kimi təqdim edən X7 adlı şəxsə 15750 manat ödəməklə Fuad Abdullazadədən ona bir il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə əldə etmiş xx.xx.2022-ci il tarixdə avtomobili yaxın qohumunun adına rəsmiləşdirmək istədikdə etibarnamənin xx.xx.2022-ci il tarixdə ləğv edildiyini bilmişdir. Hazırda İddiaçı qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və nəqliyyat vasitəsinin təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, "BMW 530" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə mülkiyyət hüququmun tanınması və ödənilmiş dövlət rüsumunun onun xeyrinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Eyni Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Beləliklə, işin arardırılan hallarından müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan "BMW 530" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Fuad Abdullazadə adlı şəxsə ümumi etibarnamə vermiş, Fuad Abdullazadə isə həmin etibarnamə əsasında qeyd edilən avtomaşını cavabdeh-qarşılıqlı iddiaçının sahibliyinə vermişdir. Cavabdehqarşılıqlı iddiaçının izahatına görə həmin avtomaşına görə Fuad Abdullazadə 15750 manat pul vermişdir. Lakin iş materiallarından göründüyü kimi Fuad Abdullazadə əldə etdiyi pul məbləğini İddiaçı vermədiyindən, o, 02 fevral 2022-ci il tarixdə onun adından verilmiş etibarnaməni ləğv elətdirmiş və Cavabdeh həmin avtomobili götüzdürərək, Baş DYPİ-nin duracağına yerləşdirmişdir. Cavabdeh-qarşılıql iddiaçının izahatına görə həmin avtomaşında onun şəxsi əşyaları vardır. Qeyd edilənlərdən göründüyü kimi avtomaşın hazırda cavabdeh-qarşılıqlı iddiaçıda olmadığından iddia tələbi qismən təmin edilməli, "BMW 530" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşında cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh məxsus olan əşyalar çıxarılmalıdır. Avtomobilin geri qaytarılması tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, avtomaşın hazırda Cavabdeh olmadığından, cavabdehlik daşımadığından bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda qüvvədə olan qanunvericilikdə daşınar əşyaların alqı-satqısını rəsmiləşdirən səlahiyyətli orqan vardır. Cavabdeh-qarşılıqlı iddiaçı belə bir imkanı olduğu halda bundan vaxtında istifadə etməmişdir. Ona verilən etibarnamə isə ilkin iddiaçı tərəfindən ləğv edilmişdir. Qanunvericilikdə qarşılıqlı iddianın hüquqi əsasları mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh-qarşılıqlı iddiaçının X3 verdiyi pulu geri tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilində Cavabdeh məxsus şəxsi əşyaları çıxarılmalı və 50 manat dövlət rüsumuna görə pul Cavabdeh alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumu isə Cavabdeh özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilində Cavabdeh məxsus şəxsi əşyaları çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 100 manat özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar