Məhkəmə qərarları › İş №2(012)-3680/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3680/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3680/2023 25.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, X3nun xx.xx.2022-ci il tarixdə və mərhum X1nın xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ölüm hadisəsinin araşdırılması nəticəsində cinayət hadisəsinin olmadığı müəyyən edilərək, cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov Rayon Prokurorluğu tərəfindən qərar qəbul edilmişdir. Həmin qərara əsasən, araşdırma zamanı X2 xx.xx.2022ci il tarixdə əziyyət çəkdiyi şəkərli diabet xəstəliyinin kəskinləşməsi səbəbindən halı pisləşmiş və bununla əlaqədar X13 vəfat etmişdir. Atasının ölümü ilə bağlı 7 saylı Bakı “Asan Xidmət” X8 müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə imtina verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıt X23 X20 X11 tərəfindən verilmiş sənədə əsasən, xx.xx.2022-ci il tarixdə saat 01:35-də ünvan 1 ünvanında yaşayan 1969-cu il təvəllüdlü X6 adına 138 saylı çağırış daxil olmuş, briqada ünvana çatdıqda 1969-cu il təvəllüdlü X4 meyiti aşkar edilmişdir. Mərhum uzun müddət “şəkərli diabet hipertoniya” xəstəliyindən əziyyət çəkmişdir. Anasının ölümünün qeydə alınması ilə əlaqədar 7 saylı Bakı “Asan Xidmət” X8 müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə imtina verilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nun və X1nın vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nun və X1nın xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs 7 saylı Bakı Maraqlı şəxs Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X2 onun atası, X6 isə anasıdır. X3 07 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixə keçən gecə yanacaqdoldurma məntəqəsində idarə etdiyi avtomobilini saxlayaraq əl-üzünü yumuş, qayıdarkən halı pisləşdiyindən orada yıxılmışdır. Atasını ayağa qaldırmağa çalışsalar da, mümkün olmamış və yanacaqdoldurma məntəqəsində olanlar X26 briqadası çağırmışlar. Ona əvvəlcə bibisi zəng vurmuş, lakin bibisi atasının öldüyü barədə deyə bilmədiyindən, ona bibisinin kürəkəni zəng vuraraq atasının yıxıldığını və xəstəxanaya apardıqlarını demişdir. Bundan sonra o, anasına zəng vurmuş, lakin anasının telefonuna düşə bilməmişdir. Sonra qardaşına zəng etmiş, qardaşı isə dəqiq bilmədiyini bildirmiş və xəstəxanaya getdiyini bildirmişdir. Qardaşı xəstəxanaya çatanda artıq atasının öldüyünü görmüşdür. Bundan sonra o yolda olarkən anasının da öldüyünü öyrənmişdir. Xalası anasının öldüyünü görüb infarkt keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi əmisi qızıdır. Ona həmin gün gecə saatlarında zəng gəlmiş və o həmin vaxt işdə olmuşdur. Onlar əmisinin halının pis olduğunu öyrənmişlər. Anası ona xəstəxanaya getdiklərini bildirmişdir. Bir müddət sonra onlar əmisinin arvadına zəng etmiş, əmisi arvadının da öldüyünü öyrənmişlər. Onlar gecə ilə əmisinin evinə getmiş və əmisi arvadının öldüyünü görmüşlər. Həmin vaxt əmisi uşaqları evə qayıtmamışdılar. O, orada olan zaman əmisinin qızı evə gəlmiş, sonra isə əmisinin meyitini evə gətirmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıt X23 X20 X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2513 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:35-də ünvan 2 ünvanında yaşayan 1969-cu il təvəllüdlü X6 adına 138 saylı çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda X4 meyitini aşkar etmişdir. Yaxınlarının deməsinə görə mərhum uzun müddət “Şəkərli diabet. Hipertoniya” xəstəliyindən əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. -7 saylı Bakı Maraqlı şəxs Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 32 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün A.Rüstəmovun ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -7 saylı Bakı Maraqlı şəxs Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 33 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün A.Rüstəmovanın ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik X27 X22 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ/6.2/2-R-254-42-161/2023 saylı məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə saat 01:02-də Təcili X11nın yardımçı briqadası tərəfindən “Zooparkın” yanındakı “İZ” petrolun yanında yıxılmış vəziyyətdə götürülərək X16 acil şöbəsinə gətirilmiş, lakin aparılan tədbirlərə baxmayaraq xəstədə xx.xx.2022-ci il tarixdə saat 01:38-də bioloji ölüm baş vermişdir. Hadisə barədə 18-ci polis bölməsinə məlumat verilmişdir. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıt X23 Hüquqi Şəxsin 4 saylı X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 105 saylı məktubdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölməsinə baxmayaraq, ölüm haqqında arayışla bağlı müraciət 2023-cü ilin mart ayında olduğundan, ölümün üstündən çox uzun müddət keçdiyi və mərhumun xəstəliyi ilə bağlı heç bir tibbi sənədin olmadığı üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. -Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 96 saylı arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn edilmişdir. -Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 97 saylı arayışdan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X9 ərizəçinin atası, X6 isə ərizəçinin anası olmuş, X9 xx.xx.2022-ci il tarixdə X18, X6 isə xx.xx.2022-ci il tarixdə ev şəraitində vəfat etmiş və X5 və X4 vəfat etmələri faktı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrində X5 xx.xx.2022-ci il tarixdə X18, X4 isə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmələrini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi valideynlərinin ölümü haqqında şəhadətnamələrini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin X3 xx.xx.2022-ci il tarixdə X18, ərizəçinin X1 isə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 xx.xx.2022-ci il tarixdə X18, X4 isə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmələri faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.2022-ci il tarixdə X18, X4 isə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmələri faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar