Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-369/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras qalmış əmlakın qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras qalmış əmlakın qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mersedes Benz E250 markalı **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar tələblərini bununla əsaslandırmışlar ki, ataları X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, Bakı şəhəri 11 saylı Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilərək müvafiq qaydada vərəsəlik hüququ əldə etmişlər. X2 bir ədəd Mersedes Benz E250 markalı **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətində olmuşdur. Hazırda həmin nəqliyyat vasitəsi də vərəsəlik dairəsinə əlavə edilmişdir. Nəqliyyat vasitəsi qanunsuz olaraq Cavabdeh tərəfindən saxlanılmış, bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq həmin avtomobili bizə geri qaytarmamışdır. Hazırda nəqliyyat vasitəsi Cavabdeh yaşadığını Abşeron rayonu ərazisində qanunsuz olaraq saxlanılmaqdadır. Bu barədə Abşeron rayon Polis İdarəsinə rəsmi müraciət edilmiş, İdarədən isə mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iddiaya etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçılar onun övladları, cavabdeh isə anasıdır. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Mersedes Benz E250 markalı **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi xx.xx.2021-ci ildən X3r. Bakı şəhəri 11 saylı Notariat Ofisində açılmış 2V-47, 2V-159 və 2V-2324 saylı vərəsəlik işlərindən görünür ki, X1 miras qalmış daşınmaz əmlaklara dair İddiaçı1, İddiaçı2 və N.İ.Qurbanlıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Lakin notariat işlərində mübahisəli Mersedes Benz E250 markalı **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hər hansı şəxsin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi görünmür. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edildiyi kimi, mübahisəli avtomobilin iddiaçılara məxsus olmasını təsdiq edən hər hansı legitim sənəd (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, qeydiyyat şəhadətnaməsi və s.) təqdim edilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı2 hazırki ərizəni verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə baxılmamış saxlanılmalı, habelə iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras qalmış əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı2 hazırki mülki iş (2(012)-369/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı2 qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-369/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-369/2024
28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver