Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-369/2025 23.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Abaszadə (Rəsulova) Ayişə Fuad qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların verilməsi, mövcud olmadığı təqdirdə həmin əmlakların dəyərinin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiası, Abaszadə (Rəsulova) Ayişə Fuad qızının İddiaçı qarşı “qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızından «Samsung» və «Redmi» markalı telefonların alınıb ona verilməsi və həmin əmlaklar mövcud olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 2037,46 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 41 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızının vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən nişan və toy mərasimlərində Abaszadə (Rəsulova) Ayişə Fuad qızına alınmış qızıl-zınət əşyalarının - bir cüt sırğa, 1 ədəd üzük, 1 ədəd klon, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət olan 583 əyarlı, 25 qramlı, dəyəri 2500 manat olan qızıl komplekt, 750 əyarlı, 4 qramlı, dəyəri 600 manat olan nişan üzüyünün İddiaçı alınaraq Abaszadə (Rəsulova) Ayişə Fuad qızına qaytarılması, həmin qızıl-zinət əşyaları qaytarılmadığı halda onların dəyərinin yəni 3100 manat pulun və hazırkı iş üzrə vəkil ilə müqavilə bağlamaq üçün ödənilmiş 320 manat pulun və qarşılıqlı iddia tələbinə dair ödənilmiş 55 manat dövlət rüsumunun İddiaçı alınaraq Abaszadə (Rəsulova) Ayişə Fuad qızına qaytarılması barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh Abaszadə Ayişə Fuad qızı onun keçmiş həyat yoldaşıdır. Belə ki, onunla cavabdeh Ayişə Abaszadə 2022-ci ildə ailə həyatı qurmuş, daha sonra 2023-cü ildə boşanmışlar. Birgə nikah dövründə o, cavabdeh Ayişə Abaszadəyə dəyəri 1110,41 manat məbləğində «Samsung» markalı və dəyəri 927,05 manat məbləğində «Redmi» markalı telefon alıb vermişdir. O, həmin telefonları «Kontakt Home» mağazasından kredit ilə almışdır və qeyd edilən şirkət qarşısında həmin mobil telefonlara görə kredit öhdəliyi mövcuddur. Cavabdeh onlar arasında bağlanmış nikah pozulduqdan sonra telefonların kredit ödənişlərinin onun tərəfindən ödənilməsi barədə təklifi ilə razılaşsa da sonradan aralarındakı şifahi razılaşmaya əməl etməmişdir. Cavabdeh Ayişə Abaszadədən ona aldığı «Samsung» və «Redmi» markalı telefonların ona geri qaytarmasını tələb etsə də cavabdeh bugünə kimi telefonları ona geri qaytarmamışdır. Qeyd edir ki,«Redmi» markalı telefon cavabdehin bacısı tərəfindən istifadə edilir, qeyd edilən telefon onun adına sənədləşdirilmişdir və hazırda da həmin telefona görə «Kontakt Home» mağazasına hər ay müəyyən miqdarda pul ödəyir. «Samsung» markalı telefona gəldikdə isə həmin telefon cavabdehin istifadəsindədir. Hər iki telefona görə onun cəmi 1300 manat borcu qalmışdır. Ona görə də cavabdehdən «Samsung» və «Redmi» markalı telefonların geri alınması, həmin əmlaklar mövcud olmadığı təqdirdə həmin əmlakların dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onunla cavabdeh əvvəllər valideynləri ilə birlikdə yaşamışdır. Cavabdeh onun valideynləri ilə mütəmadi olaraq mübahisə etdiyindən onlar məcbur olub xx.xx.2022-ci il tarixdə həmin evdən çıxaraq kirayə evə köçmüş, bu zaman cavabdeh cehiz əşyalarını, qızıl-zinət əşyalarını və pərdələri də götürmüşdür. Evdən çıxarkən o, heç bir əşya götürməmişdir və ona məxsus telefonları da həmin evdə qalmışdır. Əlavə olaraq qeyd edir ki, o, vaxtilə "xxxx" ASC-dən 1000 manat məbləğində kredit götürmüşdür, həmçinin 6500 manat da başqa bir krediti vardır. O, əvvəllər SOCAR-da təhlükəsizlik xidmətində işləmişdir. Həmin vaxt cavabdehin ailəsi ondan öz adına kredit götürməsini xahiş etmiş, o da "xxxx" ASC-dən kredit götürmüşdür. Cavabdehin anası ona məxsus 2 telefonu da müsadirə edib aparmış, həmçinin onun pensiya kartından borca pul götürüb borcunu ödəməmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, cavabdehin tələbində qeyd etdiyi üzük cavabdehin özündədir, digər qızıl əşyalarını isə cavabdeh özü ilə aparmış və ona həmin qızılları satdığını bildirmişdir. Qeyd edilənlərə əsasən o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında İddiaçı izahatına əlavə edərək bildirdi ki, onun oğlu - İddiaçı vaxtilə cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızına 2 ədəd telefon almışdır və həmin telefonlara görə cəmi 1300 manat məbləğində borcu yaranmışdır. Cavabdeh Ayişə Abaszadə (Rəsulova) ona verilən telefonları iddiaçıya geri qaytarmadığından onlar müvafiq polis şöbəsinə müraciət etmiş, polis şöbəsi tərəfindən cavabdeh və onun valideynlərinə telefonların pulunu ödəməli olduqları barədə xəbərdarlıq edilmişdir. Bildirir ki, qarşı tərəfin iddianı qəbul etməsi ilə bağlı onda səs yazıları vardır. Qarşılıqlı iddia barədə qeyd edir ki, cavabdeh Abaszadə Ayişə Fuad qızının iddiaçıdan qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyaları onların evində deyildir. Həmçinin cavabdehin qızıllar ilə bağlı tələb etdiyi pul məbləği də həddən artıq çoxdur, belə ki, qızıllar vaxtilə tələbdə qeyd edilən qiymətə alınmamışdır. Komplekt təxminən 1100-1200 manata, nişan üzüyü isə 235 manata alınmışdır. Odur ki, göstərilənlər əsasında o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızının vəkili-nümayəndəsi Vəkil izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1632/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” X4 bağlanmış 684 nömrəli akt qeydli nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanılması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində, habelə onun 3 yaşı tamam olanadək hər ay 30 manat məbləğində sabit pul şəklində alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1632/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən və təqdim olunmuş arayışdan da göründüyü kimi Abaszadə Ayişə Fuad qızı Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsinin tələbəsi olmuşdur. İddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abaszadə Ayişə Fuad qızına birgə nikah dövründə hədiyyə olaraq verdiyi telefonları qaytarılmasını xahiş etmişdir. Abaszadə Ayişə Fuad qızı həmin telefonların ona birgə nikahları dövründə İddiaçı tərəfindən hədiyyə oldunduğunu bildirmişdir. Eyni zamanda iş materiallarından da göründüyü kimi Abaszadə Ayişə Fuad qızı xx.xx.2022-ci il tarixdə rəsmi qeydiyyatdan keçməklə İddiaçı ilə nikaha daxil olmuşdur. Rəsmi qeydiyyatdan keçməklə nikah bağlanmaqla yanaşı tərəflər arasında el-adəti ilə nişan mərasimi və toy mərasimi də keçirilmişdir. Həmin nişan və toy mərasimlərdə də Abaszadə Ayişə Fuad qızına İddiaçı tərəfindən hədiyyə olaraq qızıl-zinət əşyaları alınaraq verilmişdir. Bununla bağlı həmin mərasimlərdə çəkilmiş fotoşəkillər də mövcuddur. Həmin qızıl-zinət əşyalarını - əyarlarını və qiymətlərini aşağıda qeyd edir: 1. bir cüt sırğa, 1 ədəd üzük, 1 ədəd klon, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət olan 583 əyarlı 25 qramlı dəyəri 2500 manat olan qızıl komplekt; 2. 750 əyarlı 4 qramlı dəyəri 600 manat olan nişan üzüyü. X7 Fuad qızına hədiyyə verilmiş qızılları sonradan İddiaçı istifadə etməyə qoymamışdır. Səbəb olaraq isə Abaszadə Ayişə Fuad qızının tələbə olduğunu ve universitetə gedib gələrkən qızılları itirə biləcəyindən ehtiyat etdiyini demişdir. Buna görə də bu günə qədər həmin qızıl-ziynət əşyaları cavabdehdə qalmışdır. Lakin hazırda Abaszadə Ayişə Fuad qızı ona hədiyyə olaraq verilmiş qızılların da ona geri qaytarılmasını istəyir. Keçən məhkəmə iclasında iddiaçının nümayəndəsi Xuraman Rəsulova da qızılların onlarda olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən o, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1632/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” X4 bağlanmış 684 nömrəli akt qeydli nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanılması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində, habelə onun 3 yaşı tamam olanadək hər ay 30 manat məbləğində sabit pul şəklində alimentin tutulması, alimentin və uşağın 3 yaşına çatanadək alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentin və uşağın 3 yaşına çatanadək alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmədə verdiyi izahatından müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı keçmiş həya yoldaşı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızına birgə nikah dövründə olduğu müddətdə Ayişə Abaszadəyə «Samsung» və «Redmi» markalı telefonları hədiyyə etmiş, həmin telefonların mövcudluğu barədə sonuncuya hədiyyə olunması məhkəmə iclasında Ayişə Abaszadənin vəkili-nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, ilkin iddia üzrə iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsi təşkil edir ki, bu da qanunvericiliyin tələbinə görə hədiyyə alanın şəxsi mülkiyyəti sayıldığından onun geri tələb olunması yolverilməzdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Bundan başqa qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıql iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsi təşkil edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızı qarşılıqlı iddia ərizəsində göstərilən qızıl-ziynət əşyalarının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona hədiyyə olunduğunu bildirmişdir. Lakin Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə qarşılıqlı iddianın əsaslarını sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşdüyündən və bununla bağlı məhkəmədə mötəbər subütlar müəyyən edilmədiyindən məhkəmə qarşılıqlı iddianın da rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Abaszadə (Rəsulova) Ayişə Fuad qızına qarşı cavabdeh Abaszadə (Rəsulova) Ayişə Fuad qızından «Samsung» və «Redmi» markalı telefonların alınıb ona verilməsi və həmin əmlaklar mövcud olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 2037,46 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 41 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə ilkin iddiası rədd edilsin. Abaszadə (Rəsulova) Ayişə Fuad qızının İddiaçı qarşı İddiaçı tərəfindən nişan və toy mərasimlərində ona alınmış qızıl-zınət əşyalarının - bir cüt sırğa, 1 ədəd üzük, 1 ədəd klon, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət olan 583 əyarlı, 25 qramlı, dəyəri 2500 manat olan qızıl komplekt, 750 əyarlı, 4 qramlı, dəyəri 600 manat olan nişan üzüyünün İddiaçı alınaraq ona qaytarılması, həmin qızıl-zinət əşyaları qaytarılmadığı halda onların dəyərinin, yəni 3100 manat pulun və hazırki iş üzrə vəkil ilə müqavilə bağlamaq üçün ödənilmiş 320 manat pulun və qarşılıqlı iddia tələbinə dair ödənilmiş 55 manat dövlət rüsumunun İddiaçı alınaraq ona qaytarılması barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-369/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-369/2025
23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver