Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3737/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınmaqla istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən alınmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində D nömrəli qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 450 kv.m olan sahənin, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 1-ci mərtəbəsində, qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 300 kv.m olan sahənin, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 10cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132 kv.m olan 3A saylı mənzilin, Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 16-cı mərtəbəsində 2,3,3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 344.41 kv.m olan 2A, 3A, 3B saylı mənzillərin, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 9-cu mərtəbəsində 3,3 otaqdan ibarət (ümumi 2 mənzil) ümumi sahəsi 263.35 kv.m olan 3A, 3B saylı mənzillərin, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 13cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132.27 kv.m olan 3B saylı mənzilin, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 14-cü mərtəbəsində 3,3 otaqdan ibarət (ümumi 2 mənzil) ümumi sahəsi 263.35 kv.m olan 3A, 3B saylı mənzillərin, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132.27 kv.m olan 3B saylı mənzilin, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində E nömrəli qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 120 kv.m olan sahənin, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının H blok, 10-cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 114 kv.m olan mənzilin, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 10-cu mərtəbəsində 2,2,2,2,3 otaqdan ibarət (ümumi 5 mənzil) ümumi sahəsi 434.31 kv.m olan mənzillərin, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 10-cu mərtəbəsində 2,3,2 otaqdan ibarət (ümumi 3 mənzil), ümumi sahəsi 281.45 kv.m olan mənzillərin, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının F blok, 10-cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 114 kv.m olan mənzilin, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının H blok, 10-cu mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 87.09 kv.m olan mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, əlavə olaraq, iddiaçı tərəfindən alınmış Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında inşa edilmiş 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 15-ci mərtəbəsində 3,3 otaqdan ibarət mənzillərin (ümumi 2 mənzil) ümumi sahəsi 263.35 kv.m olan 3A, 3B saylı mənzillərin də təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 08 fevral 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh MTK arasında Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində tikilmiş 2 girişli, çoxmərtəbəli yaşayış binasının A blok 1-ci mərtəbəsində sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixdə X3 ilə Cavabdeh MTK arasında sahəsi 300 kv.m təşkil edən qeyriyaşayış sahəsinin təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsindən sərbəst istifadə edilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 02 saylı müqavilənin, xx.xx.2016-cı il tarixli 118 saylı müqavilənin, xx.xx.2016-cı il tarixli 119 saylı müqavilənin etibarsız hesab edilməsi, X4 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 02 ədəd müqavilələrə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının D nömrəli blok zirzəmi hissəsində 392 kv.m olan qeyri-yaşayış sahəsinin və D nömrəli blok 1 mərtəbəsində sahəsi 392 kv.m olan qeyri-yaşayış sahəsinin, xx.xx.2014-cü il tarixli 67 nömrəli müqaviləyə əsasən, həmin ünvanda inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının C nömrəli 10-cu mərtəbəsində 2 otaqlı ümumi sahəsi 87.09 kv.m olan 50 saylı mənzilin xx.xx.2014-cü il tarixli 82 nömrəli müqaviləyə əsasən, həmin ünvanda inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının C nömrəli blok 10-cu mərtəbəsində 2 otaqlı ümumi sahəsi 75.22 kv.m olan 49 saylı mənzilin (ümumilikdə, 4 ədəd mənzilin) təhvil verilməsi və həmin əmlaklara dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı) verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh və üçüncü şəxslərlə razılıq əldə edildiyindən iddia tələbindən imtina etdiyini bildirmiş və icraata xitam verilməklə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində verdiyi iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiadan imtinasını qəbul edərək onun iddiasına münasibətdə mülki iş üzrə icraata xitam verilməsini, onun iddianın qaytarılması barədə ərizəsini isə təmin edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbindən imtina barədə ərizəsini, müstəqil tələb irəli sürən üçüncü şəxslərin isə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizələrini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və qanunamüvafiq hesab edildiyindən qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməli, müstəqil tələblər irəli sürən üçüncü şəxslər isə mülki iş üzrə iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş etdiklərindən onların iddia ərizələri baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından həmin imtina qəbul edilərək İddiaçı iddia tələbi üzrə icraata xitam verilməli, müstəqil tələb irəli sürən üçüncü şəxslər X1, X2 isə iddia ərizələri baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınmaqla istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3737/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3737/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver