Məhkəmə qərarları › İş №2(012)-3743/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3743/2024

14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3743/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 6 saylı Bakı Maraqlı şəxs2ndə qeydiyyat şöbəsi və Maraqlı şəxs1 cəlb edilməklə) şəxsin vəfat etməsi faktına dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs 6 saylı Bakı Maraqlı şəxs2ndə qeydiyyat şöbəsi və Maraqlı şəxs1 cəlb edilməklə) şəxsin vəfat etməsi faktına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü İmran Aydamırovun ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi (X4) ərizəni müdafiə edib izahatında bildirdi ki, mərhum 01 may 1951-ci il təvəllüdlü İmran Aydamırov (X5) onun 50 illik həyat yoldaşı olmuşdur. Həmçinin eyni zamanda dayı oğlu bibi qızıdırlar. 40 il birlikdə Türkmənistan Respublikasında yaşamışlar. Hər ikisi Türkmənistan Respublikasının vətəndaşıdırlar. Sonra isə Azərbaycan Respublikasına gəlmişlər. Həyat yoldaşı Türkmənistan Respublikasında polis orqanlarında işləmişdir. Onların nikahlarından biri qız, digəri oğlan uşağı olmaqla 2 (iki) övladları dünyaya gəlmişdir. Qızı burda, oğlu isə Rusiya Federasiyasında yaşayır. Həyat yoldaşı qonaq getdiyi qızının evində 11 yanvar 2024-cü il tarixdə 72 yaşında vəfat etmişdir. Onu Quba rayonu Digah kənd qəbirstanlığında atasının yanında dəfn etmişlər. O və vəfat etmiş həyat yoldaşı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, “ünvan 2 ünvanında yaşamışlar və daimi yaşamaq üçün icazə vəsiqəsində də həmin ünvanda qeydiyyatdadırlar. O, mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı Maraqlı şəxs2ndə qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərinin ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricində olduğu bildirilmişdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən də ona imtina cavabı verilmişdir. Mərhum ərinin ölümünün baş vermə səbəbi məlum olmadığı üçün tibbi şəhadətnamənin verilməsinin mümkünsüz olduğu göstərilmişdir. O, mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi və onun mərhum həyat yoldaşı İmran Aydamırovu tanıyır. Belə ki, o "xxxx" Açıq Səhmdar Cəmiyyətində santexnik işləyir. Onlarda onun xidmət göstərdiyi binada yaşamışlar. Hətta onlara məxsus mənzilin müəyyən təmir işləri onun tərəfindən həyata keçirilmişdir. İmran Aydamırov vəfat edəndə o da orda olmuşdur. Evdən yumağa aparanda cənazənin avtomobilə daşınmasına da köməklik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elnara Aydamırova ifadəsində bildirmişdir ki, Ərizəçi anası, mərhum İmran Aydamırov isə atasıdır. Atasının səhhətində problemlər olmuşdur. Vəfat etməmişdən 2 gün qabaq isə səhhəti pisləşmiş və bundan sonra yemək yeyə bilməmişdir. 11 yanvar 2024-cü il tarixdə otağa daxil olduqda atasının yatdığı yerdən yerə düşdüyünü görmüşdür. Həmin vaxtı atasının huşunu itirdiyini düşünmüşdür. Çağırışa gələn həkimlər atasında tromp olduğunu demişlər. Daha sonra isə vəfat etdiyini bildirmişlər. Atasını Quba rayonu Digah kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi nənəsi, mərhum İmran Aydamırov isə babasıdır. O, 11 yanvar 2024-cü il tarixdə səhər saat 06 radələrində nəyinsə yerə düşməsi nəticəsində gələn səsə oyanmışdır. Bu zaman babasının yataqdan yerə yıxıldığını görmüşdür. Yerə yıxılan babasını nənəsi yerdən qaldırsa da, vəfat etdiyini görmüşlər. Bundan sonra babasını Quba rayonu Digah kənd qəbristanlığına apararaq dəfn etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı Maraqlı şəxs2ndə qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs1 məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 23 yanvar 1980-cı il tarixdə verilmiş İ-LK seriyalı 262286 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X8 23 yanvar 1980-cı il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 yanvar 1980-cı il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aydamirov, arvada Aydamirova soyadı verilmişdir. Mülki işin materiallarında olan A0214595 nömrəli pasportun surətindən müəyyən edilir ki, Türkmənistan Respublikasının vətəndaşı olan İmran Aydamırov xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən müəyyən edilir ki, Türkmənistan Respublikasının vətəndaşı olan xx.xx.1951-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İmran Aydamırovun yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, “ünvan 2 ünvanıdır. Mülki işin materiallarında olan A1331581 nömrəli pasportun surətindən müəyyən edilir ki, Türkmənistan Respublikasının vətəndaşı olan Ərizəçi xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan DYİ seriyalı 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən müəyyən edilir ki, Türkmənistan Respublikasının vətəndaşı olan xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Ərizəçi yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, “ünvan 2 ünvanıdır. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyasının 7 saylı yardımçı stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 11 yanvar 2024-cü il tarixdə 73 yaşlı X1 adına çağırış olmuş, saat 06:14-də çağırış yerinə gəldikdə isə həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxası” X17 tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 18-1-20/2-A-90-xx-xx/2024 nömrəli məktubdan görünür ki, X2 İmran Aydamırovun ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan 6 saylı Bakı Maraqlı şəxs2ndə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 14 may 2024-cü il tarixli, 3-16-5/8-5xx-xx/2024 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərinin ölümünə dair məlumat aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının imkan xaricində olduğu bildirilmişdir. Mülki işin materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Xucbala inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli aktdan görünür ki, 01.0.1951-ci il təvəllüdlü X9 11 yanvar 2024-cü il tarixində vəfat etmiş, el adəti ilə Quba rayonu, Digah kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 11 yanvar 2024-cü il tarixdə İmran Aydamırovun (X1) adına çağırış olub, 06:14-də çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə 6 saylı Bakı Maraqlı şəxs2ndə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 may 1951-ci il tarixdə Quba rayonunun Digah kəndində anadan olmuş İmran Aydamırovun (X1) 11 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 may 1951-ci il tarixdə Quba rayonunun Digah kəndində anadan olmuş İmran Aydamırovun (X1) 11 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar