Məhkəmə qərarları › İş №2(012)-3749/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3749/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3749/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 06.08.1988-ci il təvəllüdlü X2 05.03.2009-cu il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X4 ilə birgə nikahlarından 06.08.1988-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş X6 onun doğma qızıdır. Qızı Ərizəçi 05.03.2009-cu il tarixdə Abşeron rayonu Saray qəsəbəsi R.Nəbiyev küçəsi 21 saylı evdə vəfat etmiş və Abşeron rayonu Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Qızının dəfn və yas mərasimlərinə başı qarışdığından, həmçinin hüquqi savadı olmadığından Ərizəçi ölümü haqqında şəhadətnamə alınması üçün vaxtında müraciət edə bilməmiş, bu səbəbdən də qızı X2 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. 30.04.2021-ci il tarixdə qızı X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Tibbi Ərazi Bölmələrinin X5 Rayon Mərkəzi Xəstəxanası X10 müraciət etmişdir. Həmin xəstəxana tərəfindən ərizəsinə verilmiş 20.05.2021-ci il tarixli, 759 saylı cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının” təsdiq edilməsi barədə 05 nömrəli qərarın 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəçi 12 il bundan əvvəl vəfat etdiyi üçün və ölümünün baş vermə səbəbi məlum olmadığına görə “ölüm haqqında tibbi şəhadətnamə” Abşeron Rayon Poliklinikası tərəfindən verilmir.” Bundan sonra qızı X2 ölümünün qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qızı X2 ölümünün qeydiyyata alınmasından imtina edilməsi barədə 12.04.2021-ci il tarixli, 05/Q- 707/76 saylı imtina məktubu verilmişdir. Həmin məktubda göstərilmişdir ki, 05.03.2009-cu ildə vəfat etmiş X2 ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsinə təqdim edilmiş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydiyyatı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin qızı X2 ölümünün qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən qızı X2 ölümünün qeydiyyata alınmasından imtina edilməsi barədə 21.04.2021-ci il tarixli, 05/Q-521/15 saylı imtina məktubu verilmişdir. Həmin məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olması, Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir.” Buna görə də o, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, qızı X2 barəsində ölüm haqqında şəhadətnamə ona sənədləşdirmə işləri ilə əlaqədar lazımdır. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, bacısı X6 06.08.1988-ci il tarixdə anadan olmuşdur. Bacısı anadan olan gündən xəstə idi, bu səbəbdən xəstəliyi ilə əlaqədar olaraq 05.03.2009-cu il tarixdə Abşeron rayonunda vəfat etmiş və həmin tarixdə də Abşeron rayonunun Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, bacısı X6 06.08.1988-ci il tarixdə anadan olmuşdur. Bacısı anadan olan gündən xəstə idi, bu səbəbdən xəstəliyi ilə əlaqədar olaraq 05.03.2009-cu il tarixdə Abşeron rayonunda vəfat etmiş və həmin tarixdə də Abşeron rayonunun Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - XİV-ЖГ № 269726 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 06.08.1988-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 99 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Ərizəçidır. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 12.04.2021-ci il tarixli 05/Q-707-76 saylı məktubdan müəyyən olunur ki, 05.03.2009-cu il tarixdə vəfat etmiş X2 ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə təqdim edilmiş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən qeydiyyatı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Maraqlı şəxs Ərizəçi ünvanladığı 21.04.2021-ci il tarixli 05/Q-521/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X11 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 759 saylı məktubdan görünür ki, Ərizəçi 30.04.2021-ci il tarixli, qızı X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəçi 12 il bundan əvvəl vəfat etdiyi üçün və ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Saray Qəsəbə İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 1402 saylı arayışdan görünür ki, həqiqətən mərhum X6 05.03.2009cu il tarixdə vəfat etmişdir və N.Q.Davudova vəfat edən günə kimi Saray qəsəbəsi R.Nəbiyev küçəsində 21 saylı evdə anası Ərizəçi ilə birlikdə qeydiyyatsız yaşamışdır. -Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş 24.01.2018-ci il tarixli 02 saylı arayışdan görünür ki, Ərizəçi qızı X6 həqiqətən də 05.03.2009-cu il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X6 dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin qızı olmuş, sonuncu 05.03.2009-cu il tarixdə anadangəlmə xəstəliyi ilə əlaqədar olaraq yaşadığı evdə vəfat etmiş və X2 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdikləri ifadələrində X2 05.03.2009-cu il tarixdə Abşeron rayonunda vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qızının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin qızı X6 05.03.2009-cu il tarixdə Abşeron rayonunda vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 06.08.1988-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş X2 05.03.2009-cu il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.08.1988-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş X2 05.03.2009-cu il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar