Məhkəmə qərarları › İş №2(012)-3773/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3773/2024

05.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3773/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, komplekt: boyunbağı və kulon 750 əyar çəkisi 5,43 qram, qolbağ 750 əyar çəkisi 6,51 qram, sırğa 750 əyar, üzük 750 əyar (komplektin cəmi çəkisi 13,08 qramdır) dəyərində olan qızıl-zinət əşyalarının ona qaytarılması, əşyalar aşkar edilməzsə, onların ümumi dəyəri olan 4524,66 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı ASAN Xidmət X1 2122 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqlar dünyaya gəlmişdir. Tərəflər arasında olan ailə münasibətləri tamamilə pozulmuş və ciddi anlaşılmazlıqlar olduğu üçün o, Abşeron Rayon Məhkəməsinə nikahın pozulması, uşaqlarln ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia qaldırtmışdır. Mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Onunla cavabdeh arasında ailə münasibətləri tamamilə sonlanmış və o, iki azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində yaşamaöa başlamışdır. Ona məxsus olan və cavabdehdə qalan qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: komplekt: boyunbağı və kulon 750 əyar çəkisi 5,43 qram, qolbağ 750 əyar çəkisi 6,51 qram, sırğa 750 əyar, üzük 750 əyar (komplektin cəmi çəkisi 13,08 qramdır). Bu göstəricilər kombard sənədlərində də qeyd edilmişdir. Komplektin ümumi dəyəri 4000 manat təşkil edir. Cavabdeh tərəfindən ona məxsus qızıl-zinət əşyalari 21 may 2013-cü il tarixli BKT 12 saylı lisenziya ilə ünvan 1 ünvanında fəaliyyət göstərən bank olmayan kredit təşkilatı "xxxx" QSC-yə girov qoymuş və həmin təşkilat bu əmlakın ümumi dəyərini 4000 manat məbləğində hesablamışdır. Lakin ona məxsus qızıl-zinət əşyalarının ümumi dəyəri S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin rəyi ilə 4524,66 manat məbləğində müəyyən edilmişdir. O, bütün qızıl-zinət əşayalrını qeyd etməklə mübahisə ilə bağlı mediasiyaya müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə mediasdiya tərəfləri dəvət etdi və aralarında barışıq sazişi bağlandı. Barışıq sazişində onun bütün qızıllarının mövcudluğu öz təsdiqini tapmış, lakin cavabdeh tərəfindən yalnız iddia ərizəsinə əlavə etdiyi fotoşəkildə göstərilən üzük ona qaytarılmışdır. Digər qızıl-zinət əşyaları cavabdeh tərəfindən öz xeyri üçün lombarda qoyulduğu və bəziləri cavabdeh tərəfindən satıldığı üçün onun tələbi tam yerinə yetirilmədi. Onun cavabdehdən tələbi ona toyda hədiyyə olunan 4000 manat dəyərində komplekt dəstidir, çünki alyanslar satılıb və pulu cavabdeh tərəfindən mənimsənilib. Ona görə də həmin qızıl-zinət əşyalarının tam şəkildə ona qaytarılması üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və komplekt: boyunbağı və kulon 750 əyar çəkisi 5,43 qram, qolbağ 750 əyar çəkisi 6,51 qram, sırğa 750 əyar, üzük 750 əyar (komplektin cəmi çəkisi 13,08 qramdır) dəyərində olan qızıl-zinət əşyalarının ona qaytarılması, əşyalar aşkar edilməzsə, onların ümumi dəyəri olan 4524,66 manat məbləğində pulun, habelə ekspert üçün ödənilmiş 300 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Bakı 13 saylı Mediasıya Təşkilatında tərəflər arasında imzalanmış 05 aprel 2024-cü il tarixli, MŞB/13/2024-00356 saylı barışıq sazişindən görünür ki, X9 bildirir ki, ona aid olan və toy mərasimində ona hədiyyə kimi verilən 1 ədəd brilyant qaşlı üzük və 1 ədəd komplekt 750 əyarlı ümumi çəkisi 13,08 qram olan (1 ədəd qızıl brilyant qaşlı sırğa, 1 ədəd qızıl brilyant qaşlı qolbaq, 1 ədəd sep, 1 ədəd brilyant qaşlı kulon, 1 ədəd qızıl brilyant qaşlı üzük) verilmişdir və qeyd olunan qızıl-zinət əşyaları Cavabdeh tələb edir. Cavabdeh X4 tələbini qismən qəbul edir və bildirir ki, X6 toy mərasimində hədiyyə kimi 1 ədəd brilyant qaşlı üzük və 1 ədəd komplekt 750 əyarlı ümumi çəkisi 13,08 qram olan (1 ədəd qızıl brilyant qaşlı sırğa, 1 ədəd qızıl brilyant qaşlı qolbaq, 1 ədəd sep, 1 ədəd brilyant qaşlı kulon, 1 ədəd qızıl brilyant qaşlı üzük) verilmişdir və qeyd olunan qızılzinət əşyalarından 1 ədəd brilyant qaşlı üzük ondadır və həmin üzüyü xx.xx.2024-cü il tarixədək X6 qaytarmasını öhdəsinə götürür. Tərəflər razılaşır ki, barışıq sazişinin 2-ci bəndi tərəflər arasında təhvil-təslim aktı tərtib edilməklə icra edilir. Bağırov X5 Mina Azər qızına aid olan 1 ədəd komplekt 750 əyarlı ümumi çəkisi 13,08 qram olan əmlakın (1 ədəd qızıl brilyant qaşlı sırğa, 1 ədəd qızıl brilyant qaşlı qolbaq, 1 ədəd sep, 1 ədəd brilyant qaşlı kulon, 1 ədəd qızıl brilyant qaşlı üzüyün) satılması səbəbindən 1-ci tərəfə qaytara bilmir. Beləliklə qeyd olunan qızılların qaytarılması mümükün olmaması səbəbindən məhkəmə qaydasında işin həllinə etiraz etmir. İşdə olan Cavabdeh ilə "xxxx" BOKT QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit və girov müqaviəsinin surətindən görünür ki, Cavabdeh bazar dəyəri 2346 ABŞ dolları olan 13,08 qramlıq komplekti, 6,51 qramlıq qolbağı və 5,43 qramlıq boyunbağı və kulonu girov qoymuş və 1780 manat kredit götürmüşdür. İşdə olan S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin rəyindən görünür ki, İddiaçı məxsus komplekt boyunbağı və kulon 750 əyar çəkisi 5.43 qram (722,19 manat), qolbağ 750 əyar çəkisi 6.51 qram (865,83 manat), sırğa 750 əyar (1197 manat) və üzük 750 əyar (komplektin cəmi çəkisi 13.08 qram, 1739,64 manat) ibarət qızıl - zinət əşyalarının real bazar qiyməti cəmi 4524,66 manat təşkil edir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-875/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” X1 bağlanmış 2122 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və 26.11,2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X3 və 26.11,2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28.11,2023-cü il tarixdən başlayaraq 31,12.2023-cü il tarixədək hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat, xx.xx.2024-cü il tarixdən isə hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-875/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında qeydə alınmış nikah pozulmuşdur. İddiaçı valideynləri və qohumları tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının cavabdehdə qaldığını iddia edərək həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi və ya onların dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin hər ikisinin mediatorun iştirakı ilə imzaladıqları 05 aprel 2024-cü il tarixli, MŞB/13/2024-00356 saylı barışıq sazişindən də görünür ki, Bağırov X5 Mina Azər qızına toy mərasimində hədiyyə kimi 1 ədəd brilyant qaşlı üzük və 1 ədəd komplekt 750 əyarlı ümumi çəkisi 13,08 qram olan (1 ədəd qızıl brilyant qaşlı sırğa, 1 ədəd qızıl brilyant qaşlı qolbaq, 1 ədəd sep, 1 ədəd brilyant qaşlı kulon, 1 ədəd qızıl brilyant qaşlı üzük) verilmişdir və qeyd olunan qızıl-zinət əşyalarından 1 ədəd brilyant qaşlı üzük ondadır. O, həmin üzüyü xx.xx.2024-cü il tarixədək X6 qaytarmasını öhdəsinə götürmüşdür. Bağırov X5 Mina Azər qızına aid olan 1 ədəd komplekt 750 əyarlı ümumi çəkisi 13,08 qram olan əmlakın (1 ədəd qızıl brilyant qaşlı sırğa, 1 ədəd qızıl brilyant qaşlı qolbaq, 1 ədəd sep, 1 ədəd brilyant qaşlı kulon, 1 ədəd qızıl brilyant qaşlı üzüyün) satılması səbəbindən 1-ci tərəfə qaytara bilmir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təsdiq olunur ki, tələb edilən əmlaklar mövcud olmuşdur. Həmin əmlakların cavabdehdə olması iş materialları ilə təsdiq olunur, bununla belə həmin əşyalardan hər hansı birinin iddiaçıya məhkəməyə qədər olan dövr ərzində qaytarılması barədə işdə mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, komplekt: boyunbağı və kulon 750 əyar çəkisi 5,43 qram, qolbağ 750 əyar çəkisi 6,51 qram, sırğa 750 əyar, üzük 750 əyar (komplektin cəmi çəkisi 13,08 qramdır) dəyərində olan qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. İşdən görünür ki, iddiaçı müstəqil qiymətləndirici vasitəsilə qaytarılmalı olan qızılzinət əşyalarının bazar qiymətini müəyyən etdirmişdir. Belə ki, olan S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin rəyindən görünür ki, İddiaçı məxsus komplekt boyunbağı və kulon 750 əyar çəkisi 5.43 qram (722,19 manat), qolbağ 750 əyar çəkisi 6.51 qram (865,83 manat), sırğa 750 əyar (1197 manat) və üzük 750 əyar (komplektin cəmi çəkisi 13.08 qram, 1739,64 manat) ibarət qızıl - zinət əşyalarının real bazar qiyməti cəmi 4524,66 manat təşkil edir. Məhkəmə bu qiymətlə razılaşır və hesab edir ki, yuxarıda qeyd edilən əmlaklar aşkar edilməzsə, onların dəyəri kimi 4524,66 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101-1.1. İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. 101-1.2. İşdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir. 101-1.3. Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. İşdən həmçinin görünür ki, İddiaçı ekspert üçün ödədiyi 300 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mütəxəssis xidmətinə görə tələb edilən vəsaitin ağlabatan olması səbəbindən hesab edir ki, iddia bu hissədə də əsaslıdır və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, komplekt: boyunbağı və kulon 750 əyar çəkisi 5,43 qram, qolbağ 750 əyar çəkisi 6,51 qram, sırğa 750 əyar, üzük 750 əyar (komplektin cəmi çəkisi 13,08 qramdır) dəyərində olan qızıl-zinət əşyalarının ona qaytarılması, əşyalar aşkar edilməzsə, onların ümumi dəyəri olan 4524,66 manat məbləğində pul, habelə ekspert üçün ödənilmiş 300 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh komplekt: boyunbağı və kulon 750 əyar çəkisi 5,43 qram, qolbağ 750 əyar çəkisi 6,51 qram, sırğa 750 əyar, üzük 750 əyar (komplektin cəmi çəkisi 13,08 qramdır) dəyərində olan qızıl-zinət əşyalarının İddiaçı qaytarılsın, əşyalar aşkar edilməzsə, onların ümumi dəyəri olan 4524,66 manat məbləğində pul, habelə ekspert üçün ödənilmiş 300 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar