Məhkəmə qərarları › İş №2(012)-3775/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3775/2024

26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3775/2024 26.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X9 Abşeron rayonu, Novxanı kəndində xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 onun yaxın qohumumdur. O, xx.xx.2004-cü il tarixdə vəfat etmiş və Novxanı qəbirstanlığında dəfn olunmuşdur Bu barədə Novxanı Bələdiyyəsi tərəfindən ona xx.xx.2024-cü il tarixli arayış verilmişdir. X9 iki xəstə qız övladı var: xx.xx.1976-cı il təvəllüdlü X10 və xx.xx.1972-ci il təvəllüdlü X7. Aygün və Kəmalə ağır şizofreniya xəstəsidir, Kəmaləyə İ qrup, Aygünə isə İİ qrup əlillik dərəcəsi verilmişdir. Onların ərizəçidən başqa heç kimi yoxdur. Onlara özü baxır və həmin şəxslər onun himayəsindədir. Onların anaları X8 da xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 91 nömrəli sərəncamına əsasən xx.xx.1972-ci il təvəllüdlü Kəmalə Əliyevaya və xx.xx.1976-cı il təvəllüdlü Aygün Əliyevaya o, qəyyum təyin edilmişdir. Müəyyən sənədləşmə işləri ilə bağlı mərhum X9 ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum X13 onun qonşusu idi. O və arvadı Səkinə vəfat etmişlər, onların iki qızı anadangəlmə xəstə idilər. Bu uşaqlara Ərizəçi qulluq göstərirdi. Hazırda onların hər ikisi xəstəxanadadır. Təsdiq edir ki, X2 rayonu, Novxanı kəndində xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mirzəyeva Hicran Baba Əli qızı ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. O, 20 il öncə, arvadı Səkinə isə 1 il əvvəl vəfat etmişlər. Onların iki qızı ruhi xəstədir. Bu uşaqlara çoxdan Ərizəçi qulluq göstərmişdir. Hazırda qızların hər ikisi xəstəxanadadır. Təsdiq edir ki, X2 rayonu, Novxanı kəndində xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında AZ-T 253991 və AZ-T 253992 saylı şəhadətnamələrin surətindən görünür ki, X13 ilə X4 birgə nikahından xx.xx.1972-ci il təvəllüdlü Kəmalə Əliyeva və xx.xx.1976-cı il təvəllüdlü Aygün Əliyeva adlı uşaqlar doğulmuşdur. - AZ-İİ 342405 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - 580222 saylı pasportun surətindən görünür ki, X13 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 91 saylı sərəncamından görünür ki, Ərizəçi xx.xx.1972-ci il təvəllüdlü X5 və xx.xx.1976-cı il təvəllüdlü X6 qəyyum təyin edilmişdir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. ) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. E.Əliyevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1014/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli məktubundan görünür ki, X13 və X4 adına Nərimanov rayon qeydiyyat şöbəsin tərəfindən xx.xx.1979-cu il tarixli 279 saylı nikah haqqında akt qeydi tərtib edilmişdir. X9 və X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. Maraqlı şəxs tərəfindən X4 adına 443 saylı xx.xx.2023-cü il tarixdə ölüm haqqında akt qeydi qeydə alındığı aşkar edilmişdir. X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Abşeron rayonu Novxanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 103 saylı arayışından görünür ki, X13 xx.xx.2004-cü il tarixdə Novxanı kənd qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X13 ərizəçinin qohumu olmuş, xx.xx.2004-cü il tarixdə Novxanı qəsəbəsində vəfat etmiş və X9 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X9 xx.xx.2004-cü il tarixdə Abşeron rayonunda vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qohumunun, eyni zamanda uşaqlarının qəyyumu olduğu X9 ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin qohumu xx.xx.1949-cu il təvəllüdlü X13 xx.xx.2004-cü il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1949-cu il təvəllüdlü X9 xx.xx.2004-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X9 xx.xx.2004-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar