Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3781/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 30 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış 15 noyabr 2019-cu il tarixdə vəfat etmiş əri X5 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X7 12 fevral 1986-cı ildə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Ərizəçinin əri Ədalət Əliyev 4-5 il qara ciyər serrozundan əziyyət çəkmişdir. O, həmin illər ərzində Bakı şəhərində və Rusiya Federasiyasinda müalicə olunmuşdur. 15 noyabr 2019-cu il tarixdə Ədalət Əliyevin vəziyyəti kəskin ağırlaşmışdır. Vəziyyəti pisləşdiyindən Təcili və X4 Stansiyasını çağırmışlar, lakin həkimlər gələnədək artıq vəfat etmişdir. Həmin vaxt özlərini itirdiklərindən, başları yas mərasiminə qarışdığından ölümü təsdiq edən şəhadətnaməni vaxtında ala bilməmişlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbədən tibbi müəssisənin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçiyə ərinin ölümü haqqında şəhadətnaməsinin alınması özünə məxsus olan daşınmaz əmlakın alqı-satqı olunması və onun qeydiyyatının ləğv edilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 04.07.2014-cü il tarixdə ASAN-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş Əliyeva X3 rayonu, Məmmədli kəndi, N.Tusi küçəsi, ev 12B ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan İV-JQ seriyalı 274170 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 ilə X2 arasında 12 fevral 1986-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 127 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası 14 saylı yardım stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 15.11.2019-cu il tarixdə 1962-ci il təvəllüdlü X5 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 06 fevral 2020-ci il tarixli, 05/Q-179/76 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədləri ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün ərinin ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edə bilməsi qeyd olunmuşdur. Mülki işin materiallarında olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” X10 Məmmədli həkim məntəqəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 5 nömrəli arayışı ilə müəyyən edilir ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş X1 həkim məntəqəsində tibbi qeydiyyatda olmamışdır. Mərhumun xəstəliyi və ölümü haqqında heç bir məlumatları olmadığı üçün Məmmədli həkim məntəqəsindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 15.11.2019cu il tarixdə X5 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 16 iyun 1962-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X5 15 noyabr 2019-cu il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 iyun 1962-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X5 15 noyabr 2019-cu il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3781/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3781/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver