Məhkəmə qərarları › İş №2(012)-3817/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3817/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3817/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi və daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair mülki işə 23 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi və daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı X1 cavabdehlər Cavabdeh MMCyə, İddiaçı və X2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbi ilə bağlı 2(012)-2259/2021 saylı mülki iş vardır. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş daha əvvəl icraata götürülmüş 2(012)-2259/2021 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi və daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair 2(012)-3817/2021 saylı mülki iş, iddiaçı X1 cavabdehlər Cavabdeh MMC-yə, İddiaçı və X2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair 2(012)-2259/2021 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar