Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3830/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə 17 avqust 2021ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X5 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanan 27 dekabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2016-cı il tarixli, RX seriyalı, 09599977 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X5 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanan 27 dekabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2016-cı il tarixli, RX seriyalı, 09599977 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara yalnız icra mərhələsində məlum olmuşdur ki, anaları Cavabdeh2 sələm faizinin əvəzində 200000 manat dəyərində qiymətləndirilən evlərini 27 dekabr 2015-ci il tarixdə 36000 manat məbləğində X3 formal olaraq alqı-satqı etmişdir. Onun ölümündən sonra oğlu Cəfərov X4 Zöhrə Əli qızını məhkəməyə verərək evin boşaldılmasını tələb etmiş, iddia təmin edilmişdir. Evin alqı-satqı müqaviləsi əsasında satılması mübahisəsiz haldır. Mübahisəli hal isə həmin mənzilin satılmasına iddiaçıların razı olub-olmamasından ibarətdir. Belə ki, onlar əgər razı olsaydılar, bu barədə notariat orqanında ərizə ilə yazılı razılıqlarını bildirərdilər. Əlavə olaraq, mübahisəli mənzilin mövcud bazar dəyərindən yeddi dəfə ucuz qiymətə satıldığını göstərməsi də müqavilənin etibarlı olmasını istisna edən haldır. İddiaçılar hazırda həmin evdə yaşayırlar. Bütün bunlar onların hüquqlarını pozur. Eləcə də, onların həmin müqavilənin bağlanmasından xəbərləri belə olmamışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Cavabdeh1 mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı1 vəkili X8 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hərbi xidmətdən qayıdanda atası Camal Cəfərov ona Abşeron rayonu, Məhəmmədli kəndində 100000 manat müqabilində həyət evi aldığını bildirmişdir. Hələ ki, möhlət istəyən tərəf orada yaşayır və ilin sonunadək çıxacaqlar. X7 qəfil vəfatı sonrası o, vərəsəlik qaydasında evi öz adına rəsmiləşdirmişdir. Abşeron Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə həmin evin boşaldılaraq ona təhvil verilməsi qət edilib. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan 27.12.2015-ci il tarixli ******* №-li Daşınmaz Əmlakın alqısatqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evini 36000 manat müqabilində X2 mülkiyyətinə verir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan müəyyən edilir ki, ünvan 1ində 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına 18.11.2016-cı il tarixdə qeydə alınmışdır. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5638/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 226,1 kv.m sahəsi olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 226,1 kv.m sahəsi olan fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Mülki işin materiallarından olan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1149/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-5638/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2178/2019 saylı, 01.04.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1149/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2615/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 və Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarından olan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3935/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2615/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3197/2019 saylı, 13.05.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3935/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və sahəsi 226,1 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi əvvəlcə Cavabdeh2 olmuş, daha sonra həmin evi və yerləşdiyi torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X1. Camal Cəfərov vəfat edəndən sonra onun oğlu Cavabdeh1 miras əmlakı qəbul etmiş, dövlət reyestrindən verilmiş çıxarışla həmin evin mülkiyyətçisi olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-5638/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 həmin evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Cavabdeh1 atası ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-2615/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmişlər. İddiaçılar 200000 manat dəyərində qiymətləndirilən evin 36000 manat müqabilində X3 formal olaraq satıldığını və bu alqı-satqıya onların razılığının olmadığını bildirmişlər. Cavabdeh1 isə iddia tələbinə etiraz edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdiriiənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçılar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsələr də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, Cavabdeh2 və X5 arasında 27.12.2015-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə hər iki tərəfin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3830/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3830/2021
17.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver